09 Fev 01:52GÜNDƏM / POEZİYA

SƏRBƏST

SƏRBƏST





















Yüksel Bindebir Kiliç

Bunca yoxsul insan buraxılmış ac,
Az çalan həbsdə, uz çalan sərbəst.
Qonşu qonşusunun külünə möhtac
Köz çalan həbsdə, qaz çalan sərbəst…

İşsizin dizində qalmamış taqət,
Qurumlar laxladı, sökməz ləyaqət.
Az çox yenə ağlım əriyir fəqət
Saz çalan həbsdə, tez çalan serbəst…

Birisi gəncəcik, birisi qoca
Gənci səhnə qapmış, digəri loja
Biri musiqiçi, birisi Xoca;
Caz çalan həbsdə, cüz çalan sərbəst…

Yazarını söylər yazılan şeir,
Başqa nə söylənir şeirə dair?
Birisi qumarbaz, birisi şair;
Qoz çalan həbsdə, söz çalan sərbəst…

Anasından doğmuş görməmiş okul,
Allahı bilirkən qula olmuş qul.
Beləsi durumu gəl de gör makul;
Bez çalan həbsdə, qız çalan sərbəst.

Biri bir süfrəlik, birisi adaq
Birisi siyahdır, bir digəri ağ
Biri iki ayaq, biri dörd ayaq;
Kaz çalan həbsdə, yoz çalan sərbəst.

Tətikçi toplanmış, hamsı paralı
Nə günlər yaşanmış ağlı, qaralı.
Müteahhit qaçmış, işçi yaralı;
Buz çalan həbsdə, büz çalan sərbəst…

Necə ədalətdir; her şeyi təzad…
Vətən bazar olur, həm xərac mezat.
Bindebirim dərdim artır qatbaqat
Duz çalan həbsdə, muz çalan sərbəst…

07.02.2017

SƏRBƏST
Paylaşım için çok teşekkürler Xaqani Adaboglu Rzaqulibey dost. Değer veren yüreğinize, beyninize sağlık diliyorum. Selam olsun kardeş Azerbaycan halkına…

Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ