12 Fev 01:51GÜNDƏM / TARİX

Qızılbaş nə deməkdir?

Qızılbaş nə deməkdir?









































Firudin Gilar Bəg

Bildiyimiz kimi, mənbələrdə “qızılbaş” rəmzi Şah İsmayıl Xətainin ordusuna və onu əhatə edən tayfalara aid edilir. Mənbələrdə bu rəmz Uhud döyüşü ilə əlaqələndirilir ki, rəvayətə görə peyğəmbər bu döyüşdə yaralanır və başı qana bürünür. Bundan sonra imam Əli başına qırmzı tac qoyur və “qızılbaş” adı da guya buradan qalmışdır. Təbii ki, bunlar rəmzlərdir və birbaşa mənasının “qızılbaş” rəmzinə heç bir aidiyyəti yoxdur.
“Qızılbaş” rəmzini tam dərk etmək üçün qədim yazıların batini mənalarını bilmək vacibdir. Batini mənanı anlamaq üçün isə, qədim mənbələr diqqətlə araşdırılmalıdır. Əhdi-Ətiqdə, Daniil peyğəmbərin kitabında deyilir ki, Babil və Yerusəlim şahı Navuxodonosor yuxu görür və yozumunu xaldeylərdən tələb edir. Navuxodonosor yuxuda, başı qızıldan, sinəsi və qolları gümüşdən, ombası misdən, baldırı dəmirdən, ayaqları isə yarı dəmirdən və yarı daşdan böyük bir insan heykəli görür. Dağdan qopan daş bu heykəli dağıdır və daş özü bütün dünyanı tutan nəhəng dağa çevrilir. Yuxunun yozumunu Daniil peyğəmbər verir. O, bu yuxunu yozarkən Navuxodonosoru – Allahın, bütün insanlar və canlılar üzərində hakimiyyət verdiyi şahlar şahı adlandırır və bildirir ki, qızıl baş elə Navuxodonosordur (Библия, Дан. 2:37,38). Daniil peyğəmbər bu yozumda söhbətin gələcək zamanlarda baş verəcək hadisələrdən getdiyini bildirir. Deməli, Əhdi-Ətiqdə “qızılbaş” rəmzi – nəhəng insanın başı mənasında Navuxodonosor şaha aiddir. Bu rəmzləri anlamaq üçünsə, batiniliyin daha dərin qatlarına enmək lazımdır.
Qızılbaş nə deməkdir?





























Əvvəlcə ondan başlayaq ki, Navuxodonosor (Nebuchadnezzar) Xaldeya imperiyasının banisidir. Xaldeya imperiyası bizlərə Azərbaycanın Xilat Atabəgləri ailəsinin şahlığı kimi tanışdır və bu haqda mən məqalələrimdə yazmışam. Deməli, Navuxodonosor adı bilavasitə Azərbaycan və Azəri türk bəgləri ilə bağlıdır. Digər tərəfdən, Navuxodonosor adı bir rəmzdir və bu rəmz Nəbi-Xuda/Kuti-Nasar/Nizar kimi açılır. Nəbi rəmzi qədim Misirdəki Benu (Ba) rəmzinin digər yazılış formasıdır və “göydə, quş obrazında ölümsüzlük qazanmış ruh” deməkdir. Xuda/Kuti rəmzi ən qədim mənbələrdə göydən gəlmiş və şahlılğı da göydən endirilmiş Allahlar nəsli ilə bağlıdır. Nosor rəmzi isə qədim Misirdə Nu-Asar kimi keçir ki, xristianlarda bu rəmz Nasar, müsəlmanlarda isə Ənsar/Nizar kimi qalmışdır və Mehdi obrazında göstərilən Asar/Osiris Allahı deməkdir. Belə çıxır ki, Navuxodonosor rəmzi - göydə ölümsüzlük qazanmış Allahın Ba ruhunun (Bəsmələ) Kuti obrazında yenidən yerə enməsi və Asar/Osiris Allahı kimi insan vücudunda zühur etməsinın rəmzidir. Daniilin, Navuxodonosorun yuxusunun gələcəyə aid olmasını bildirməsi də onu deməyə əsas verir ki, burada söhbət məhz axirətdən gedir. Navuxodonosorun oğlu mənbələrdə Valtasar adlanır ki, bu da “Vilayəti Asar/Azər” (Balaat-Asar) deməkdir (Библия, Дан.5:2). Maraqlıdır ki, mənbələrdə Daniil peyğəmbər də Valtasar adlanır. Bu isə o deməkdir ki, burada qeyd olunanlar gələcəkdə, Azərbaycanda olacaqlarla bağlıdır.
Qızılbaş nə deməkdir?
Navuxodonosor yuxuda, başı qızıldan, sinəsi və qolları gümüşdən, ombası misdən, baldırı dəmirdən, ayaqları isə yarı dəmirdən və yarı daşdan böyük bir insan heykəl görür ki, batinilərdə bu heykəl – ayağı yerdə, başı göylərdə olan kosmik insan obrazında, qədim Misirin Atum Allahının rəmzidir. Şumerlilərin Luqal adlandırdığı bu kosmik insan, digər mənbələrində Adəm kimi keçir və bu ilk kosmik insanı sufi alimi Mühiddin ibn Ərəbi - Haqq, yəni Allah adlandırır. Sufi-batinilərdə Luqal rəmzi ilə Allah rəmzi eyni mənalıdır. Bu isə o deməkdir ki, Navuxodonosorun gördüyü heykəl – göydə, magiya ilə yaradılmış Allahın obrazıdır. Buradakı qızıl, gümüş, mis, dəmir və daş - kosmik İnsan-Allahının yaradılışında bu daş və metallardan istifadə olunmasına işarədir.
Navuxodonosorun yuxusunda, dağdan qopan daş heykəli dağıdır və daş özü bütün dünyanı tutan nəhəng dağa çevrilir. Buradakı dağ rəmzi – göyə qaldırılmış dağ, yəni göydəki cənnət mənasındadır ki, qədim fəlsəfədə bu cənnət, kosmik İnsan-Allahın, yəni Adəmin bədənindədir. Quranda da göyə qaldırılmış bu dağdan (dağdakı cənnətdən) danışılır (Quran 7:171). Tövratda cənnət mənasında olan Edem rəmzi Adəm rəmzi ilə formada yazılır ki, bu da cənnətin məhz Adəmin daxilində olması deməkdir. Ermənistan tarixində, bədəni ölkə kimi göstərilən kosmik insan - Aran adlandırılır. Başqa sözlə, “dağdan qopan daş” dedikdə, göydəki cənnətdən gələn “daş” başa düşülməlidir.
Qızılbaş nə deməkdir?
Xristianlıqda dağdan qopan daş - axirətdə gələcək Mehdi, yəni İsa peyğəmbər deməkdir. Əhdi-Ətiqdə Allah İsa peyğəmbərə deyir: “Sən Petrsən (daş) və mən bu daşda öz kilsəmi quracam” (Библия, Откров. 21:14). Başqa sözlə, dağdan qopan daş İsa peyğəmbərin rəmzidir ki, O əvvəldə gələn kosmik Allahı məhv edir və sonradan özü Onun yerinə keçir. Bu rəmz Əhdi-Ətiqdə Davud şahın Qoliafı (Qoliat/Calut/Xilat) bir daşla məğlub etməsi kimi də göstərilir (Əhdi-Ətiq, 1 Цар. 17:49-51). Belə çıxır ki, burada əvvəldə gələn Allahın, axirətdə gələcək Mehdiyə öz taxt-tacını verməsi - “daşın” heykəli dağıtması kimi rəmzləndirilmişdir. Daniil peyğəmbər, bu yuxunu yozarkən Navuxodonosoru – Allahın, bütün insanlar və canlılar üzərində hakimiyyət verdiyi şahlar şahı adlandırır ki, bu da Navuxodonosor obrazının elə Tək Allahın obrazında olması deməkdir. Daniil peyğəmbər sonda açıq bildirir ki, heykəlin dağıldığı zaman qopan qızıl başı Navuxodonosordur. Bu isə o deməkdir ki, Qızılbaş Navuxodonosor elə qədim Misirin Ra-Amon, islamın isə Rəhman adlandırdığı Tək Allahdır. Qədim Misir fəlsəfəsində də Allah dedikdə - ilkin materiyadan yaradılmış Ra diski və onunla birləşən firon/pir Amonun Ba ruhu başa düşülür.
Bu gün “qızılbaşlar” dedikdə Şah ismayıl Xətainin Azəri türk seyid-bəgləri nəzərdə tutulur. Mənbələrdə onlar “sorxsər bidin mülhidləri” adlandırılır ki, bu da batinilərdə, qızılbaşların – “ölümsüz Azərilərin beyt mələkləri” (daha dərin mənaları var) fikrini ifadə edir. Bu rəmzi isə ismaili-nizarilərə aid rəmzdir ki, Navuxodonosor rəmzi ilə eyni mənalıdır.
Yazdıqlarımızdan çıxan nəticə odur ki, Qızılbaş dedikdə - göydə ölümsüzlük qazanmış Ra-Amon/Rəhman Allah, qızılbaşlar dedikdə isə, bu Allahı “Cəddim”, yəni “Əcdadım” adlandıran Azəri türk pirləri, seyid-bəgləri və s. müqəddəsləri başa düşülməlidir.
Bütün bunlar haqda daha geniş məlumatlar Batini-Quran kitabında və məqalələrimdə verilmişdir.
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ