12 Fev 01:55GÜNDƏM / Köşə

Prezident də olsan, vergini ödəməlisən!

Prezident də olsan, vergini ödəməlisən!



































Xaqani Ədəboğlu

Bizim ölkədə olan televiziyalar özlərınə "qızıl" kimi adlar seçiblər. "Sizin sevimli, əziz, işinizin, evinizin, həyətinizin, məhlənizin, çayxananızın, dominoxananızın və s. televiziyası". Amma bir deyən yoxdu ki, zalım uşağı, sizin hərənizin bir sahibi var, onları da el-aləm tanıyır. Siz hardan bizim odunuz?
Bir lətifədə deyilir ki, bir Bakı kəndlərindən birində televizorlar təzə buraxılan zamanlarda bir nəfər televizor alıb evə aparırmış. Qonşusuyla rastlaşır və qonşu soruşur: "Alə, qonşu, aldığının adı nədi?" O, cavab verir: " Qədeş. Adını bilmirəm. Aparıram evə, taxacam toka, deyirlər yaxşı şeylər göstərir. Əgər yaxşı göstərsə ona öz atamın adını qoyacam"...
İndi bakılı qardaşın sözü olmasın, arvadını axtaran kişiylə, kişisini bir qaşıq suda boğanların, şou əhlinin televiziyası olan bu göstərmələr özlərini bizlərə sırımasınlar. Vallahi oturub o bizim olmayan üzünüzə baxmıram. Heç olmasa, məni o sıradan çıxın.
Lap elə bəzi nazirimiz durub sosial dövlət qurma haqqında ağızdolusu danışırdı. Düzü bircə anladığım o oldu ki, bu adam sosial dövlət barədə bilgiyə sahib deyil. Uşaq müavinətini ləğv edən, müharibə əlillərinin imtiyazlarını ləğv edən, təqaüd yaşını günbəgün qaldıran, işsizliyə görə cüzü müavinət verənlər sosial dövlətdirsə, bəs hərbi xidmət keçmiş itlərə 1200 dollar təqaüd kəsən Almaniya nə dövlətidir? Bəs gələcəyinə trilyon dollar qoruyan Norveç nə dövlətidir?
Bəlkə müharibə zərərdidələrinin "qan pulunu" fırlatmağın adı belədir? Bəlkə Ağsuda işıq pulu borcuna görə işığı kəsilən və intihar edən əsgər anası, yaxud eyni aqibətə görə Qəbələdə intihar edən keçmiş döyüşçünün yaşantılarına sosial dövlət deyirsiniz? Bəlkə dövlət büdcəsinə saldığınız 140 milyon manat cərimə pullarına sosial dövlət deyirsiniz? Sizdən nə desən çıxar. Çünki erməni xalqına dost deyib əleyhinizə olanları erməni adlandıran da elə sizlərsiniz. Haqqını tələb edən kim varsa, sizin tək düşməniniz odur. Prezidentə sədaqətdən dəm vurub onun xanımı və Birinci Vitse Prezidenti haqqında antitəbliğat aparanlar da sizlərsiniz. Biriniz 5-ci, 6-cı...biriniz 100-cü kalona işləməkdəsiniz. Bu döşündən sizə süd verən Vətənə nə vaxt işləyəcəksiniz? İnanıram ki, bu dəfə heç olmasa bu məmurlar dar gözlü ələkdə ələnəcəklər. Bu ölkə heyifdi və bu xalq yazıqdı. Siz sevməsəniz də bu xalq dünyanın korifeylər yaratrmış bir xalqı olduğunu və genetik olaraq İlahi kod daşıyan tək xalq olduğunu öyrənin. Bu xalq daha yaxşı yaşamağa layiqdi. Bunun əksini deyənlər bizdən deyil və düşmənin içimizə atdığı rüşeymdən törəyənlərdir.
Perespektivləri talan edilmiş ölkədə illərdir eyni üslubla seçim aparılır. 40 yaşınadək olanlara yaşın azdır, 40 yaşını keçənlərə isə yaşın çoxdur deyirlər. Bir millətin gözlərimiz önündə ümüdləri öldürülür, arzuları edam edilir. Bu əməlləri törədənlər dövlətimizin imicini düşünməyən məmurlardır. Bu adamlar bu dövlətin imicinə zərbə vurmaq üçün şeytanla da sazişə gedənlərdir. İnanıram ki, "cücələri saymaq üçün" ən yaxşı məqam elə payız deyil, yazdır...

Biz keçmişəri viran, bu günləri talan edilmiş və gələcəyini kreditə götürüb xərcləmiş bir zehniyyətik. Dünya kommunizm kabusunu dəfn edərkən, biz öz kommunistlərimizin ətəyində "namaz qılmağa başladıq". Ateist dinçilər, etnik türkçülər, kosmopolit vətənşüvənlər gəldi və kimsə özünə oxşamadı. Hələ də çuxura daş atan dəlilər elə bilirlər ki, onlar bazardan torpaq satıb bizə AZADLIQ alıblar". Amma bunu qulağınızda sırqa edin ki, Qarabağsız Azərbaycanda oturacağınız kürsünün 3 qılçası işğal ərazilərində olacaq.
Bu gün bir yazarın uydurduğu "şairlərə vergi tətbiq olunacaq" xəbərinə xeyli sevinmişdim. O da boşa çıxdı. Şairi əvvəllər edam edirdilər, heç şairin səsi çıxmırdı. Amma bir vegi söhbətinə çoxları şairliyini dandı. Amma bu məsələni parlamentə ötürməyin vaxtıdır. Biz oxucular da yazığıq. Zəif şeir yazanlara ən ağır vergilər tətbiq olunsun. Burada qəbahətmi var? Amerikalılarda bir deyim var: "Prezident də olsan, vergini ödəməlisən!"
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ