13 Fev 01:59GÜNDƏM

Cəfər Cabbarlının qızı dünyasını dəyişdi

Cəfər Cabbarlının qızı dünyasını dəyişdi














































Böyük dramaturq Cəfər Cabbarlının qızı, son nişanəsi Gülarə Cabbbarlı dünyasını dəyişdi.

Moderator.az xəbər verir ki, bu barədə Cabbarlı ailəsinin yaxın qohumu, Xalq şairi Nəbi Xəzrinin oğlu Arzu Babayev məlumat yayıb:

“Böyük Cәfәr Cabbarlının yadigarı ağbirçәyimiz, әzizimiz Gülarә Cabbarlını da 88 yaşında itirdik.Gülarә xala hamımızın qәlbindә gözәl insan kimi, insanpәrvәr kimi, ürәyitәmiz müdrik xanım kimi daim yaşayacaq.Yerin behişt olsun Gülarә xala, Allah sәnә rәhmәt elәsin”.
Qeyd edək ki, Gülarə Cəfər qızı Cabbarlı 1930-cu il fevralın 11-də Bakıda, görkəmli dramaturq, teatr və kino xadimi Cəfər Cabbarlının ailəsində anadan olub. 1948-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq, 1953-cü ildə ali təhsilini başa vurub. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi kimi işə başlayıb, 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor vəzifəsinə təyin olunub. [/b]
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ