RUSİYANIN SURİYADAKI İTKİLƏRİ » Fedai.az


0

RUSİYANIN SURİYADAKI İTKİLƏRİ

Görünüm: 547
RUSİYANIN SURİYADAKI İTKİLƏRİ





















Nazim Bayram

Fevralın 7-dən 8-ə keçən gecə Rusiya Suriyada keçən il verdiyi bütün itkilərindən daha çox itki verib. “Vaqnerin özəl ordusu” Suriyada, Deyr-az-Zor yaxınlığında amerikalıların hərbi “ətçəkəninə” düşüb, hücuma gedən dəstədən 215 nəfəri ölüb, daha 80 nəfər itkin düşüb, onlarla ağır yaralı var.
Hadisənin hərbi konteksti
Hazırda Fərat çayı şimal-şərqdə Suriya hökümət ordusu ilə ABŞ-ın dəstəklədiyi “PYD” qüvvələri arasında sərhəd rolunu oynayır. Bu, bütövlükdə belə olsa da, Fəratın sol sahilində Əsədin iki döyüş mövqeyi qalmaqdadır. Gələcək mümkün toqquşmalarda(Əsədin hücumunda) əsas qüvvələrin çayın keçməsini təmin edəcək bu mövqelərə platsdarm kimi baxılır. Bir tərəf çalşır bu platsdarmda daha da möhkəmlənsin, qarşı tərəf isə çalışır bu platsdarmları ləğv eləsin, sıxıb, Fəratın sağ sahilinə çıxartsın.
Həmin mövqelər son vaxtlar Rusiyaya aid “Vaqnerin özəl ordusunun” bölmələri ilə(tanklar, artilleriya) gücləndirilmişdi. Afrin əməliyatı başlayandan YPD dəstələri bu mövqelərə basqınlarını gücləndirmişdilər.
Həmin yerdə(Həşşam qəsəbəsi yaxınlığında) qarşı tərəflərin mövqelərinin arasında 2(iki) km məsafə var. Aralarından dəmir yolu keçir. Daha əvvəl, yanvarın 28-də və fevralın 5-də PYD dəstələri dəmir yolunu keçib, bu mövqeləri atəşə tutmuşdular. Hadisənin sonrakı gedişi bu basqınların PYD ilə amerikalıların birgə düşünülmüş təxribatlar olduğu barədə şübhələr yaradır.
RUSİYANIN SURİYADAKI İTKİLƏRİ
Basqınlara cavab olaraq, “Vaqnerin bölmələrindən” təxminən 500 nəfərlik dəstə(tank, artilleriya) fevralın 7-dən 8-ə keçən gecə PYD-nin mövqeyinə və qərargahına hücum cəhdi edib. Onlar kolon şəklində hərəkət edərkən, 300-700 metr yaxınlığa buraxılıblar. Ruslar əmin olublar ki, kürdlərin üstünə gedirlər. Qarşıdakılar gözlənilmədən ABŞ bayrağını qaldırılıblar. Yəni bura amerikan hərbi bazasıdır. Amerikalılar bayrağı qaldıran kimi bu zaman dayanmış kolonu dərhal artilleriyadan birbaşa atəşə tutublar. Tankların çoxu ilk dəqiqələrdə artilleriya atəşi ilə məhv edilib(sonda bir tank, bir BRDM salamat qalıb). Daha 30 dəqiqə ərzində amerikalılar dronlarla rusların artilleriyasını məhv ediblər. Ardınca amerikalı xüsusi təyinatlılar və PYD-çilər hücuma keçiblər, lakin ruslar müqavimət göstəriblər. Amerikalılar çəkiliblər və helikopterləri qaldırıblar. Sağ qalan rusları, qaçmaq, gizlənmək istəyənləri helikopterlər iriçaplı pulyemotlardan güllələyiblər. Ruslarda Hava Hücumundan Müdafiə vasitələri olmayıb. Sağ qalan “vaqnerçilər” deyirlər ki, “bu cəhənnəm 4 saat davam etdi, bu zaman ərzində yardım gəlmədi”, “bizi ora ciddi hazırlıqsız göndərənlər düşünüblər ki, kürdlər bizi görən kimi qaçacaqlar”...
Fevralın 9-u ABŞ müdafiə naziri “Quduz İt” ləqəbli general Ceym Mettis insident haqqında deyib ki, “Ruslar bizə deməmişdilər ki, onların hərbçiləri ya özəl hərbi kampaniya əməkdaşları Həşşəm yaxınlığında vurulmuş Suriya qüvvələri arasında var. Düşünürəm, olsaydılar rusiyalılar bizə deyərdilər”. Ancaq qeyd edib ki, bu barədə dəqiq məlumata sahib deyil. Bax belə, amerikansayağı “ ... it’s just business”.
RUSİYANIN SURİYADAKI İTKİLƏRİ
Rusiya həm rəsmiləri, həm mediası hadisə haqqında susur. Yalnız sosial şəbəkələrdə sağ qalan ruslar o gecənin dəhşətlərini bölüşürlər. Deyilənə görə ölənlər arasında Rusiya hərbi qulluqçuları olsa da, əsas itkilər, Vaqnerin özəl ordusundandı. Rusiya Amerika hərbçilərinin bu qanlı təxribatına birbaşa cavab vermək iradəsinə və vasitələrinə malik deyil. Eyni zamanda Fəratın sol sahilində platsdarmları saxlamaq Əsəd qüvvələri üçün daha çətinləşdi.
Geosiyasi kontekstdə proqnozlaşdırmaq olar ki, bu insidentdən sonra Rusiya PYD-dən siyasi dəstəyini tamamən çəkəcək və PKK-nın uzantısı olan PYD-ə qarşı Türkiyəni Suriya prosesində daha qətiyətlə dəstəkləyəcək. Türkiyə öz növbəsində terrorçularla mübarizəsini Suriyanın şərqində(Mənbicdə) davam etdirəcəyini bəyan edir və ABŞ-dan öz bölmələrini regiondan çıxarılmasını tələb edir. Qeyd etmək lazımdır ki, PYD-nin hərbi yardım karvanlarının Afrinə YPG-ə göndərilməsi məlumatları təsdiqini tapmaqdadır.
Yanlış Bağlantı Var?

Sorun Çözümü CTRL+ENTER.
В görünen pencere , sorunu tanımlamak ve Yönetim kaynağı gönderin.

Yorum:0



YORUM EKLE

Kodu Girin:*

Hüququ

Əlaqe

E-mail : fedaiaz.fedaiqezeti.94@bk.ru
Unvan : R.Quliyev Kucesi Ev 2
Telefon : +994513146060
Telefon 2: +994553343903
Telefon 3: +994773146060
Redaktor : Elnur Selimov

Müəllif hüquqları qorunur. Fedai.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.