14 Fev 01:24GÜNDƏM / QANUN

Qənirə Paşayeva Milli Məclisdə əlillərin problemlərindən danışıb

Qənirə Paşayeva  Milli Məclisdə  əlillərin problemlərindən danışıb

Millət vəkili Qənirə Paşayeva "Əlillərin hüquqları " ilə bağlı yeni qanun layihəsinin birinci oxunuşda müzakirələri zamanı əlillərin problemlərindən danışıb və müvafiq qurumları təcili addımlar atmağa çağırıb.

Qənirə Paşayeva ölkədə 620 min əlilliyi olan insanın olduğu və bununda ölkə əhalisinin 6 faizini təşkil etdiyini qeyd edib: “Əmək qabiliyyətli əlillərin işlə təmin olunması çox vacib məsələdir. Buna onların çox böyük ehtiyacı var. Məşğulluq haqqında qanunda hər bir qurumda əlillərin işləməsi üçün kvota müəyyənləşib, amma demək olar ki qurumların əksəriyyəti bu məsələyə riayət etmirlər. Ona görə də əlillər işlə bağlı ciddi problemlə üzləşirlər və dəstək gözləyirlər. Əlillər üçün nəzərdə tutulan kvotalara müəssisələrin əməl etməsi istiqmətində ciddi dönüş yaratmaq üçün ciddi işlər görülməlidir”.

Millət vəkili yeni qanun layihəsində əlillərin əmək hüquqları məsələsinə ciddi önəm verilməli və bu istiqamətdə qanunların həyata keçirilməsi mexanizmlərinin gücləndirilməli olduğunu qeyd edib.

Q. Paşayeva əlillərin hüquqları ilə bağlı yeni qanun layihəsində əlillərin ödənişli ali təhsildən azad edilməsi, onların təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi təklifi ilə də çıxış edib.

“Eyni zamanda nəqliyyat vasitələrində metrodan, avtobuslardan və digər nəqliyyatlardan əlillərin istifadə edə bilmək imkanları çox pis vəziyyətdədir və onların nəqliyyatdan istifadə edə bilmək hüquqları ilə bağlı ciddi işlər görülməlidir. Eyni zamanlarda yol infrastrukturunda, rəsmi qurumlarda, binalarda əlillərin hərəkət edə bilməsi üçün imkanlar genişlənməlidir və ciddi problemlər aradan qaldırılmalıdır. Qarabağ müharibəsi əlillərinin hüquqlarının müdafiəsi ilə də bağlı yeni qanunda daha geniş məsələlər öz həllini tapmalıdır və ümid edirəm ki müzakirələr və qəbul edilən sənəd əlillərin hüquqlarının daha çox müdafiəsinə xidmət edəcək. Çünki buna ciddi ehtiyac var”, - deyə Q. Paşayeva qeyd edib.

Fedai.az[/b]
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ