14 Fev 12:57GÜNDƏM / Köşə

100 MİLYON İŞÇİ TƏLƏB OLUNUR!

100 MİLYON İŞÇİ TƏLƏB OLUNUR!
Xaqani Ədəboğlu

İllərdir ki, bizim deputat və məmurların buraxdıqları "quşları" ovlayaraq gün keçirməkdəyik. Bu dəfə də Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dərəcələrinin parametrlərinə həsr olunmuş mətbuat konfransı keçirib. E. Rüstəmov bildirib ki, Maliyyə Komitəsinin bu gün keçirilən toplantısında mühüm qərarlar qəbul olunub. Qərarları elan etməzdən əvvəl 2017-ci ilə nəzər salan baş bankir qeyd edib ki, ölkənin iqtisadi potensialı 3 dəfə artıb: “Bu illər ərzində ölkədə 100 milyondan çox iş yeri yaradılıb. Ölkədə makroiqtisadi sabitlik tam təmin olunub. Xarici balansımız müsbətdir. ÜDM-nin 5 faiz həcmində profisit gözlənilir. Qeyri-neft ixracı artıb. İdxalımızın səviyyəsi tarazlaşıb. Manatın üzən məzənnəyə keçməsi ilin əvvəlindən 4 faiz möhkəmlənib. Ölkənin valyuta ehtiyatları sürətlə artmaqdadır. Həmçinin Mərkəzi Bankın ehtiyatları 5,4 milyarda gəlib çatıb. İnflyasiyanın səviyyəsi aşağı düşüb. Bu manata olan etibarın artması nəticəsində baş verib. Hüquqi şəxslərin hesablarında dollarlaşma prosesi hələ də qalmaqdadır”.
Dollardan və manatdan danışdın, sağ ol. Bir deyən yoxdur ki, sənin yeni iş yerlərinin açılmasıyla nə işin var? Guya bilmir ki, İgtisadiyyat naziri iqtisadiyyatı elə kökə qoymayıb ki, orada yeni iş yeri açmaq mümkün olsun. Özüm iştirakçısı olduğum bircə faktı sayğıdəyər bankirimizin diqqətinə çatdırıram. Beyləqan rayonda 236 nəfərə məxsus fermer təsərrüfatlarını və 1000 nəfərdən artıq insanın məşğulluğunu təmin edən təsərrüfat subyektləri məqsədli surətdə ləğv edilərək bir nəfərə peşkəş edildi. Hələ illərcə etdiyimiz müraciətləri qulaqrdına vuran bu iqtisadçı küllü miqdarda kredit də ayırıb verdi ki, taxılçılıq inkişaf etsin. Amma zəmilərdə dünyada sonsuzluq yaydığı üçün qadağan edilmiş soya yetişdi və broylerlər vasitəsiylə xalqa sırımaqla inkişafa nail oldular. Hazırda bu müəssədə o 1000 nəfər əvəzinə vur-tut əlli nəfər işçi tapmaq olmaz. Onlara da rəhbərlik etmək üçün Diyarbəkr əsilli bir Vartanlı tapıb qoyublar hərbi strateji ərazidə iqtisadiyyatımızı yüksəltməyə. Bu barədə geniş araşdırmamız yekunlaşmaq üzrədir. Bankirimizin 100 milyon iş yerinin İqtisadiyyat nazirinin 1000 nəfəri işsiz qoyub 50 iş yeri açdığını çıxdıq. Yerdə qalır 99.999.950...
Amma elə bir rəqəm deyib ki, onu deyəsən yozub bitirə bilməyəcəyəm. Çünki Azərbaycanda 9.822 min nəfərlik əhalinin vur-tut 5820,5 min nəfəri iqtisadi fəal əhali sayılır. Deyirəm bəlkə cənab baş bankirimiz Çindən danışırmış?
Faktiki olaraq Əmək və ƏSM naziri də deyib ki, 2017-ci ildə doğulanların sayının 159 min nəfər, təbii artımın 102,5 min nəfər təşkil edəcəyi, doğulanda gözlənilən ömür uzunluğunun 75,2 yaşa, o cümlədən qadınlar üzrə 77,6 yaşa, kişilər üzrə 72,7 yaşa çatacağı, 15 yaşınadək əhalinin bütün əhalinin 22,5 faizini, 15-64 yaşadək əhalinin bütün əhalinin 71,3 faizini, 65 yaşdan yuxarı əhalinin isə bütün əhalinin 6,2 faizini təşkil edəcəyi gözlənilir: “Əmək qabiliyyətli yaşda olan əhalinin orta illik sayının 6,2 milyon nəfər olacağı, ölkə əhalisinin 63,1 faizini təşkil edəcəyi, iqtisadiyyatda məşğul olanların orta illik sayının 4 milyon 740 min nəfərə çatacağı və iqtisadi fəal əhalinin 95 faiz təşkil edəcəyi proqnozlaşdırılır. 2017-ci ildə muzdla işləyənlərin orta illik sayı 1 milyon 520 min nəfər və ya məşğul əhalinin 32,1 faizi qədər, iqtisadiyyatda sərbəst məşğul əhalinin orta illik sayı isə 3 milyon 220 min nəfər proqnozlaşdırılır. Nəzərdə tutulur ki, hər işçiyə hesablanmış orta əmək haqqı ilin əvvəlinə nisbətən 3,7 faiz artaraq 508 manata çatacaq”. Bu hələ gələcək proqnozlardır. Çünki o nazirimizin də başı yaşlıların təqaüdlə "güləşini" təşkil etməklə məşğuldur. Yəni düşünür k, yaş həddini neçəyə qaldırsaq əhali təqaüd yemədən cənnətməkan olar? Yoxsa əhalinin orta yaş həddi qalxıb eləməyib. Yox bir Əzrail məzuniyyətə çıxıb? Bircə faktı araşdırdıq ki, keçmiş döyüşçülərin orta yaş həddi 58 yaş təşkil edir. Həyəcan təbili çalanda da Səhiyyə naziri inciyir deyə çalmırıq.
Heç gör hənanın yeridir? Bu 100 milyonluq iş yerini necə dolduracağıq? Vallahi bu işçilərin ayaqları altında qalacağıq. Gəlin bunu 1-cə iş yeri eləyin 20 ildi iş axtarıram gedib özüm işləyəcəyəm. Bəlkə bu iş yerlərini xaricdə açıblar? Burada açmayın. Yoxsa dağda PKK-çı, Türkiyədə FETÖ, yaxud da regiondakı kripto erməniləri tutub o "gizli" iş yerlərində işlədəcəklər. Bəs Statistiksmız bu barədə nə deyir?
Azərbaycanda iqtisadi fəalliyyəti olan əhalinin sayı qeyd etdiyimiz kimi 4820,5 min nəfərdir. Yəni bu sayda adam işləmək qabiliyyətlidir və ən son statistik rəqəmə görə ölkənin əhalisinin sayı 9.822 min nəfırdir. Say üzrə sosial qruplara diqqət yetirək:
-Təqaüdçülər və bu təbəqəyə aid olanlar - 2.300 min nəfər
-Dövlət qulluqçusu -30 min nəfər
- Müəllimlər - 151.538 nəfər
-Tələbələr - 160 min nəfər
-Şagirdlər (məktəblilər) - 1.188 min nəfər
-1-5 yaşlılar - 685 min nəfər
-Hərbçilər - 126 min nəfər
- Həkimlər - 32 min nəfər
-Neft çıxarmada çalışanlar - 36,5 min nəfər
-Qeyri neft sahəsində çalışanlar - 1.474,9 min nəfər
- DİN və DQ -? (İmzalanmış beynəlxalq sənədlərə görə hər 100 min nəfərə 100 polis nəfəri düşməlidir. Çox güman ki, bizdə fərqli rəqəm mövcuddur) - X
-Ədliyyə və Prokrorluq orqanları -X
-İşsizlər - 29 100 nəfər
- Və sairlər (Dini təşkilatlar, ictimai birliklıər, EA, siyasi partiyalar və s.) - 47 min nəfər
-Yekun: 6260,0 min + X nəfər
Bu rəqəmlər bizim əhali haqqında olan statistik rəqəmlərdir. Nəticəni 9822- 6260 + X=? Yaxud da 4820,5 - 3225,1 +X=29,1 olmalıdır. Yəni ölkənin əmək qabiliyyətli əhalisinin yalnız 29.100 nəfəri rəsmi işsizdirsə, 100 milyonluq iş yerinə nə ehtiyac var? Digər bir tərəfdən isə, əhalinin təbəqələr üzrə apardığım araşdırmadan belə çıxır ki, polis və digər güc strukturlarında 3562 min adam çalışır? Bu isə nazirliyin faiz göstəriciləri ilə yoxlanması üçün onların mövqeyini də dərc edirəm: "Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,0%-i məhsul istehsalı sahələrində, onlardan 6,8%-i tikintidə, 6,2%-i emal sənayesində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,4%-i mədənçıxarma sənayesində, 2,0%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olublar.

Ölkəmizdəki statistik məlumatlar üzrə hər üzünə 3 milyon adamımız əskik gəlir. Bu ciddi bir durumdur. Çox güman ki, elə bu rəqəm möhtərəm bankirimizi çaş-baş salıb.
Bir daha sadaladığımız rəqəmləri bir daha aidiyyatlı orqanların faizləri ilə yoxlaya bilərik. Xidmət sahəsində çalışanların 22,5%-i təhsil, 18,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,0%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 2,0%-i maliyyə və sığorta fəaliyyəti, 1,8%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,8%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib".
Bəs doğrudan, o açılan iş yerləri harada və kimlər üçün açılıb? Əgər başqa ölkələrdə açılıbsa yerini desinlər köçüb oraya gedək. Çünki burada əsas işlərə xaricdən işçilər tapıb gətirirlər.
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ