15 Fev 12:37GÜNDƏM

UNUDULMAZ QƏHRƏMANLAR: ƏVƏZ, ZİYA VƏ İSA NOVRUZOVLAR

UNUDULMAZ QƏHRƏMANLAR: ƏVƏZ, ZİYA VƏ İSA NOVRUZOVLAR

(Erməni əsirinin Əvəz Novruzov haqqında dedikləri)

Sosial şəbəkələrdə bu cür yayımları ilə tanınmış keçmiş döyüşçü Vidadi Kərimbəyliyə AVMVİB adından öz minnətdarlığımızı bildiririk...
1992-ci il aprel ayında Azərbaycan Respublikasının Milli Qəhramanı Allahverdi Bağırovun (Allah rəhmət eləsin) Ağdərə (kemçmiş Mardakert) rayon Çıldıran kəndinin sakini Qançaryan Serjiklə danışdıqları...
UNUDULMAZ QƏHRƏMANLAR: ƏVƏZ, ZİYA VƏ İSA NOVRUZOVLAR


... Serjik: Dəfələrlə edilən kəşfiyyatdan sonra 1992-ci il 12 mart səhər tezdən 2 batalyon, 11 zirehli texnika ilə hücuma keçdik. Mən orda heç kim idim.
Məni zorla bələdçilik etməyə aparmışdılar.

Sual: Novruzov Əvəzi gördünmü?

Serjik: Mən Əvəz dayı olan tərəfdən gələn rotaya bələdçilik etmirdim. Mən Əvəz dayının döyüşdüyü puşka (top) olan yerə saat 3-4 radələrində gəldim. Mənim bələdçilik etdiyim rota mühasirəyə düşdü və tamamilə məhv edildi. Mən kəndi tanıdığım üçün aradan tez çıxdım. Mən Əvəz dayı olan yerə gələndə artıq hər şey bitmişdi. Bir neçə saat təkbaşına döyüşdən sonra Əvəz dayı həlak olmuşdu. O, əvvəlcə kəndin ən yüksək zirvəsinə çıxıb və orda bizdən 2 nəfər öldürdükdən sonra puşkanın yanına gəlib. Orda İsa kişi tək qalmışımış ona köməyə gəlib. İsa kişi 4 nəfər bayavik öldürmüşdü. Onu snayperçi qız vurmuşdu. Əvəz dayı puşkaya tərəf gələndə onu uzaqdan Çıldırandan olan bələdçilər tanımışdı. Qorxulu halda polkovnik Manuçaryana deyib ki, Əvəz odur. Polkovnik gülüb deyib ki, indi nədən qorxursan ki? Sonralar uşaqlar ona lağ edib gülürdülər ki, əlində avtomat yenə Əvəzdən qorxursan. Əvəz dayı bizi heç vaxt adam yerinə qoymurdu. Da ara, elə bizə həmişə deyirdi ki, 16kq veşlə burdan çıxmalısınız. O, istəsəymiş qaça bilərmiş, amma puşkanın yanında manevr etmişdik. Əvəz dayı güclü, hündür boylu şəxs idi, onun nətər güclü olduğunu çox görmüşdüm. Bir dəfə Seqonu elə döymüşdü ki, bir həfdə qaranlıq otaqda saxladı həkim. Çıldıranın ən güclü adamı Ayı Qırışa bir qapaz vurdu kolxozun idarəsinin qabağında Qırış divara dəyib yıxıldı. İclasda kolxoz sədri Muratı qapazla vurdu sədr stolla bərabər yerə yıxıldı. Əvəz dayı istəsəymiş sağ qala bilərmiş. Polkovnik Manuçaryan ona möhkəm səslə deyib ki, sən komondirsən sən təslim ol, səninlə akrujeniyada olan rotanı dəyişək. Puşkanın yanında döyüşdə məsafə 30-40-50 metr idi. Əvəz dayı Manuçaryana deyib ki, sən özünü göstər görüm sən kimsən, həqiqətən polkovniksən? Manuçaryan ağacın arxasından çıxan kimi Əvəz dayı onu başından vurub öldürmüşdü. Əvəz dayı bir neçə saat döyüş vaxtı 8 güllə almışdı. O, 16 bayavik öldürmüşdü, 11-ni yaralanmışdı, Püşkanı isə partlatmışdı. Mən puşkanın yanına çatanda Əvəz dayı həlak olmuşdu. O, ağaca söykənmişdi, qollarını nazik budaqlara keçirmişdi ki, yıxılmasın. O, əsl Samuray kimi həlak olmuşdu ayaq üstə. Avtomatın lüləsi yerə söykənmişdi, amma əlindən buraxmamışdı. Əvəz dayı bizim planları tamamilə pozmuşdu, çünki istiqamətdə kəndə girə bilmədik. Ancaq Əvəz dayının meyidinə hörmətlə yanaşmışdılar. Onun əyaq üstə olmuş şəkili çəkildi və qəzetlərdə verildi və yazılırdı ki, erməni (hay) xalqının ən böyük düşmənləri üzərində qələbə. Əvəz dayının patronu qurtarsada yenə qaçmamışdı. Öldürdüyü bayavikin avtomatın götürüb yenə də atışmışdı.

Sual: Niyə N. Əvəz haqqında heç bir məlumat ala bilmirdik?

Serjik: Biz mart ayının 12- də kəndə girə bilmədik. 13-də kənddə tam sakitçilik idi. Dedik ki, yəqin istəyirlər yenə aşağı düşək bizi mühasirəyə salıb qıralar. Axşam çay tərəfdən (qabartı) razvetka kəndə girdi və məlumat gətirdi ki, heç kim yoxdur. Martın 14-də kəndə girdik. Əvəz dayının evinə girəndə vayenniyə aid çoxlu dakumentlər, seyf tapdıq və orada göstəriş verildi ki, Novruzov Əvəz haqqında heç bir yerdə, heçnə danışılmayacaq!!!!

Sual: Niyə Novruzov Əvəz və başqa döyüşçülərin meyidlərin dəyişmədiniz?

Serjik: Komandanlıq dedi ki, onların meyidləri həlak olmuş hayların qəbri üstündə yandırılmalıdır. İsa kişinin meyidi Çıldıranda yandırıldı. O, biriləri başqa yerdə.

Sual: N. Əvəzin meyidi nətər oldu?

Serjik: Onu bilmədim.

Sual: Başqa nələr oldu 14-də?

Serjik: Hamımız maqazinin qabağına toplaşdıq. Burda bir ailə qalmışdı. Qoca kişi və qadın. Onlardan soruşdular ki, başqa kim var? Dedilər heç kim. Elə oradaca onları güllələdilər. Bu vaxt evdən bir qız çıxdı avtomatın bütün patronların bizə atdı. 17 nəfərə güllə dəydi, 8 nəfər orada öldü, 3 nəfər sonra. Qız evə girdi. Qrantamyotla vurdular və qız oldü. (bu qız camaatın gözündən yayınıb xəstə baba və nənəsinin yanında qalmışdı. 1972-ci il təvəllüdlü Xudaverdiyeva Nərgiz idi). O, qız avtomatı atıb evə girəndə dedi ki, Əvəz dayım qayıdacaq geri, sizi qırmağa dığa köpək uşağı. Qızın Əvəz dayının həlak olmasından xəbəri yox idi. Kəndin bütün əmlakı orda ölən və yralı olanların ailələrinə paylandı.

Sual: Neçə erməni öldü?

Serjik: 173 nəfər həmin günü öld. 52 nəfər yaralandı. Yaralılardan sonra ölənlər oldu. 8 texnika minaya düşdü. Kəşfiyyat səhv məlumat gətirmişdi. O Baş Güney Faya kəndində Azərbaycan ordusundan bir spesnaz rotası olduğunu bilməmişdi. Çünki onlar mülki paltarda imişlər. Martın 14-də Yeravanda mitinq oldu hökümətə qarşı. Kiçik bir kəntdə bu qədər itki verilməsi çox pis idi. (serjik bilmirdi ki, həmin kənddə kənd camaatından başqa heç kim olmamışdı). Hücum vaxtı TŞK pulemyotunun kənddə olması düzgün nəzərə alınmamışdı. TŞK imkan vermədi ki, bizim mühasirəyə düşən bayaviklərə kömək olunsun.

Sual: Niyə N. Əvəzin şəkilin qəzetdə vermişdiniz, niyə ona hay xalqının ən böyük düşmənlərindən biri deyilirdi?

Sejik: Ara hökümət camaatı sakitləşdirə bilmirdi, ona görə şəkli verirdi ki, camaat görsün ki, haylar qələbə çaldı. Əvəz dayı komandir paltarında olduğu üçün onun şəkili verildi ki, yəni ki, komandir həlak olubsa, deməli həqiqətən Baş Güney Faya alınıb. Camaat inanmırdı ki, kəndi haylar ala bilib. Əvəz dayı bizə nifrət eləsə də kişi kimi də həlak oldu. O, elə plan qurmuşdu ki, o həlak olsada, soldatlar camaatı mühasirədən çıxartmışdılar.

Sual: Bəs sən niyə gəlmişdin?

Serjik: Ara and içirəm ki, məni zorla gətirmişdilər. Mən o kəntdə çox cörək yemişəm, mənim elə atam da o kəntdə çox çörək yemişdi. Mənə dedilər ki, getməsən səni öldürəcəyik, arvadını da aparacağıq kazarmaya.

Sual: Biz bir dəfə eşitdik ki, N. Əvəz yaralanıb və əsir düşüb.

Serjik: Yalan məlumatdır. Əvəz dayı həlak oldu.

Sual: N. Əvəz yaralanıb əsir düşsəydi əgər, onu dəyişərdiniz?

Serjik: Ara yalandan nə deyim ki, komandir mən olsam dəyişərəm. Amma onlar heç vaxt dəyişməzdilər. Ona görə ki, Baş Güneyfayada ölən bayaviqlərin yaxınları buna icazə verməzdilər. Həm heç Əvəz dayı heç vaxt bizə əsir olmazdı. Öz özünü öldürərdi. Onun bizdən gəlməsə də amma təmiz adam idi. Sizlərdən hamısı oğurluq edirdi. Əvəz dayı heç vaxt elə iş görməzdi. Ara inan ki, Çıldıranda hamı onun həlak olmasına pis oldular. Əvəz dayının döydüyü Seqo belə ağladı. Seqo dedi ki, elə Əvəzi də öldürmək olarmış. Serjik dedi ki, mənim atam Murad Əvəz dayının qapısında işləyəndə çox çörək yeyib. Amma biz ona heçnə etməmişik.
UNUDULMAZ QƏHRƏMANLAR: ƏVƏZ, ZİYA VƏ İSA NOVRUZOVLAR

UNUDULMAZ QƏHRƏMANLAR: ƏVƏZ, ZİYA VƏ İSA NOVRUZOVLAR

UNUDULMAZ QƏHRƏMANLAR: ƏVƏZ, ZİYA VƏ İSA NOVRUZOVLAR

P. S. Saytımızda "Ata-bala" şəhidlər rubrikasında gözəl ziyalı və qəhrəman döyüşçü Əvəz Novruzov və oğlu gənc qəhrəman şəhidimiz Ziya Novruzov haqqında material yayınlayacağıq...

Allah rəhmət eləsin!
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ