.

Sarkisyan: Türkiyə ermənistanla güc mövqeyindən danışa bilməz

16 fev 2018
Sarkisyan: Türkiyə ermənistanla güc mövqeyindən danışa bilməz

Türkiyə ilə münasibətlərin normallaşması üçün birtərəfli güzəştlərə getmək erməni xalqı üçün təhqirə bərabərdir.

Muxalifet.az-ın xəbərinə görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan Avropa Şurasının Parlament Assambleyasının qış sessiyasında çıxışından sonra Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı suala cavabında deyib.

“Biz Türkiyə tərəfinin bu addımla bağlı tələblərini anlamırıq. 2008-ci ildə yenidən prezident seçildikdən sonra mən türk-erməni münasibətlərinin ictimaiyyətə çatdırılması təşəbbüsü ilə çıxış etmişəm, Ermənistan və Türkiyə prezidentləri arasında görüş keçirilib”, - deyə Ermənistan prezidenti bildirilib.

Ermənistan lideri 2009-cu ildə İsveçrənin Sürix şəhərində BMT Təhlükəsizlik şurasının daimi üzvlərinin xarici işlər nazirlərinin iştirakı ilə Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulması haqqında iki sənəd imzalanıb.

“Sənədlərdə açıq şəkildə qeyd olunub ki, münasibətlər ilkin şərtsiz qurulmalıdır. Ancaq indiyə kimi Türkiyə tərəfi ilkin şərtləri irəli sürməyə davam edir. Beynəlxalq təcrübədə biz belə presedentlə qarşılaşmamışıq. Bütün məsələlər üzrə danışıqlar sənədlər imzalanana qədər aparılır. 9 ildir ki, Türkiyənin hər hansı addım atmağın vacib olduğunu deməsini eşidirik. Halbuki sənəddə göstərilib: əvvəl münasibətlər qurulur daha sonra isə iki ölkə arasında olan həssas məsələlər müzakirəyə çıxarılır”, - deyə Ermənistan lideri bildirib.

Serj Sarkisyan Ermənistanın heç bir zaman hər hansı ilkin şərt qəbul etməyəcəyini vurğulayıb.
“Türkiyə - böyük potensialı olan güclü dövlətdir. Ancaq bu o demək deyil ki, Türkiyə Ermənistanla güc mövqeyindən, “ilkin şərt dilində” danışa bilər. Biz belə yanaşmanı qəbul etmirik”, – deyə Sarkisyan bildirib.

Serj Sarkisyan vurğulayıb ki, yaz aylarına kimi bu istiqamətdə hər hansı irəliləyiş olmasa, Ermənistan imzalanmış iki protokolu ləğv edəcək.
“Türkiyənin regiondan zərif sabitliyin qorunması üçün belə mövqedən və Azərbaycana dəstək siyasətindən vaz keçməsi arzuolunan və düzgün addım olar. Xatırlatmaq istəyirəm ki, 2016-ci ilin aprel ayında Türkiyə Azərbaycanın hərbi əməliyyatlarını açıq şəkildə dəstəkləyən yeganə ölkə olub”, - deyə Serj Sarkisyan bildirib.

Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan 19 sentyabr 2017-ci ildə Nyu-Yorkda BMT baş qərargahında keçirilən Baş Assambleyanın 72-ci sessiyasında iştirak edib. 2009-cu ildə Sürixdə imzalanmış protokollara toxunan Sarkisyan bunları qeyd edib:
“İndi əlavə izahat vermənin vaxtı çatıb.Türkiyə rəhbərliyi bu sənədləri daima girov saxlaya biləcəyini və yalnız onlar üçün əlverişli olan məqamda ratifikasiya edəcəyini düşünürsə yanılır. Protokollar üzrə danışıqlar indiki şəraitdə mövcud problemlərin həlli yollarını tapmaq məqsədilə aparılıb. Onların gerçəkləşdirilməsi istiqamətində davamlı olaraq hər hansı müsbət irəliləyiş olmasa, Ermənistan bu iki protokolu etibarsız elan edəcək. Artıq 2018-ci ilin baharına, təəssüflər olsun ki, bu səmərəsiz protokollar olmadan qədəm qoyacağıq”.

muxalifet.az

Sarkisyan: Türkiyə ermənistanla güc mövqeyindən danışa bilməz

886

ЕЩЕ НА ЭТУ ТЕМУ:

Sarkisyanın

Sarkisyanın "Nairi” xəstəxanasına yerləşdirilib

Ermənistan KİV-ləri ölkə prezidenti Serj Sarkisyanın Yeni il bayramı günlərində xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb. Trend-in verdiyi xəbərə
Gürcüstan Qarabağda Azərbaycana ən böyük dəstəyi verdi

Gürcüstan Qarabağda Azərbaycana ən böyük dəstəyi verdi

Rusiya hərbi texnikasının Qoridən keçərək Ermənistana gətirilməsinə imkan yaradılmadı İşğal altında olan Abxaziya və Cənubi Osetiyadan yeni nəqliyyat
Ermənistan ordusu Qarabağda hərbi təlimlərə başlayıb

Ermənistan ordusu Qarabağda hərbi təlimlərə başlayıb

Fedai.az publika.az-a istinadən xəbər verir ki, Azərbaycanın işğal olunmuş torpaqlarında keçirilən təlimlərin məqsədi müdafiə və əks-hücum məqsədi daşıyır.
Sarkisyan bu gün Qarabağın Azərbaycanın olduğunu bəyan edəcək – İRƏVAN ŞOKDA

Sarkisyan bu gün Qarabağın Azərbaycanın olduğunu bəyan edəcək – İRƏVAN ŞOKDA

Bu gün Brüsseldə Şərq Tərəfdaşlığı sammiti keçirilir. Publika.az xəbər verir ki, sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. Sammit qlobal
Sarkisyan:

Sarkisyan: "Əliyevdən soruşacağam ki, yeni nə demişəm, belə qəzəblənibsiz?"

Sarkisyan: Ermənistan dövlət başçısının mətbuat katibliyinin məlumatına görə, bunu prezident Serj Sarkisyan Müdafiə Nazirliyi Milli Tədqiqat və Təhlükəsizlik

Есть мнение!

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
BİZ SOSIAL ŞƏBƏKƏLƏRDƏ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
POPULYAR
ВХОД НА САЙТ