.

AVMVİB XƏBƏRLƏRİ: AVMVİB Hacıqabul şöbəsi tədbir keçirdi

20 fev 2018
AVMVİB XƏBƏRLƏRİ: AVMVİB Hacıqabul şöbəsi tədbir keçirdi
AVMVİB Hacıqabul rayon şöbəsi şəhid Fərhad Süleymanov adına 3 saylı orta məktəbdə tədbir keçirib. Tədbir Orta məktəbin adını daşıdığı şəhid Fərhad Süleymanovun anım günü ilə baglı olub.
Tədbirdə şəhidin bacısı, yaxınları, məktəbin direktoru Zeynəb Nəbiyeva, hərbi rəhbər Elşən Heydərov, idman rəhbəri Yasəf İmanov, həmin məktəbin 9-cu və 10-cu sinif şagirdləri iştirak etmişlər. Qarabağ uğrunda gedən döyüşlər zamanı erməni əsirliyində qalan şəhid Fərhad Süleymanov ermənilər tərəfindən əsirlikdə olan müddətdə öldürülüb. 29 gün torpaq altında qaldıqdan sonra BEYNƏLXALQ QIZIL XAÇ cəmiyyətinin xəttiylə ailəsinə təhvil verilib.
Tədbirdə həmçinin hərbçilər və AVMVİB Hacıqabul rayon şöbəsinin sədri Mehman Süleymanov, veteranlardan Nemət Qarayev, təşkilatın fəxri üzvü Yaqub Teymurov, Aprel döyüşçüsü Rizvan Qarayev, məktəbin müəllimi Nəriman Agayev və müharibə vetranları iştirak etmişlər.
Erməni əsirliyində olarkən vəhşicəsinə öldürülən Fərhad Süleymanov Naxçıvanski adına hərbi təmayüllü məktəbdə oxuyub sonra ali təhsil almaq üçün Rusiyaya getmişdi. Ermənilərin ölkəmizə təcavüzünü eşidən kimi könüllü olaraq Qarabağa yollanmışdı.
Çıxış edənlər şəhidin keçdiyi ağır döyüş yollarından söz açmışlar. Orta məktəbdə şəhid adının uca tutulması və bu cür tədbirlərin keçirilməsini ənənəyə çevirən pedaqoji kollektivə veteranlar öz minnətdarlılarını bildirmişlər.
Tədbirin sonunda təhsildə fərqlənən şagird və müəllimlərə hədiyyələr təqdim edilib.
Biz də veteranlar adından Hacıqabul rayon şöbəsinin sədri M. Süleymanova və ona bu xeyirxah işlərdə dəstək olan şəxslərə AVMVİB və Fədai.az saytı adından öz minnətdarlığımızı bildirir və uğur olsun deyirik.

Rauf Hüseynov


AVMVİB XƏBƏRLƏRİ: AVMVİB Hacıqabul şöbəsi tədbir keçirdi

AVMVİB XƏBƏRLƏRİ: AVMVİB Hacıqabul şöbəsi tədbir keçirdi
AVMVİB XƏBƏRLƏRİ: AVMVİB Hacıqabul şöbəsi tədbir keçirdi

AVMVİB XƏBƏRLƏRİ: AVMVİB Hacıqabul şöbəsi tədbir keçirdi

270

ЕЩЕ НА ЭТУ ТЕМУ:

AVMVİB XƏBƏRLƏRİ: 261 saylı məktəbdə şəhid İlham Məmmədov anıldı

AVMVİB XƏBƏRLƏRİ: 261 saylı məktəbdə şəhid İlham Məmmədov anıldı

Bu gün 261 saylı məktəb-litseydə şəhid zabitimiz İlham Məmmədovun 45 illiyinə həsr olunmuş anım dədbiri keçirildi. Tədbir məktəbin direktoru Abuzər Əsədov və
AVMVİB HACIQABUL RAYON ŞÖBƏSİ TƏDBİR KEÇİRDİ

AVMVİB HACIQABUL RAYON ŞÖBƏSİ TƏDBİR KEÇİRDİ

18 yanvar 2018-ci ildə AVMVİB Hacıqbul rayon şöbəsi 10 saylı Texniki təmayüllü litseydə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş ədəbi - bədii
AVMVİB Quba şöbəsi Quba batalyonunun yaranma gününü qeyd etdi

AVMVİB Quba şöbəsi Quba batalyonunun yaranma gününü qeyd etdi

AVMVİB Quba rayon şöbəsi Quba batalyonunun yaranma gününü təntənə ilə qeyd edib. Hər il olduğu kimi bu ildə rayon veteranları və ictimaiyyəti bu təntənəli
AVMVİB XƏZƏR RAYON ŞÖBƏSİ ANIM TƏDBİRİ KEÇİRDİ

AVMVİB XƏZƏR RAYON ŞÖBƏSİ ANIM TƏDBİRİ KEÇİRDİ

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Xəzər rayon şöbəsi tərəfindən Ümummilli Liderin vəfatı günü ilə əlaqədar ehsan verilmişdir. Mərasimdə
VETERANLAR MƏKTƏBLİLƏRLƏ GÖRÜŞDÜLƏR...

VETERANLAR MƏKTƏBLİLƏRLƏ GÖRÜŞDÜLƏR...

Vətən Müharibəsi Veteranları İctimai Birliyi Hacıqabul rayon şöbəsi veteranları ilə Şirvan şəhərində 20 saylı peşə litseyində təhsil alan şagirdlərin ğörüşü

Есть мнение!

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
BİZ SOSIAL ŞƏBƏKƏLƏRDƏ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
POPULYAR
ВХОД НА САЙТ