.

AVMVIB XƏBƏRLƏRİ : AZƏRBAYCANIN APARICI QHT-LƏRİNDƏN TÜRKİYƏYƏ DƏSTƏK

20 fev 2018
AVMVIB XƏBƏRLƏRİ : AZƏRBAYCANIN APARICI QHT-LƏRİNDƏN TÜRKİYƏYƏ DƏSTƏK
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Azərbaycan Respublikası aparıcı QHT-lərinin təşəbbüsüylə "Qardaşlığımız əbədidir!" devizi altında keçirilən tədbirdə iştirak edib. Tədbir iştirakçıları "Zeytun budağı" adlı antiterror əməliyyatlarında qardaş Türkiyə Cümhuriyyətinin yanında olduqlarını nümayiş etdirərək əməliyyatlara hər cür dəstək olmağa hazır olduqlarını bildiriblər. AVMVİB Sədri Füzuli Rzaquliyev bildirdi ki, Yaxın Şərqdə bu əməəlliyyata ciddi ehtiyac duyulurdu. Bölgədə yaşayan xalqlar terrordan və imperialistlərin basqılarından əziyyət çəkir və öz doğma yurdlarını tərk etməyə məcbur edilirdilər. Bu günədək milyonlarla insan qaçqın həyatı yaşayır və bu terror qurbanlarından ən böyük zərbəni, məhz qardaş Türkiyə çəkir. Biz dəfələrlə bəyan etmişik və bir daha bəyan edirik ki, hər an Mehmetciklərimizin yanında olmağa hazırıq".

AVMVİB Sədrinin I müavini Kamil Şirinov bizimlə söhbətdə bütün keçmiş döyüşçülərin qardaş Türkiyənin yanında olduğunu bildirdi. İllərlədir ki, terrora dəstək verən Qərb dövlətləri bölgə xalqlarının fəryadını eşitməzdən gəlirdi. PKK-PJD-YPG-İŞİD kimi terrorçuları yedizdirməklə onların, Yaxın Şərqdə nə axtardıqlarını hər kəs-istər ərəb, istər kürd, istərsə də türkmən olsun, yaxşı bilməkdədir. Qardaş Türkiyəmizin isə belə bir problemi yoxdur. O, beynəlxalq hüquq normalarına tam uyğun şəkildə hərəkət edir. Həm bölgədə yaşayan yerli xalqların, həm də öz sərhəddi daxilində yaşayan mülkü əhalinin müdafiəsinə çalışır. Buna etiraz edən kim olursa olsun, terrorizmi dəstəkləyən şəxslərdəndir. Biz veteranlar Afrin əməliyyatları başlayan gündən Türk Ordusunun və öz qardaşlarımızın yanındayıq".
Tədbirdə çıxış edənlər də bu əməliyyatın Yaxın Şərqdə yeni bir tarixi dönəmin başlanmasına səbəb olduğunu bildirdilər.


AVMVIB XƏBƏRLƏRİ : AZƏRBAYCANIN APARICI QHT-LƏRİNDƏN TÜRKİYƏYƏ DƏSTƏK

AVMVIB XƏBƏRLƏRİ : AZƏRBAYCANIN APARICI QHT-LƏRİNDƏN TÜRKİYƏYƏ DƏSTƏK

256

ЕЩЕ НА ЭТУ ТЕМУ:

AZƏRBAYCAN VETERANLARI İLHAM ƏLİYEVİ DƏSTƏKLƏDİKLƏRİNİ BƏYAN ETDİLƏR

AZƏRBAYCAN VETERANLARI İLHAM ƏLİYEVİ DƏSTƏKLƏDİKLƏRİNİ BƏYAN ETDİLƏR

Azərbaycan veteran təşkilatlarının birgə yığıncağı keçirildi. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Müharibə, Əmək və Silahlı
SUMQAYIT VETERANLARINDAN TÜRK ORDUSUNA DƏSTƏK

SUMQAYIT VETERANLARINDAN TÜRK ORDUSUNA DƏSTƏK

Türk Ordusunun uğurla davam edən Afrin əməliyyatı keçmiş döyüşçülər tərəfindən maraqla və həyəcanla izlənilir. Müharibə veteranları Türk əsgərinin bu
Azərbaycan XİN Türkiyəyə haqq qazandırdı: “Terrorun kökü kəsilməlidir”

Azərbaycan XİN Türkiyəyə haqq qazandırdı: “Terrorun kökü kəsilməlidir”

“Azərbaycan terrorizmdən əziyyət çəkmiş dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq
AVMVİB QHT-lərə Dövlət Dəstəyi Şurasının 10 yaşını təbrik etdi

AVMVİB QHT-lərə Dövlət Dəstəyi Şurasının 10 yaşını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaranmasından 10 il ötür. Bu müddət ərzində Şura öz
AVMVİB rayon şöbələrində Bayraq Günü qeyd edildi

AVMVİB rayon şöbələrində Bayraq Günü qeyd edildi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xocalı və Nizami rayon şöbələrində 9 Noyabr Bayraq Günü munasibətiylə tədbir kecirilmişdir. Tədbirdə

Есть мнение!

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
BİZ SOSIAL ŞƏBƏKƏLƏRDƏ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
POPULYAR
ВХОД НА САЙТ