.

AZƏRBAYCAN VETERANLARI AVROPA PARLAMENTİNƏ MÜRACİƏT ETDİLƏR

22 fev 2018
AZƏRBAYCAN VETERANLARI AVROPA PARLAMENTİNƏ MÜRACİƏT ETDİLƏR
Qərbin apardığı ikiüzlü və riyakar siyasət müharibə iştirakçılarının haqlı narazılığına səbəb olub. İllərcə Qarabağın işğalını görməzdən gələn və Ermənistanın terrorçu mövqeyinə və anneksiya siyasətinə qismən dəstək olan bu haqsız yanaşmanı pisləyən veteranlar müraciət qəbul ediblər. Müraciətin tam mətnini təqdim edirik:
"Biz Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş müharibə veteranları Avropa Parlamenti üzvü Lars Adaktussonun 2018-ci ilin yanvar ayında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionuna qanunsuz səfər etməsi və işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimin təmsilçiləri ilə görüşməsini qətiyyətlə pisləyirik.
Erməni lobbisinin təsiri altına düşən Avropa Parlamentinin bəzi üzvləri Avropa parlamentinin binasında qondarma rejimlə bağlı tədbir keçirilməsini planlaşdırır. Tədbir Tufenkian Foundation, Armenian Legal Center for Justice and Human Rights və European Armenian Federation for Justice and Democracy , The Armenian General Benevolent Union və European Friends of Armenia adlı erməni lobbi təşkilatlarının sponsorluğu ilə təşkil olunur. Belə ki, 27 fevral 2018-ci il tarixində Avropa Parlamentinin üzvləri Lars Adaktusson və Mişel Rivasi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu ilə bağlı 28 fevral 2018-ci il tarixdə, Avropa parlamentinin üzvü Frank Engelinin təşkilatçılığı ilə “Dağlıq Qarabağ və Avropa İttifaqı: 1988-2018” mövzusunda tədbir keçirilməsini planlaşdırırlar. Bu il 26 fevralda Azərbaycanda erməni işğalçılarının Xocalıda törətdikləri soyqrımın 26 ci il dönümü qeyd olunacaq. Tədbirin Xocalı faciəsinin il dönümünün növbəti gününə salınması heç də təsadüfi deyil. Məlumat üçün bildiririk ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Azərbaycanın Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Hesab edirik ki, Avropa Parlamenti kimi nüfuzlu beynəlxalq bir təşkilat erməni işğalçıları tərəfindən törədilmiş bu faciəyə biganə qalmamalıdır. Hörmətli Avropa parlamentinin üzvüləri -Sizi Azərbaycanın ərazi bütövlüyünü sübhə altına salan bu tədbirlərdə iştirak etməməyə cağırırıq.

Hörmətlə, 64 min müharibə veteranı adından Sədr Füzuli Rzaquliyev".

AZƏRBAYCAN VETERANLARI AVROPA PARLAMENTİNƏ MÜRACİƏT ETDİLƏR

AZƏRBAYCAN VETERANLARI AVROPA PARLAMENTİNƏ MÜRACİƏT ETDİLƏR

304

ЕЩЕ НА ЭТУ ТЕМУ:

Prezident İlham Əliyev:

Prezident İlham Əliyev: "Avropada separatizmin baş qaldırması beynəlxalq ictimaiyyətə bir siqnaldır"

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında
Ağdam 1945-ci ilin Drezdenidir: Rus fotoqrafın - Reportajı

Ağdam 1945-ci ilin Drezdenidir: Rus fotoqrafın - Reportajı

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının vətəndaşı, fotoqraf və bloqçu Vladimir Kezlinq Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulluğuna məktubla
Sarkisyan bu gün Qarabağın Azərbaycanın olduğunu bəyan edəcək – İRƏVAN ŞOKDA

Sarkisyan bu gün Qarabağın Azərbaycanın olduğunu bəyan edəcək – İRƏVAN ŞOKDA

Bu gün Brüsseldə Şərq Tərəfdaşlığı sammiti keçirilir. Publika.az xəbər verir ki, sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. Sammit qlobal
AVMVİB rayon şöbələrində Bayraq Günü qeyd edildi

AVMVİB rayon şöbələrində Bayraq Günü qeyd edildi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xocalı və Nizami rayon şöbələrində 9 Noyabr Bayraq Günü munasibətiylə tədbir kecirilmişdir. Tədbirdə
ZƏNGİLANIN İŞĞALINDAN ... İL KEÇİR...

ZƏNGİLANIN İŞĞALINDAN ... İL KEÇİR...

Hər il dəyişən rəqəmləri yazmaqdan yorulduq. Elə bilmən yadımızdan çıxıb. 1993-cü il oktyabrın 29-da erməni hərbi birləşmələri Azərbaycanın Dağlıq Qarabağ

Есть мнение!

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
BİZ SOSIAL ŞƏBƏKƏLƏRDƏ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
POPULYAR
ВХОД НА САЙТ