.

Azay Quliyev erməni deputatı susdurdu – ATƏT PA-da qalmaqal

23 fev 2018
Azay Quliyev erməni deputatı susdurdu – ATƏT PA-da qalmaqal

ATƏT Parlament Assambleyasının (ATƏT PA) 17-ci qış sessiyasının daimi komitəsinin iclasında Ermənistan nümayəndə heyətinin rəhbəri Hermine Nağdalyan ənənəvi olaraq Azərbaycana qarşı iftiralar səsləndirib. O, Cənubi Qafqazda həyata keçirilən infrastruktur layihələrində Ermənistanın düşünülmüş şəkildə təcrid edilməsini qeyri-qanuni addım kimi dəyərləndirib.

Modern.az-ın məlumatına görə, erməni deputat beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsini öz fəaliyyətinin əsas prinsiplərindən biri elan edən ATƏT PA-nı regional layihələrdən kənarda qalan Ermənistana qarşı bu cür “haqsız” mövqeyə münasibət bildirməyə çağırıb.

ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev çıxışında erməni deputatın söylədiyi məqamlara aydınlıq gətirib. O qeyd edib ki, ATƏT PA kimi nüfuzlu beynəlxalq platformada “Dağlıq Qarabağ respublikası” və ya “Dağlıq Qarabağ respublikasının parlamenti” kimi ifadələrin səsləndirilməsi qeyri-ciddiyyətdən xəbər verir. Heç bir beynəlxalq təşkilat belə bir qurumu tanımır və bütün bunlar ictimai fikri çaşdırmağa xidmət edən cəhdlərdən başqa bir şey deyil.
A.Quliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmalı olduqlarını dəfələrlə vurğulayıb.

“Mənim öz ailəm Ermənistandan – əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olan Zəngəzur mahalından didərgin salınıb. Həmin torpaqlar 1923-cü ildə sovet hakimiyyəti tərəfindən Azərbaycandan alınaraq Ermənistan ərazilərinə birləşdirilib”.

Daha sonra vitse-prezident bildirib ki, bu gün beynəlxalq nəqliyyat və infrastruktur dəhlizləri Azərbaycan ərazisindən keçir. Azərbaycan dəfələrlə Ermənistanın bu təşəbbüslərə qoşulmasına çalışıb, lakin bunun baş tutmamasında günah Azərbaycanın deyil, onilliklərdən bəri Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın üzərinə düşür. Azərbaycan torpaqlarını işğal edən Ermənistan beynəlxalq layihələrdən təcrid olunmasından şikayətlənir. Bu şikayətin özünün məntiqi əsası yoxdur: “Mən erməni həmkarlarımı səmimi olmağa çağırıram. Aydındır ki, siz Yerevanda aldığınız təlimatları icra etmək üçün burada iştirak edirsiniz. Lakin sizi sessiyadakı işgüzar atmosferi pozmamağa çağırıram”.

Azay Quliyev erməni deputatı susdurdu – ATƏT PA-da qalmaqal

304

ЕЩЕ НА ЭТУ ТЕМУ:

Dilqəm və Şahbazın işgəncə verildiyi şəkillər AŞPA-da nümayiş olundu

Dilqəm və Şahbazın işgəncə verildiyi şəkillər AŞPA-da nümayiş olundu

Millət vəkili Qənirə Paşayeva AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı Ermənistanın törətdiyi vəhşiliyin fotolarını nümayiş etdirib və Nazirlər
Prezident İlham Əliyev:

Prezident İlham Əliyev: "Avropada separatizmin baş qaldırması beynəlxalq ictimaiyyətə bir siqnaldır"

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında
İlham Əliyev Qüdslə bağlı toplantıda çıxış etdi: “ABŞ bu qərara yenidən baxmalıdı” - MƏTN

İlham Əliyev Qüdslə bağlı toplantıda çıxış etdi: “ABŞ bu qərara yenidən baxmalıdı” - MƏTN

Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə
PARLAMENT ASSAMBLEYASI AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏDİ

PARLAMENT ASSAMBLEYASI AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏDİ

29 noybrda Kiyevdə keçirilən Qara dəniz İqtsadi Əməkdaşlıq Təkilatının 50-ci Assambleyası Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyib. Ukrayna rus
Rusiyanın Ermənistanı silahlandırması ATƏT-in Minsk qrupunun prinsiplərinə ziddir

Rusiyanın Ermənistanı silahlandırması ATƏT-in Minsk qrupunun prinsiplərinə ziddir

Radə Abbas Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Uzun illərdir, Qarabağın işğalda qalmasının əsas səbəkarının Rusiya olduğunu

Есть мнение!

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
BİZ SOSIAL ŞƏBƏKƏLƏRDƏ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
POPULYAR
ВХОД НА САЙТ