27 Fev 11:52GÜNDƏM

Azərbaycanda gender bərabərliyi və media azadlığı mövzusunda tədbir keçirilir

Azərbaycanda gender bərabərliyi və media azadlığı mövzusunda tədbir keçirilir

Bakıda “Gender bərabərliyi və media mövzusunda Avropa Şurası standartları” adlı dəyirmi masa keçirilir.

Fedai.az apa-ya istinadən xəbər verir ki, tədbirdə "Azərbaycanda gender bərabərliyi və media azadlığı" adlı təklif edilən yeni layihə ətrafında müzakirələr aparılır.

Tədbirdə çıxış edən Avropa Şurasının Azərbaycandakı nümayəndəsi Zoltan Hernyes layihəylə bağlı yerli tərəfdaşların dəstəyilə qarşıya qoyulan məqsədlərə çatılacağına inamını ifadə edib.

Səfir çıxışında Azərbaycanın Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququ verdiyini xüsusi vurğulayıb.

Avropa Şurasının Media və İnternet Bölümünün Əməkdaşlıq şöbəsinin rəhbəri Leyla Dervisagik bildirib ki, Azərbaycan demokratiyanın təkmilləşdirilməsi, gender bərabərliyi və media azadlığı baxımından çox vacib addımlar atır. Avropa Şurası eləcə də Avropa İttifaqı da bu sahədə öz dəstəyini göstərməkdədir. O bildirib ki, layihəyə əsas məsələ olaraq qadınların cəmiyyətdə, xüsusilə media sahəsində rolunun gücləndirilməsi daxildir.

Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas Azərbaycanda gender bərabərliyi ilə bağlı balansın kifayət qədər qorunduğunu deyib. O real vəziyyətin tam dəyərləndirilməsi üçün ölkədə daha çox tədqiqatlar aparılmasını təklif edib: "Kişi və qadın hər biri bir əlimizdir. Müasir cəmiyyətdə hər iki əlimizdən istifadə etməliyik".



Mətbuat Şurasının sədri Əflatun Amaşov da çıxışında son illərdə cəmiyyətdə gender bərabərliyi və media sahəsində problemlər olduğunu deyib və hazırda mediada çalışanların 45-50 faizini qadınlar təşkil etdiyini deyib.

Prezident Administrasiyasının əməkdaşı Vüqar Səlimov təklif edilən layihənın əsaslandırılmasındakı qüsurları sadalayıb və gender bərabərliyinin Azərbaycan siyasətinin əsas istiqamətlərdən birini təşkil etdiyini deyib.

Tədbirdə çıxış edən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı layihənin uğurlu nəticə verəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, "Azərbaycanda gender bərabərliyi və media azadlığı" adlı layihənin büdcəsi 250 min avrodur. Layihənin əsaslandırılmasına qeyd edilib ki, Azərbaycanda gender bərabərliyi və medianın vəziyyətinin daha da təkmilləşdirilməsinə ehtiyac var.


Layihənin məqsədi Azərbaycanda mediada və media vasitəsilə gender bərabərliyinin təşviqi, jurnalistlərin peşə davranış qaydalarının gender bərabərliyi kontekstində nəzərdən keçirilməsi və yenilənməsi, gender bərabərliyi və media azadlığına dair Avropa Şurası standartlarının, eləcə də yenilənmiş " Jurnalistlərin peşə davranış qaydaları"nın Bakı və regionlarda jurnalistlər və media professionalları arasında təşviqi, gender bərabərliyi və media azadlığı üzrə yeni tədris kursu proqramının hazırlanmasından ibarətdir.


Azərbaycanda gender bərabərliyi və media azadlığı mövzusunda tədbir keçirilir

Azərbaycanda gender bərabərliyi və media azadlığı mövzusunda tədbir keçirilir
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ