05 Mrt 01:11GÜNDƏM / POEZİYA

NİZAMİ HƏYATOVDAN LƏTİFƏLƏR..

NİZAMİ HƏYATOVDAN LƏTİFƏLƏR..
NEÇƏNCİ MƏRTƏBƏDƏN ATMISAN Kİ?

İki dost görüşüb söhbət edirlər. Biri soruşur:
- Haralarda idin? Xeyli vaxtdı görmürdüm səni...
- Arvadımı atmağıma görə məni 10 il həbsə göndərdilər. Yeni çıxmışam.
Dostu bir də təəccüblə soruşur:
- Arvad atmağa görə adam həbs edərlər? Mən ikisini atmışam.
Müsahibi heyrətlə deyir:
- İkisini? Sirr deyilsə, neçənci mərtəbədən atmısan ki, səni tutmayıblar...
NİZAMİ HƏYATOVDAN LƏTİFƏLƏR..
ELƏ MƏNƏ DƏ MARAQLIDIR...

Bir residivistin məhkəməsində hakim müttəhimdən soruşur:
- Sən öz cinayətlərini boynuna almısan. Son dəfə doğradığın qadın epizodunda isə polislər səni iş başında tutublar. Ona görə də vəkilin çıxıına nə ehtiyac var?
Müttəhim deyir:
- Qoyun danışsın. Elə mənə də çox maraqlıdır ki, o mənim barəmdə nə danışacaq?

NİZAMİ HƏYATOVDAN LƏTİFƏLƏR..
























ELƏ BİLDİK Kİ, SİZ TUTACAĞI QOPARMAQ İSTƏYİRSİNİZ...

Dəlixanada koridorda 3 nəfər dəli durub qapını dartışdıran tibb bacısına baxıb qışqırırlar:
- Bərk dartın, bərk dartın...
Tibb bacısı ha dartsa da qapının açılmadığını görüb dillənir:
- Yəqin gediblər. Qapı da bağlıdır.
Dəlilər yer-yerdən dillənirlər:
- Yox açıqdı. Qapı sadəcə əks tərəfə açılır. Biz elə bildik ki, siz tutacağı qoparmaq istəyirsiniz...


NİZAMİ HƏYATOVDAN LƏTİFƏLƏR..
BİLMİRƏM BU KÖRPÜNÜ ÇAYIN ENİNƏ, YOXSA UZUNUNA SALMALIYAM?


Bir gün Eşşəyi çağırıb mühəndis təyin edirlər və bir çayın üzərindən vacib bir körpünün salınmasını ona tapırırlar. Aylar keçir Eşşəkdən xəbər gəlmir. Bir kommisiya yaradıb Eşşəyə ba çəkməyə gedirlər. Görürlər ki, cənab Eşşək qan-tərin içində əlində də layihə çay aşağı- yuxarı gəzir. Onunla hal-əhval edib soruşurlar:
- Aylar ötüb. Hanı sənin gördüyün işlər?
Eşşək incik halda deyir:
- Sağ olun, məni özünüzə yaxın bilib bu vəzifəyə təyin etdiniz. Amma heç demədiniz ki, bu körpünü çayın uzununa, yoxsa eninə salmalıyam?
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ