02 Noy 10:06GÜNDƏM / VETERAN

VETERANLARIN İNŞAAT QRUPUNDAN XƏBƏR VAR...

VETERANLARIN İNŞAAT QRUPUNDAN XƏBƏR VAR...
Saytımızın erməni xakerlər tərəfindən dağıdılmasından sonra ilk dəfə olaraq veteranlarımızın İnşaat qrupunun rəbəri və AVMVİB Mətbuat Xidmətinin rəhbəri X. Rzaquliyevlə əlaqə saxladıq. O, problemin həlli ilə bağlı dedi: " Mövcud 54 min manatlıq borcdan 12 min manat ödənildi. Buna görə ƏƏSM nazirinə və Aparatın rəhbərinə minnətdarlığımızı bildiririk. Lakin yenə köhnə "karusel" fırlatması işə salınıb. Bunu Prezidentə və Vitse Prezidentə ünvanladığımız müraciətlərə başdansovdu cavab yazmaq xatirinə atılmış bir addım kimi qiymətləndiririk. Bizə "sənədləriniz yetərli deyil" deyənlərə isə bir daha bildirirəm ki, bizim təqdim etdiyimiz sənədlər "qara mühasibatlıq (çernaya buxalteriya)" sənədlərinə tam uyğundur və üstəlik, iş icraçısından notarial qaydada borc sənədi də almışıq. Biz neyləyək ki, sabiq nazir Füzuli Ələkbərovun iş üslubu belə olub? Keçmiş komandaya da "Bazis İnşaat" MMC-nin sabiq direktoruna iki məktub ünvanlamışıq və birini də bu günlərdə sabiq nazirin ev ünvanına göndərəcəyik. Nazirliyin indiki komandasının cavabı isə artıq məlumdur. Hətta yazdıqları birinci cavabı oxumadan ikinci cavabda bu məsələyə baxıldığı kimi bir yalanı ölkə Başçısına ünvanlaya bilirlərsə, hazırda 14.678 nəfərin imzaladığı petisiya vərəqlərinin daha çox şəxsin imzalamasına çalışırıq ki, bu problemə ölkə Rəhbərinin diqqətini cəlb edə bilək. Biz də bilirik ki, bu problemə görə məsuliyyəti keçmiş nazir və onun komandası daşıyır. Amma biz dəfələrlə müraciət etsək də, birbaşa səlahiyyətli olan ƏƏSMN nümayəndələri öz aralarında sövdələşmələr aparıb milyonları təmizə çıxarıblar. Amma əlillərin və veteranların pulu yaddan çıxıb. Bu i bir başa bu nazirliyinin işidir. Bizi müqaviləsiz işlədənlər də bəlli, müraciətlərimiz də bəlli. İndi də kimə müraciət edirsən "ona verdik, buna verdik" nağılı başlayırlar. Faktiki olaraq da tərtib olunan forma-2-lərdə əsasən bizim qrupun yerinə yetirdiyi işlərdir. Yaxın günlərdə sizin vasitənizlə geniş araşdırmalar təqdim edəcəyik".
Əlbəttə deməyə söz tapmaq çətindir. Sözün qurtardığı yerdəyik. Amma son deyiləcək sözün sahibini gözləməkdəyik...
Elnur Səlim
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ