10 Mrt 10:14GÜNDƏM / VETERAN

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına 300 min manat...

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına 300 min manat...



















Martın 9-da Prezident İlham Əliyev Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısını artırmaq məqsədilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi, habelə Təşkilatın fəaliyyəti ilə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması üçün Prezidentin ehtiyat fondundan bu quruma 300 min manat ayrılıb.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Mətbuat Xitmətinin rəhbəri Xaqani Rzaquliyev bu məsələ ilə bağlı dedi: "Bu sərəncamı alqışlayır və 60 minlik veteran ordusunu öz ətrafında birləşdirən bir təşkilatın hələ də bu qayğıdan kənar saxlanmasını möhtərəm Ali Baş Komandanın nəzərinə çatdırmaq niyyətindəyik. Çünki bu sərəəncam bir daha Prezidentin veteranlara göstərdiyi qayğının bir təzahürü kimi qəbul edilməlidir. AVMVİB-in büdcəyə salınması ilə bağlı dəfələrlə Nazirlər Kabinetinə müraciətlər etmişik. Lakin bu müraciətlərə bu günədək cavab verilməyib. Bu gün əmək veteranına, az saylı İkinci Dünya Müharibəsi veteranlarına və s. göstərilən qayğı niyə öz doğma torpaqlarımız uğrunda döyüşmüş insanlara göstərilməsin? Hüquqi baza eynidir, amma nədənsə bu sahədə bir anormallıq var. Bu işi ciddi surətdə araşdırmağa çalışacağıq və yenidən müraciət edəcəyik. Hər şeyə pul tapan NK nədənsə erməniyə qarşı güllə atmış insanların problemi olanda həmişə pulsuzluqdan gileylənir. Çünki buna bizim daha çox haqqımız və ehtiyacımız var".

Elnur Səlim
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ