.

Ağalarovun Putinə çatdırdığı məktubu xüsusi prokuror araşdırır

11 mar 2018
Ağalarovun Putinə çatdırdığı məktubu xüsusi prokuror araşdırır
ABŞ-da Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsini və Donald Trampın komandasının Moskva ilə gizli əlaqələrini araşdıran xüsusi prokuror Robert Müllerin komandası azərbaycanlı milyarder-oliqarx Araz Ağalarovun Putinə çatdırdığı məktubu araşdırır.

Fedai.az
Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” sənədlə tanış olan bir neçə mənbəyə istinadla yazır. Həmin məktub Tramp tərəfindən 2013-cü ildə göndərilmişdi.

Qəzet qeyd edir ki, bu Trampın Rusiya prezidenti ilə birbaşa əlaqə qurmağa yönəlmiş ilk cəhdi olub. Həmin məktubda Tramp Putini Moskvada keçiriləcək “Dünya gözəli” yarışmasına dəvət edirdi. Ağalarov isə həmin yarışmanın təşkilatçısı idi. Həmin məktubun məzmunu barədə məlumat verilmir. Amma məlumdur ki, o vaxt Tramp Tvitter-də belə yazmışdı: “Necə düşünürsünüz, Putin Moskvada keçiriləcək “Kainat gözəli” müsabiqəsinə gələcək? Əgər gəlsə o mənim ən yaxşı dostum olacaq”.

Ağalarovun Putinə çatdırdığı məktubu xüsusi prokuror araşdırır

Bildirilir ki, Putin əvvəlcə dəvəti qəbul edib, amma son anda yarışmaya qatılmayıb və Trampa “dost məktubu” göndərib. Trampın vəkili isə qəzetin informasiyasını “absurd” adlandırıb, bildirib ki, həmin məktubun məzmunu ilə tanış deyil.

Bundan əvvəl xüsusi prokuror Robert Müllerin 2017-ci ilin yanvarında, Trampın səlahiyyətlərinin icrasına başlaması ərəfəsində Seyşel adalarında onun nümayəndəsinin Kremlə yaxın nüfuzlu şəxslə gizli görüşünü araşdırdığını yazmışdı. Həmin görüşdə Trampın komandası ilə Rusiya arasında gizli əlaqə kanalının qurulması müzakirə olunub.

Bu arada Ağ evdəki mənbələr bildirir ki, Tramp Müllerlə əməkdaşlıq etməyə və onun suallarına cavab verməyə hazırdır. Bir şərtlə ki, xüsusi prokuror Rusiya təhqiqatını tez yekunlaşdırsın.

Ağalarovun Putinə çatdırdığı məktubu xüsusi prokuror araşdırır

1078

ЕЩЕ НА ЭТУ ТЕМУ:

Putin və Tramp arasında telefon danışığı olub

Putin və Tramp arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub. Fedai.az-;n apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə
TRAMP ETİRAZÇILARA DƏSTƏK VƏD EDİR

TRAMP ETİRAZÇILARA DƏSTƏK VƏD EDİR

Vaşinqton lazım olan vaxtda İrandakı etirazçılara dəstək göstərəcək. Muxalifet.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində ABŞ Prezidenti Donald
Rusiya ilə müharibəyə HAZIRLAŞIN! – ABŞ-dan ŞOK SİQNAL

Rusiya ilə müharibəyə HAZIRLAŞIN! – ABŞ-dan ŞOK SİQNAL

“ABŞ Ukraynaya silah çatdırmaqla münaqişənin hərbi yolla həlli cəhdinə dəstək göstərir və bu barədə Kiyevə aydın şəkildə siqnal verir”. Turkustan.info
Saakaşvilinin Poroşenkoya məktubunun məzmunu AÇIQLANDI

Saakaşvilinin Poroşenkoya məktubunun məzmunu AÇIQLANDI

Gürcüstanın eks-prezidenti, “Yeni qüvvələr hərəkatı” partiyasının lideri Mixail Saakaşvili prezident Pyotr Poroşenkoya məktubunda etiraf edib ki, çox sayda
Tramp türklərə söz verdi: Bir də olmayacaq

Tramp türklərə söz verdi: Bir də olmayacaq

Birləşmiş Ştatlar prezidenti Donald Trampın Ərdoğanla telefonda danışdığını deyən nazir, dialoqun müsbət keçdiyini söyləyib “Cənab Tramp açıq şəkildə bizə söz

Есть мнение!

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
BİZ SOSIAL ŞƏBƏKƏLƏRDƏ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
POPULYAR
ВХОД НА САЙТ