.

12 MART AĞDƏRƏ RAYONU AZƏRBAYCANLI KƏNDLƏRİNİN İŞĞALI GÜNÜDÜR: YURDUN 26 İLLİK VƏ SONU GÖRÜNMƏYƏN ƏSİRLİYİ

12 mar 2018
12 MART AĞDƏRƏ RAYONU AZƏRBAYCANLI KƏNDLƏRİNİN İŞĞALI GÜNÜDÜR: YURDUN 26 İLLİK VƏ SONU GÖRÜNMƏYƏN ƏSİRLİYİ
Mayıl Dostu

Ermənilərin millətimə qarşı 1988-ci ildə yenidən püskürən ənənəvi soyqırım əməli Ağdaban, Meşəli, Kərkicahan, Malıbəyli, Quşcular, Qaradağlı kəndlərində başladı və Xocalıda kuliminasiya nöqtəsinə çatdı. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlıların qədim sakinləri olduğu 50-dən artıq yaşayış məntəqəsinin taleyi bir gecədə həll olundu. Dörd ildən artıq hiyləgər düşmənin hər cür həmləsinə mərdliklə sinə gərən soydaşlarımızın mübarizliyini,yurdu qorumaq əzmini Xocalıda törədilən misli görünməmiş qətliam tamamilə məhv etdi.
Bu müsibəti görən və yaşayan adam kimi, o gün də, bu gün də birmənalı mövqeyim budur ki,o vəhşiliyi törədən düşmənlə hansı danışıqlara gedirik? Özümüzü aldatmayaq, protokol xatirinə hesablanmış bu danışıqların heç bir faydası yoxdur, yüz il bundan sonra da olmayacaq.Dünyada çoxdan qəbul edilmiş gerçəklik var: zorun cavabı zordur, gücün qarşılığı daha artıq gücdür.
Başımıza əbədi qaxınc olan Xocalı adlı ləkəni düşmənin qanı ilə yumaq can borcumuzdur:

Xocalı qanlı yaramdı,
Sel aparan Saramdı,
Bu qisası almasaq,
Hər şey bizə haramdı.
12 MART AĞDƏRƏ RAYONU AZƏRBAYCANLI KƏNDLƏRİNİN İŞĞALI GÜNÜDÜR: YURDUN 26 İLLİK VƏ SONU GÖRÜNMƏYƏN ƏSİRLİYİ
Xocalı qətliamından düz 14 gün sonra,12 mart 1992-ci ildə Ağdərə rayonunun azərbaycanlılar yaşayan 8 kəndi ağır döyüşlərdən sonra işğal olundu. 4 il düşmənə qan udduran bu qədim Kolanı elinin 23 övladı həmin gün öldürüldü və itkin düşdü. Buna qədər həmin kəndlər onlarla şəhid vermiş,düşmənə layiqli divan tutmuşdur. Beləliklə, Sırxavənd, Bəşirlər, Qaraşlar, Yeni Qaralar, Baş Güney, Orta Güney, Xatınbəyli, Manikli ( bundan əvvəl və conra isə 4 kənd ---Narışlar, Çərəktar, İmarət-Qərvənd və Umudlu işğal olundu) kəndlərinin əhalisinin didərginlik həyatı başladı və bu 26 ildir davam edir. Zarafat deyil, əsrin 4-də birindən çoxdur!

Qarabağım yetimdi,
Paramparça ətimdi,
Dünya ölüm-itimdi,
Yurdsuzluq üzür məni.

Məşəqqətli köçkünlük illərində yaşlıların hamısı, orta nəslin əksəriyyəti “yurd” deyə-deyə bu dünyadan nigaran köçürlər. Bu sırada mənim də əzizlərim var. Yurd həsrətindən yanıb, qovrula-qovrula gedir onlar:

Həsrət alıb qucağında,
Aparır hara , bilirəm.
Yurdun talan ocağında,
Çəkəcək dara, bilirəm.

Böyük Vətəndə yuvam yox,
Canıma məlhəm havam yox,
Yağı düşmənlə davam yox,
Üzümüz qara, bilirəm.
12 MART AĞDƏRƏ RAYONU AZƏRBAYCANLI KƏNDLƏRİNİN İŞĞALI GÜNÜDÜR: YURDUN 26 İLLİK VƏ SONU GÖRÜNMƏYƏN ƏSİRLİYİ
1996-cı ildə qələmə aldığım “Atəşkəs,nə vaxta qədər?” adlı yazıda sülh danışıqlarının tamamilə mənasız olduğunu qeyd etmişdim. Öncə görücülüyüm, filan yoxdur, sadəcə olaraq, düşmənlərin xislətinə yaxşı bələd olduğum üçün (işğala qədər onlarla birgə yaşamışıq) və adi məntiqə əsaslanıb deyirdim bunu.Həmin yazıda göstərirdimki, işğal olunmuş ən azı 2 rayonumuzu (Ağdam və Kəlbəcər) zor gücünə aldıqdan sonra , ermənilərin danışığa gələcəyinə inanmaq olardı. İndi də bu fikrimdə qalıram. Düşmənə gücümüzü göstərməkdən savayı yolumuz yoxdur:

Qalx ayağa, ulu millət,
Bu ləkəni silməlisən.
Yetər, çəkdiyimiz zillət,
Zəfər çalıb, gülməlisən.

Qarabağsız Azərbaycanın varlığı mümkün deyil.Azərbaycanı qiymətli bir üzüyə bənzətsək,ermənilərin indi at oynatdığı ərazilər həmin üzüyün ən qiymətli qaşıdır.Bu dəyərli qaşı min illər boyu göz-bəbəyi kimi qoruyub, bizə əmanət verən KİŞİLƏRİN ruhu od tutub yanir:

Axşamladıq yaman yerdə,
Düşmən salıb müşkül dərdə,
Şuşa,Laçın,Kəlbəcərdə,
At oynadır,atdan qorxan ,
Dur ayağa İbrahim xan!

Bu sətirləri oxuyan kəslərdən kimsə düşünər ki, mən qan-qadanı, müharibəni təbliğ edirəm.Taniyanlar bilir, təbiətcə qətlin, qan tökülməsinin tərəfdarı deyləm.Məsələ bundadır ki, düşdüyümüz vəziyyətdə bu çarəsizliyin savaşdan başqa özgə yolu yoxdur. Düşmən çox hiyləgər və məkirlidir. Onun burnunu əməlli-başlı əzməsək ,danışıqla bir qarış torpaq da qaytarası deyil.
12 MART AĞDƏRƏ RAYONU AZƏRBAYCANLI KƏNDLƏRİNİN İŞĞALI GÜNÜDÜR: YURDUN 26 İLLİK VƏ SONU GÖRÜNMƏYƏN ƏSİRLİYİ
Ermənilərin 25-26 yaşlı gənci işğal olunmuş ərazilərdə azərbaycanlı görməyiblər. Onlarda bizə qarşı, ancaq nifrət və düşmən təbliğatı aparılıb. Buna görə də onlar özlərini həmin ərazilərin şəriksiz sakinləri hesab edirlər. Status-kvonun bu cür qalması erməniləri ideal sürətdə təmin edir.
Eyni yaşda olan bizim gənclər isə həmin ərazilər haqqında valideyinlərdən və digər mənbələrdən adi məlumatlar alırlar. Köçkünlük dövrü doğulan indiki gənclər ən yaxşı halda valideynlərin hansi bölgədən olduğunu bilirlər. Bunu təbii hesab edirəm.Yurdda yaşamaq ayrı, onun haqqında eşitmək isə tamam fərqli məsələlərdir. Məsələn, mənim övladlarım və nəvələrim işğal olunmuş yurdumla bağlı söhbətlərimə nə qədər diqqət və hörmət göstərsələrdə, məndəki yurd həsrət və sevgisinin heç yüzdə biri də onlarda ola bilməz. Bizlər isə tükənirik.Sözümün canı odur ki, 5-10 ildən sora torpaqlara olan sevgi, onun qaytarilmasına ümid hisləri azalacaq. Düşmən indiki vəziyyətin davam etməsinə, münaqişənin dondurulmasına bax, buna görə maraqlıdır. İtirilmiş torpaqların hər qarışında millətimin qan izləri var.Kim nə deyir, desin, millət o vaxt bacardığını etdi. Ordusu, silahı, hərbi texnikası, vahid komandanlığı olmayan, 70 ilin fərqli havasında yaşayan, “böyük qardaş”dan qahmarçılıq uman, arxalı köpəklə üz-üzə qalan millət, təbii ki, başını itirməli idi. Təəssüflər ki, uzun illər düşməni öz içimizdə axtarmaqla məşğul olduq. Bir düşmənimiz var: daşnaq xislətli bütün ermənilər və onlara havadarlıq edən daşnaqkimilər!
12 MART AĞDƏRƏ RAYONU AZƏRBAYCANLI KƏNDLƏRİNİN İŞĞALI GÜNÜDÜR: YURDUN 26 İLLİK VƏ SONU GÖRÜNMƏYƏN ƏSİRLİYİ



















Bütün yurddaşlarıma 26 ildir tabuta qoyduğumuz, amma dəfn etmədiyimiz “Yurd” adlı cənazəyə görə baş sağlığı verirəm. Xatırladıram ki, həm insanlığa, həm islam qanunlarına görə üz cırmaq, saç yolmaq, şivən qoparmaq günahdır. Ən böyük günah isə mərhumun dəfn edilməsini yubatmaq, ən vacib əməlin icrasında yersiz səbr göstərməkdir.
Əziz soydaşlarım, ortalıqda qalan cənazə hamımızın əzizidir. Onu doğma torpağa bizlər tapşırıb, bu əbədi rəzillikdən, rüsvayçılıqdan qurtulmalıyıq!

Yurd, el həsrətinə daş da ağlayır,
Sinəmdə neçə dərd düyün bağlayır,
İçimdə dəli bir haray çağlayır,
Səbrimiz getsin, misqal da olmasın,
Tanrım,qisas qiyamətə qalmasın.

Hər şey əndazəsində gözəldir. Eləcə də səbr. Səbrin ifrat dərəcəsi çox qorxunc sonluğa gətirib çıxara bilər. Hətta, kölə psixologiyasına. Tanrı belə səbrdən qorusun! Amin!


12 MART AĞDƏRƏ RAYONU AZƏRBAYCANLI KƏNDLƏRİNİN İŞĞALI GÜNÜDÜR: YURDUN 26 İLLİK VƏ SONU GÖRÜNMƏYƏN ƏSİRLİYİ

12 MART AĞDƏRƏ RAYONU AZƏRBAYCANLI KƏNDLƏRİNİN İŞĞALI GÜNÜDÜR: YURDUN 26 İLLİK VƏ SONU GÖRÜNMƏYƏN ƏSİRLİYİ

12 MART AĞDƏRƏ RAYONU AZƏRBAYCANLI KƏNDLƏRİNİN İŞĞALI GÜNÜDÜR: YURDUN 26 İLLİK VƏ SONU GÖRÜNMƏYƏN ƏSİRLİYİ

584

ЕЩЕ НА ЭТУ ТЕМУ:

İstəmirəm belə yaşı...

İstəmirəm belə yaşı...

Mayıl Dostu 12 mart 1992-ci ildə Ağdərə rayonunun azərbaycanlılar yaşayan 12 kəndinin ermənilər tərəfindən işğal edilməsinin 25 ili tamam olur. Baş qaxıncım,
ATA-OĞUL ŞƏHİDLƏRİMİZ: Almasov Tağı Süleyman oğlu və Almasov Şahid Tağı oğlu

ATA-OĞUL ŞƏHİDLƏRİMİZ: Almasov Tağı Süleyman oğlu və Almasov Şahid Tağı oğlu

Ağdərə rayonu, Kərəmli kəndi. Məlumatlar Qorxmaz Mustafayevin "Ağdərədə nələr oldu?" kitabındakı qeydlərdən götürülüb) Ağdərə kolanıları arasında tam olmayan
AĞDƏRƏNİN ƏN SON İŞĞALA MƏRUZ QALAN KƏNDİ-ÇƏRƏKDAR

AĞDƏRƏNİN ƏN SON İŞĞALA MƏRUZ QALAN KƏNDİ-ÇƏRƏKDAR

Ağdərə rayonunun ən son işğala məruz qalan azərbaycanlılar yaşayan kəndi Çərəkdar kəndi olub. 28 mart 1993-cü il tarixdə bu kənd də erməni-rus hərbi
OLAN, OLMAYAN AĞDƏRƏ

OLAN, OLMAYAN AĞDƏRƏ

Redaksiyadan: Bu məqalə köhnə olsa da aktuallığını itirmədiyinə görə yenidən dərc etmək qərarına gəldik... Soruşsalar Azərbaycanın hansı rayonları işğal
VƏTƏNİN İŞĞAL ALTINDA UNUDULAN TORPAQLARI

VƏTƏNİN İŞĞAL ALTINDA UNUDULAN TORPAQLARI

Vətənin hər qarışı əzizdi. Hər çınqılına min can fəda olsun. Amma Qazax rayonunun 7 kəndi Bağanis Ayrım (24 mart 1990-cı il), Xeyrimli (8 mart 1992-ci il),

Есть мнение!

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
BİZ SOSIAL ŞƏBƏKƏLƏRDƏ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
POPULYAR
ВХОД НА САЙТ