AZƏRBAYCANDA GENERALLARIN SAYI ƏN KOMİK MÖVZUYA ÇEVRİLİB... » Fedai.az
fedai.az
» » AZƏRBAYCANDA GENERALLARIN SAYI ƏN KOMİK MÖVZUYA ÇEVRİLİB...
» » AZƏRBAYCANDA GENERALLARIN SAYI ƏN KOMİK MÖVZUYA ÇEVRİLİB...

    AZƏRBAYCANDA GENERALLARIN SAYI ƏN KOMİK MÖVZUYA ÇEVRİLİB...


    AZƏRBAYCANDA GENERALLARIN SAYI ƏN KOMİK MÖVZUYA ÇEVRİLİB...
    152 nəfər generalı olan ölkənin 10 milyona yaxın əhalisi var və 20 faiz torpağı işğal altındadır.
    Rusiya bu sahədə hər kəsdən öndədir. Onun 1300 nəfərdən çox generalı olduğu bildirilir. Amma aparılmış islahatlardan sonra bu sayı 700 nəfərədək azalması bildirilir. Son məlumata görə Rusiyada generalların sayı bu cür açıqlanıb: 34 nəfər ordu generalı, 115 nəfər general leytenant (vitse- admiral), 290 nəfər general mayor (kontr - admiral), 440 nəfər briqada generalı (kiçik kotr-admiral). Qalan generallar isə Ədliyyə, DİN,FHN və s. orqanlarda çalışanlara aid edilir.
    Türkiyədə də generalların sayı günbəgün artmaqdadır. Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının Kütahya Millət vəkili Soner Aksoyun Türk Silahlı Qüvvələrinə xitabən "heç Çin ordusunda bu qədər general yoxdur" tənqidi mübahisə mövzusu olmuşdu.
    Dünya ölkələrində generalların sayı ilə bağlı statistik məlumatlara diqqət edək:

    - Rusiya: 900 min şəxsi heyət. 1300 nəfər general

    - İngiltərə: 186 min şəxsi heyət, 820 nəfər general

    - İtaliya: 180 min şəxsi heyət, 485 nəfər general

    - Yunanıstan: 142 min şəxsi heyət, 319 nəfər general

    - İspaniya: 129 min şəxsi heyət, 254nəfər general

    - Fransa: 217 min şəxsi heyət, 338 nəfər general

    - Almaniya: 188 min şəxsi heyət, 202 nəfər general

    - Polşa: 134 min şəxsi heyət, 202 nəfər general

    - Türkiyə: 789 min şəxsi heyət, 364 nəfər general

    - ABŞ: 1 milyon 497 min şəxsi heyət, 879 nəfər general

    - Çin: 2 milyon 285 min şəxsi heyət, 191 nəfər general.
    AZƏRBAYCANDA GENERALLARIN SAYI ƏN KOMİK MÖVZUYA ÇEVRİLİB...

























    Bu siyahıdan göründüyü kimi nisbətə uyğun olaraq ən az general Çin ordusundadır. Bəs Azərbaycanda neçə general var? Dünyada elə ölkələr var ki, orada ümumilikdə heç 17 general yoxdur. Azərbaycan Qarabağ müharibəsində Ermənistana uduzmasına baxmayaraq, generalların sayı baxımından korluq çəkmir. Bu mövzu artıq komik mövzulardan sayılır. Çində şəxsi heyətə nisbətdə hər 120 min nəfərə 1 nəfər general, Azərbaycanda isə hər 2420 nəfərə bir general düşməkdədir. Yəni bu faktı dərindən düşünmək vaxtıdır.

    2 milyon 285 minlik şəxsi heyəti üçün Çinin 191 generalı varsa, 126 minlik ordusu olan Azərbaycanda isə generalların sayı 52 nəfərdir. Ümumilikdə isə generallarımızın sayı 152 nəfərdir.

    Daxili İşlər Nazirliyinin saytının struktur bölməsində nazir, nazir müavinləri ilə yanaşı, idarə rəisləri də daxil olmaqla 14 generalın olduğu bəllidir.

    Müdafiə Nazirliyinin internet saytı “ehtiyatda” olduğundan dəqiq rəqəm öyrənə bilməsək də, hərbi ekspertlərdən bu qurumda 52 nəfər generalın olduğunu öyrənə bildik. Məlum oldu ki, onlardan bəziləri ehtiyatdadır.

    Ədliyyə Nazirliyində 12 general rütbəsi daşıyan dövlət qulluqçusu var.

    Baş Prokurorluqda 11 nəfər, Dövlət Sərhəd Xidmətində general sayı 10 nəfərdir.

    Dövlət Miqrasiya Xidmətində, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Gömrük Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyində ümumilkdə 48 nəfər general var. Mülki sahələrdə heç olmasa bu rütbələri yığışdırmaq mümkündür. Çünki dünyada FHN, vergi, kömrük mülki sahə sayılır.
    AZƏRBAYCANDA GENERALLARIN SAYI ƏN KOMİK MÖVZUYA ÇEVRİLİB...




























    Hazırda NATO-nun tələblərindən biri də, Azərbaycan kimi ölkələrdə generalların sayını azaldılmasıdır. Bu generallar arasında baş leytenantdan general çininədək keçən yolun müddəti cəmi 10 il olanlar, tapşırılmış mövqeləri düşmənə təhvil verənlər də var.
    Dümən Ermənistanın 60 minlik ordusu olduğu bildirilsə də generalların sayı haqqında səhih məlumatlar yoxdur. Həmçinin Gürcüstanın da 22 minlik ordusu haqqında məlumatlar verilsə də generalları barədə dəqiq məlumatlar əldə etmək mümkün deyil.
    Hər halda bu məsələyə Azərbaycanın KİV-ləri müxtəlif zamanlarda toxunsalar da vəziyyət dəyişməyib. Generalların sayı durmadan artır. Hərbi sahədəki uğurlarımıza gəlincə isə bu son 20 ildə vur-tut iki torpaq təpədən başqa heç bir nailiyyətimiz yoxdur...
    Bəs görəsən bu generallar borclu olduqları bir hərbi vəzifəni bilirlərmi ki, ölkənin ərazi bütövlüyünü qorumağa hərbi qaydada and içmişlər???

    Fedai.az Araşdırma Qrupu


    Oxşar xəbərlər
  • 20 Yanvar qatili olan general Suriyada qəzada öldü-Fotolar
  • Nazir hərbi andiçmə mərasimində iştirak edib
  • ƏSİR VƏ İTKİNLƏRİMİZİN SAYI AÇIQLANDI
  • Polis gücləndirilmiş iş rejiminə keçir
  • Ermənilər Azərbaycanda sevilən generalın bu fotosunu paylaşıb, görün nə yazdılar (Foto)

  • Добавить комментарий
    Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle

    Запрещено использовать не нормативную лексику, оскорбление других пользователей данного сайта, активные ссылки на сторонние сайты, реклама в комментариях.

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
Foto xəbər
Hadisə günü
Yeni məqalələr
10 dekabr KƏNDİM YUXUMA GİRMİŞDİ ...

10 dekabr Süni qiymət artıranlar araşdırılır

10 dekabr "Küçə avaralarının demokratiyası" uğursuzluğa düçar oldu

10 dekabr PLİSUDSKİNİN RƏSULZADƏYƏ MƏKTUBU

10 dekabr VƏTƏNİMİZİ VƏTƏN KİMİ TANIYAQ

09 dekabr Qarabağa köçürülən ermənilər qaçır: “Bu, yaşamaq deyil” – VİDEO

08 dekabr HAY-BOŞLAR FƏRQLİ QARAÇILAR OLSALAR DA ERMƏNİDİRLƏR...

08 dekabr Xarici dili ən yaxşı hansı yaşda öyrənmək olar?

08 dekabr AVMVİB PROFESSORU TƏLTİF ETDİ

08 dekabr ŞAXTA BABAYA YAZILAN MƏKTUBA TƏHSİL NAZİRLİYİ CAVAB VERƏCƏK...

08 dekabr “Komandanı türk olsa da, gələn rus ordusudur” - Azərbaycan Parlamenti 100

08 dekabr C. Qurbanov: "Atillanın ayağı dəyən bütün türk torpaqlarına iddialıyıq”

08 dekabr Robert Köçəryan həbs olundu

Top xəbər