Rusiya ilə müharibə ssenariləri hazırlanır – Amerikalı general SİRRİ AÇDI » Fedai.az


0

Rusiya ilə müharibə ssenariləri hazırlanır – Amerikalı general SİRRİ AÇDI

Görünüm: 232
Rusiya ilə müharibə ssenariləri hazırlanır – Amerikalı general SİRRİ AÇDI

“Rusiya Avropada Amerika güclərinin qarşılaşdığı əsas təhlükədir”.

Fedai.az Publika.az -a istinadən xəbər verir ki, bunu NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kertis Skaparotti “National Interest” nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi stabilliyi pozmağa davam edir və İkinci Dünya müharibəsindən sonra Avropada sülhü təmin edən beynəlxalq hüququn normalarına məhəl qoymur.

General təsdiq edib ki, Amerika hərbçiləri Avropa dövlətlərinin Rusiyanın təcavüzündən müdafiəsi üzrə müxtəlif variantlar və hərbi əks-təsir ssenarilərinin hazırlanması ilə məşğul olur. O, həmçinin vurğulayıb ki, Rusiya təhlükəsi Avropa məkanının çərçivəsindən kənara çıxır.

“Rusiya Yaxın Şərqə təsir göstərir. Onun Suriyadakı vətəndaş müharibəsinə müdaxiləsi Bəşər Əsəd rejimini gücləndirdi və İrana regionunda öz təsirini gücləndirməyə imkan verdi. Rusiya tərəfi İranla əməkdaşlığı möhkəmləndirir, Səudiyyə Ərəbistanı, Misir, Liviya və Kiprdə öz təsirini genişləndirərək Yaxın Şərq dövlətlərinə fəal yardım göstərir. Belə səylər regional dinamikanın dəyişməsinə aparır, həmçinin İsrail və ABŞ-ın regiondakı maraqlarının təhlükəsizliyində təsir edir”, - Skaparotti deyib.

O əlavə edib ki, Rusiya yaranmış dünya nizamını öz xeyrinə dəyişdirməyə çalışır.

Daha əvvəl Amerika Konqresi nazirliklərə “Rusiya təhlükəsi”nə qarşı strategiyanı hazırlamaq barədə tapşırıq verib.
Yanlış Bağlantı Var?

Sorun Çözümü CTRL+ENTER.
В görünen pencere , sorunu tanımlamak ve Yönetim kaynağı gönderin.

Yorum:0



YORUM EKLE

Kodu Girin:*

Hüququ

Əlaqe

E-mail : fedaiaz.fedaiqezeti.94@bk.ru
Unvan : R.Quliyev Kucesi Ev 2
Telefon : +994513146060
Telefon 2: +994553343903
Telefon 3: +994773146060
Redaktor : Elnur Selimov

Müəllif hüquqları qorunur. Fedai.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.