.

“Azərbaycan tərəddüd etmədən İrəvanı raketlə vuracaq...” - Sərkisyan

14 mar 2018
“Azərbaycan tərəddüd etmədən İrəvanı raketlə vuracaq...” - Sərkisyan

Nəinki Azərbaycan ordusunun iki gündür davam edən irimiqyaslı təlimləri, eləcə də Türkiyə ordusunun Suriyanın şimalındakı Afrin bölgəsini PKK/YPG kürd birləşmələrindən təmizləmək üçün apardığı hərbi əməliyyatlar Ermənistanda ciddi narahatlıqla izlənir.

Bu gün Ermənistan Demokrat partiyasının lideri Aram Sərkisyan İrəvanda jurnalistlər qarşısına çıxıb və Türkiyənin Naxçıvandan platsdarm kimi istifadə edərək “Cənubi Qafqazda möhkəmlənmək niyyətləri” haqda danışıb.
“Azərbaycan tərəddüd etmədən İrəvanı raketlə vuracaq...” - Sərkisyan

Sərkisyana görə Türkiyə ordusunun Afrinə müdaxiləsi və başqa ölkənin ərazisinə hərbi müdaxiləyə görə beynəlxalq ictimaiyyətin Ankaraya adekvat reaksiya verməməsi Ermənistan üçün türk təhdidini artırır.

“Digər tərəfdən aydındır ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar bərpa olunarsa Azərbaycan Türkiyənin birbaşa dəstəyi ilə Naxçıvan ərazisindən Ermənistana zərbə endirməkdə tərəddüd etməyəcək. Nəzərə alanda ki, muxtar respublikadan Yerevana qədər məsafə cəmi 80 kilometrdir, bu məsafə reaktiv yaylım atəşi sistemləri üçün tamamilə əlçatandır”-Sərkisyan deyib.

“Azərbaycan tərəddüd etmədən İrəvanı raketlə vuracaq...” - Sərkisyan

Partiya lideri xatırladıb ki, Naxçıvanda müntəzəm olaraq Türkiyə və Azərbaycan birgə təlimləri keçirilir. Mətbuatda belə şaiyələr dolaşır ki,Türkiyə Naxçıvanda daimi baza yarada bilər. Sərkisyanın fikrincə Ermənistan XİN Naxçıvan istiqamətindən qaynaqlanan təhdidlə bağlı “çox zəif” işləyir. Hansı ki, çoxdan bu məsələ ilə bağlı KTMT-yə və Rusiyaya müraciət etmək lazım idi.

Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan da bu fikirlərlə razıdır və hesab edir ki, Naxçıvan doğrudan da Türkiyə üçün Cənubi Qafqaza və Orta Asiyaya “sıçramaq” üçün tramplin ola bilər.

“Azərbaycan tərəddüd etmədən İrəvanı raketlə vuracaq...” - Sərkisyan

Qeyd edək ki, Azərbaycan odusu doğrudan da son illər Naxçıvan böyük həcmdə hərbi qüvvə cəmləşdirir. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu ən yeni hərbi texnika və silahlarla, o cümlədən “Smerç” reaktiv yaylım atəşi sistemləri, “Solntsepyok” TOS-1A ağır odsaçanları, Türkiyə və İsraildən alınan, 120-150 km mənzilli raket sistemləri, T-90S tankları və digər yeni hücum texnikası ilə silahlanıb. Aydın məsələdir ki, Naxçıvandakı bu armada Rusiyadan aldığı “İsgəndər” raketləri ilə Azərbaycanı hədələyən Ermənistan üçün ciddi çəkindirici amil olmalıdır. Çünki mümkün hərbi əməliyyatlar zamanı Ermənistanın bütün ərazisi Azərbaycan ordusunun hədəfində olacaq. (virtualaz.org)

“Azərbaycan tərəddüd etmədən İrəvanı raketlə vuracaq...” - Sərkisyan

308

ЕЩЕ НА ЭТУ ТЕМУ:

“Azərbaycan ordusu rus ordusundan daha güclüdür...” – RUSİYALI EKSPERT

“Azərbaycan ordusu rus ordusundan daha güclüdür...” – RUSİYALI EKSPERT

“Azərbaycan aprel döyüşlərində dayanmasaydı…” Aprel döyüşləri Ermənistan ordusunun silahlanma və döyüş hazırlığı sahəsində ciddi qüsurlarının olduğunu ortaya
Gürcüstan Qarabağda Azərbaycana ən böyük dəstəyi verdi

Gürcüstan Qarabağda Azərbaycana ən böyük dəstəyi verdi

Rusiya hərbi texnikasının Qoridən keçərək Ermənistana gətirilməsinə imkan yaradılmadı İşğal altında olan Abxaziya və Cənubi Osetiyadan yeni nəqliyyat
Azərbaycan-Türkiyə birgə qoşun növü yaradılır?

Azərbaycan-Türkiyə birgə qoşun növü yaradılır?

Ən güclü siyasət ətraflı iqtisadi münasibətlərə söykənir. Bu baxımdan Azərbaycan və Türkiyənin münasibətlərində boşluq olan sahə yoxdur. Çünki biz hər hansı
Ermənistan ordusu Qarabağda hərbi təlimlərə başlayıb

Ermənistan ordusu Qarabağda hərbi təlimlərə başlayıb

Fedai.az publika.az-a istinadən xəbər verir ki, Azərbaycanın işğal olunmuş torpaqlarında keçirilən təlimlərin məqsədi müdafiə və əks-hücum məqsədi daşıyır.
İraq ordusunun bölmələri Türkiyə sərhədinə çatdı

İraq ordusunun bölmələri Türkiyə sərhədinə çatdı

Sincar bölgəsini Peşmərgədən geri alan ordu qüvvələrinin yeni hədəfi Ankara və Bağdadın açmağı planlaşdırdığı Ovaköy sərhəd qapısıdır. Yerli qaynaqların

Есть мнение!

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
BİZ SOSIAL ŞƏBƏKƏLƏRDƏ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
POPULYAR
ВХОД НА САЙТ