.

TÜRK ORDUSU AFRİNDƏ...

14 mar 2018
TÜRK ORDUSU AFRİNDƏ...
TSQ-nin 20 yanvvarda başlatdığı Zeytin budağı Hərəkatında 53-cü günə girildi. Suriyanın Afrin bölgəsində həyata keçirilən hərəkatda TSQ və ÖSO-nun irəliləyişi davam edir. Hərəkat zamanı 3400 terrorist məhv edilmiş və birliklər Afrinin mərkəzineə 1.5 kilometrinədək irəliləyib. TSQ və ÖSO şəhər mərkəzinə hər an girə bilər.
"Biz Afrini həqiqi sahiblərinə təhvil vermək üçün artıq şəhər mərkəzinə daxil olduq”-bu sözləri Türkiyə prezidenti Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyə ordusunun Afrində apardığı əməliyyat ölkənin milli təhlükəsizliyi ilə bağlıdır: "İndi Afrində dinc sakinlərdən qalxan kimi istifadə edən terrorçuların əsl üzü ortaya çıxır. Afrinin mərkəzinə girdik və davam edirik. Şəhəri terrorçulardan təmizləyib, əsl sahiblərinə təhvil verəcəyik".
Türk Silahlı Qüvvələri (TSQ) tərəfindən 53 gün öncə başlamış “Zeytun Budağı” əməliyyatı ilə birlikdə terror təşkilatı PKK/PYD-yə qarşı Afrin əməliyyatına qatılan Azad Suriya Ordusu (ASO) mənsubları növbədə Qəndilin olduğunu deyir.

12 maydan sonra başlayacaq olan Qəndil əməliyyatına qoşulmaq istədiklərini deyən ASO əsgərləri, "Türkiyəyə minnət borcumuz var. Bu borcu Qəndildə ödəmək istəyirik. Afrindən PKK-nı təmizləyək sonra Qəndilə biz də gələcəyik. Oradan da bu terrorçuları təmizləyəcəyik" deyərək Türkiyənin yanında yer almaq istədiklərini dilə gətiriblər. Türkiyənin dəstəyi sayəsində kəndlərini, şəhərlərini torpaqlarını PKK-dan xilas etdiklərini vurğulayan ASO nümayəndələri, "Türkiyə ən çətin zamanımızda yanımızda yer aldı, həm Əsədin, həm də PKK-nın zülmündən qaçan xalqımıza qapılarını açdı, isti aşını paylaşdı. İndi də bizim bu terror bəlasından xilas olmağımız üçün bizimlə çiyin-çiyinə döyüşür. Bunun qarşılığını mütləq ödəmək istəyirik. Bizi Qəndil əməliyyatına mütləq daxil edin. Borcumuzu ödəyək" deyirlər.
TÜRK ORDUSU AFRİNDƏ...




















Türkiyə döyüş meydanında hərbi uğurunu təsdiq edincə, Afrin əməliyyatının diplomatik baxımından daha da gücləndi. İndiyə qədər meydanda qazanıb, masada itirən Türkiyə artıq həm meydanda, həm də masada qazanmağı öyrəndi. Xain terror dəstəkçisi olan Qərb dövlətləri bir-birinin ardınca öz xislətini ortaya qoydular. Artıq "mağara siçovuluna" dönmüş terror başçıları başlarını öz yuvalarından çıxara bilmirlər. Hazırda çoxları PKK və YPG liderlərinin durumunu maraq edirlər. PKK-nın iki nömrəli şəxsi Murad Qarailanın konvoyunun vurulması barədə xəbərlər Ankaradakı kəşfiyyat və təhlükəsizlik mənbələri tərəfindən təsdiq olunmayıb. PKK öz lider heyətini Türkiyənin intensiv hərbi əməliyyatları olan sahəyə buraxmır. Cəmil Bayık və Murad Qarailanın burnunu Kandildən kənara çıxarmadığı söylənilir. Gecəni Qəndilin İranın nəzarətində olan bölgəsində keçirirlərmiş.

Pentaqonun mətbuat nümayəndəsi Manning, PKK rəhbərlərindən biri olan Şahin Ciloya "general" deyərək, xitab edib. Şahin Cilo Afrindəndir. Öcalan Vekaa vadisinə gedərkən onların evində qalmışdı. İndi isə amerikalılarla terrorçuların əlaqəsini təmin etməklə məşğuldur. Amerikalılar, Türkiyənin qorxusundan, Şahin Cilonu Minbiçdən kənara çıxarmırdılar.
TSQ və ÖSO Afrin ətrafı Kibar, Zındıkan, Kile, Gümüşburç, Celeme, Hapol, Berlane Kuy, Küçük Karkin, Qızılbaş, İskan, Başilhaya və Kutanlı kəndlərini terroristlərdən temizlədi. Afrində 1100 kilometrlik ərazidə hakimiyyət təmin edilib.
TÜRK ORDUSU AFRİNDƏ...
Qarda Türk ordusu bu günədək 43 şəhid verib. 43 -cü şəhid tankçı Taner Kart olub.
"Abşeronxəbər.az" saytında maraqlı bir məlumatı da nəzərinizə çatdıraq. Hərbi ekspert, keçmiş döyüşçü, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan zabit Adil Kərimov Absheronxeber.az-a bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin zabiti üzərində "Azərbaycan Adil Kerimov" yazılmış tank mərmisinin fotosunu "WhatsApp"la ona göndərərək məlumat verib ki, bu gün fotoda olan mərmi ilə tankdan açılan atəş nəticəsində 10-a yaxın terrorçu məhv ediblər. Belə bir təşəbbüsə görə sonda A. Kərimov Türkiyəli qazi Ali Armana təşəkkürünü bildirib.

Azərbaycanın keçmiş döyüşçüləri bu əməliyyatları diqqətlə izləyir və dəfələrlə hər an döyüşə hazır olduqlarını bəyan edirlər.

FEDAİ.AZ ARAŞDIRMA QRUPU


TÜRK ORDUSU AFRİNDƏ...
TÜRK ORDUSU AFRİNDƏ...
TÜRK ORDUSU AFRİNDƏ...
TÜRK ORDUSU AFRİNDƏ...
TÜRK ORDUSU AFRİNDƏ...

TÜRK ORDUSU AFRİNDƏ...

295

ЕЩЕ НА ЭТУ ТЕМУ:

AFRİNDƏ NƏ VAR, NƏ YOX...

AFRİNDƏ NƏ VAR, NƏ YOX...

Afrinin terrorçulardan təmizlənməsini hədəfləyən "Zeytun dalı" əməliyyatı davam edir. Terror dəstəkçiləri olan ABŞ, Almaniya, Fransa kimi dövlətlər və onların
AFRİNDƏ ŞƏHİDİMİZ VAR

AFRİNDƏ ŞƏHİDİMİZ VAR

Türkiyə Silahlı Qüvvələrindən verilən məlumata görə, Türkiyə Silahlı birləşmələrinin bu gün Arfində keçirdiyi əməliyyatlar zamanı 8 nəfər Türk əsgəri şəhid
TÜRK ORDUSU AFRİNDƏ 11 ŞƏHİD VERDİ

TÜRK ORDUSU AFRİNDƏ 11 ŞƏHİD VERDİ

Dünən Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində şəhid olan türk hərbçilərinin sayı artıb.
Afrində 1028 terrorçu məhv edilib

Afrində 1028 terrorçu məhv edilib

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində 1028 terrorçu məhv edilib. Bu barədə Türkiyə Silahlı Qüvvələri
Azərbaycan XİN Türkiyəyə haqq qazandırdı: “Terrorun kökü kəsilməlidir”

Azərbaycan XİN Türkiyəyə haqq qazandırdı: “Terrorun kökü kəsilməlidir”

“Azərbaycan terrorizmdən əziyyət çəkmiş dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq

Есть мнение!

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
BİZ SOSIAL ŞƏBƏKƏLƏRDƏ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
POPULYAR
ВХОД НА САЙТ