20 Mrt 00:27GÜNDƏM

2018-ci ildə Azərbaycana fəsillərin daxil olma vaxtı açıqlanıb

2018-ci ildə Azərbaycana fəsillərin daxil olma vaxtı açıqlanıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası hələ 2017-ci il açıqlamasında bu il yazın gəlişinin martın 20-si saat 20:15:30-a təsadüf edəcəyini bildirmişdi.

O bildirib ki, baharın gəlişi zamanı gecə-gündüz bərabərliyi hadisəsi baş verir: “Həmin vaxt gecə ilə gündüzün müddəti bir-birinə bərabər olur. Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bu zaman da yaz fəsli gəlir”.

Rəsədxana rəsmisi qeyd edib ki, 2018-ci ildə yay fəsli ölkəyə iyun ayının 21-i saat 14:07:18-də daxil olacaq: “Bu zaman ən uzun gün olur. Bu proses 14 saat 43 dəqiqə çəkir. Payız fəsli sentyabrın 23-də saat 05:54:06-da başlayacaq. Bu halda da gecə-gündüz bərabərliyi baş verir. Buna adətən payız bərabərliyi də deyirlər. Bu halda Günəş öz orbiti üzrə hərəkət edərək böyük ekvatoru kəsir və şimal yarım kürəsindən cənub yarımkürəsinə keçir. Şimal yarım kürəsi üçün ümumi götürəndə payız, qış fəsli, cənub yarım kürəsi üçün yaz, yay mövsümü başlayır”.

Bu il Azərbaycana qış fəsli dekabrın 22-də daxil olacaq: “Qışın gəlməsi saat 02:22:42-yə təsadüf edəcək.

Fedai.az Araşdırma Qrupu
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ