Söymək haqqı – sonuncu insan hüququ

Söymək haqqı – sonuncu insan hüququ
Vahid Qazi

Mənim bir dostum var. Tanıdığım ən əxlaqlı adamdı. Əxlaq deyəndə tək məişət etikasından danışmıram, bizim dar mənada qavradığımız namus-qeyrəti də demirəm, vətəndaş mövqeli, ictimai əxlaqlı olmağı deyirəm.

“Heç kəs öz ayranına turş deməz” məsəli hamı özünü yaxşılardan hesab edər. Mənə görə mən də tərbiyə görmüşlərdənəm. Amma dostum məndən də tərbiyəlidi. Təsadüfən ayağının altında qalan qarışqaya belə ürəyi sancı verər. Yetim bir uşaq baxışını günlərlə unuda bilməz. Haqsızlığa dözməz, səsini çıxarar, gücü yetməzsə içində çərləyər. Ta çox sadalamıram, elə bircə onu deyirəm ki, dini kitabların təsvir elədiyi müqəddəslər sayaq biridi dostum.

O adamı iki dəfə söyüş söyən görmüşəm. 1993-cü ilin yayında, bir də 2003-cü ilin payızında. Hər dəfəsində donuq nəzərlə çönüb üzünə baxmışam. Hamıya əxlaq nümunəsi olan dostum ağızdan hayfa söyüşçül birinə çevrilmişdi!

Niyə?

Ölkədə baş verənləri görüb çarəsiz, aciz duruma düşmüşdü, dişi bağırsağını kəsirdi, ona görə!

***

Marksist-leninçi təlimlərlə böyümüş müsəlman-şərq mentalitetli bizlərdən fərqli olaraq, dünyanın tərəqqipərvər kəsimində söyüşə dözümlü münasibət var. Siyasətçilərin, dövlət, hökumət adamlarının publik söyüldüyünü hər inkişaf etmiş ölkədə rastlaya bilərsiniz.

Məsələn, bu gün ən çox söyülən dünyanın ən qüdrətli dövlətinin prezidenti Doland Trampdı. Küçə yürüşündə kütlənin onun kuklasının açıq gündəyməzini təpiklədiyi videonu və onlarca başqa nümunəni hamınız görmüsünüz. Görməyənlər bu linki barmaqlayıb baxa bilər: https://www.youtube.com/watch?v=8DHLuv62iC4

Ayıb bilib yazılmadığına baxmayın, bizim də dilimiz dünyanın aparıcı dilləri kimi söyüşlə zəngindi. Az qala hər feilimizin bir başı söyüşə bağlıdı.

Elə çıxmasın ki, mən söyüş söyməyi təbliğ edirəm. Yox, dedim axı, özümü tərbiyəgörmüşlərdən sayıram. Yazılarımda söyüşə bənzər bir kəlməyə belə rastlamazsınız. Amma dostum sayaq arada mənim də söyməyim gəlir. Son vaxtlar tutmam lap tez-tez tutur.

Söyüşü hərə bir cür başa düşür. Hər söz söyüş olmadığı kimi hər söyüş də pis söz anlamına gəlməməlidi. Mənə görə ən ağır söyüş küçədə dava eləyən tin adamlarının ana-bacı söyüşü deyil, həqiqət adına gözümün içinə baxa-baxa deyilən ağ yalandı. Elə bilirəm yeddi arxa dönənimi söyür beləsi.

Bir-iki nümunə deyimmi?

Məsələn, Qarabağ alverçiləri – Qarabağın külü üstündə səltənət quranlar və onlara məddahlıq edənlərin vətən haqda hər kəlməsi, yüzminlərin səfil kimi dünyaya səpələndiyi bir vaxtda yüzminlərlə iş yeri açıldığını bəyanlayanların rəqəmli hesabatları, dövlət əmlakını yağı malıymış kimi yağmalayan çapovulçuların xalqın gözünün içinə rifah yalanları üfüləmələri söyüşlərin ən yekəsidi.

Mən belə söyüşlərə söyüşlə cavabı insan haqqları sırasına qoyardım! Söyüş haqqı haqsızlıq qarşısında yanıb tökülən çarəsizlərin hayqırtısıdı.

Qarabağ əlili Zaur Həsənovun özünü yandırıb öldürməsi onu “söyən”lərə ən böyük söyüş cavabı idi. Vaxtınız olsa, oxuyun onun bu “söyüş”ünə həsr etdiyim “Tarkovskinin “Nostalgiya”sındakı Zaur Həsənov” yazısını.

"Vətəndaşın bütün hüquqların alınıbsa. BMT sənədlərində sadalanan ən adi insan haqlarından belə məhrumdursa, əli-qolu bağlısa, gördükləriylə razılaşmır, barışmırsa söymək onun haqqıdı! Söymək hüququ şərəfi tapdanmışların, ləyaqəti alçaldılmışların sonuncu insan haqqıdı!"

Heç kim insanın sonuncu haqqını – söymək hüququnu əlindən ala bilməz! Sən haqqı pozulmuşu söyüş söyməkdə qınaya bilməzsən!

Qaytarın mənim hüquqlarımı! Adam kimi yaşamaq, rifaha can atmaq, seçmək-seçilmək, söz demək, vətəni vətəndə, Qarabağı Qarabağda sevmək hüquqlarımı verin özümə – dünyanın ən əxlaqlı adamı ollam!

Söymərəm, öyərəm! Ən gur səslə öyənlərdən ollam!

…Haqqım olanları qaytaranacan, buraxın, söyüm!

Söymək haqqı – sonuncu insan hüququ
29 mart 2018 /

Söymək haqqı – sonuncu insan hüququ

Похожие новости

Əli Həsənov Facebookda status yazdı: “Bütün məsuliyyətimlə bəyan edirəm ki…” – MƏTN

Xarici ölkələrdə anti-Azərbaycan kampaniyası aparan bir qrup şəxs haqqında ikinci status… Əli Həsənov – Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident

"DEMOKRATİK SÖYÜŞ" İNQİLABI...

Xaqani Ədəboğlu Rus filosofu Aleksandr Gertsen yazırdı: "Sosialistlər haqlı olduqlarına görə deyil, qarşı tərəfin haqsız olmasına görə qalib gəldilər". Bu gün Avropada yaşayan söyüşlə və ölkə

Hikmət Sabirğolunun 50 yaşına neçə günsə qalmış

Darıxan səbr Hikmət Sabirğolunun 50 yaşına neçə günsə qalmış Bir dəfə jurnalist Sevinc İltifatqızı müsahibə üçün suallar göndərmişdi. Biri bu idi: “Azərbaycandakı dostlarınız sizin üçün darıxır. Siz

AH AZƏRBAYCAN, AZƏRBAYCAN...

Xaqani Ədəboğlu Yazarın xatırlatması: "Azərbaycan vətəndaşları bu həyatda özlərini yaxşı aparmasalar, öləndən sonra da Azərbaycana düşəcəklər"... Azərbaycanı paradokslar ölkəsinə çevirdik. Xalq

ÇAĞDAŞ AZƏRBAYCANIN MƏNƏVİ MOZAİKASI

Xaqani Ədəboğlu Azərbaycanın millət vəkilləri 150 manat pensiyaçını dolana bilmədiklərinə görə xalqı danlayan "antimillət" vəkillərimiz, öz 1700-1800 manatlıq maaşlarının azlığından narazıdırlar.
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Füzuli və Cəbrayıldan olan məcburi köçkünlər torpaqlarını tələb edirlər!Sərksyanın qaçılmaz həbsi, Putinin dustaq Koçaryanla görüşmək niyyəti, Azərbaycanın qeyri-adi hərbi fəallığı... - TƏHLİL“Şollerin arxivi” filmi ABŞ PRADİS AKADEMİYA MÜKAFATI siyahısındaBaxımsızlıqdan uçub tökülən şəhid məzarıTanıyın, tanıdın: ONLAR VƏTƏN UĞRUNDA DÖYÜŞMÜŞLƏR...Spiker Mirzoyan erməni ordusunun Qazax tərəfdə irəlilədiyi haqda “şar üfürdü”, cavabını Vrtanesyan verdiVergilər Nazirliyi, DİN və Baş Prokurorluq "Relaks" qalmaqalı ilə bağlı açıqlama yaydıDənizə düşən "MiQ-29"un “qara qutusu” tapıldı FOTOMəktəbli çantasının çəkisi nə qədər olmalıdır? – Ölkəmizin əməl etmədiyi BEYNƏLXALQ NORMANİKOL PAŞİNYANIN İÇ ÜZÜ BİR DAHA AÇILDINaira Zohrabyan: "Ərazilər qaytarılmayacaq"...DİLİMİZ MİLLİ KİMLİYİMİZ: DİL, ÜNSİYYƏT, KÜLTÜR VƏ MİLLƏTBöyük Tamaranın nəvəsinin qəbri Türkiyədə tapıldı - FOTORayon-rayon verilmiş torpaqlar uğrunda hektar-hektar söz "davası" gedir...Rusiyada həmyerlimiz erməni səfiri susdurduErməni gülləsi ilə arxadan vurulan Azərbaycanın ilk Baş naziri - Fətəli xan XoyskiBakıda böyük biznesi olan ermənilər kimdir? - DOSYEDEPUTAT “RELAX”a GƏLƏN VERGİ İŞÇİLƏRİNİ DÖYDÜRDÜ! – VİDEO"Dedilər, oğlun könüllü döyüşüb, sizə birdəfəlik pul düşmür" - ŞƏHİD ANASIMehriban Əliyeva şəhidlərin xatirəsini yad etdi - FOTOTƏBRİK: MAYIL ADİLOV - 55Suriyada tənha buraxılmış Kolanı türklərinin KOLANI TUĞAYI - VİDEOPensiya artımı neçə nəfəri əhatə edəcək?Əillərə verilən prezident təqaüdü hansı halda dayandırıla bilər?AH ATAMBAYEV, ATAMBAYEV, NƏ GÜNDƏSƏN, ATAM BALASI..."BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCƏYİK!" - Əziz TonoyanƏhməd bəy Ağaoğlu Əli bəy Hüseynzadəyə yazır - Səndən ermənilərə çox üz verməməni xahiş edirəm6 ay ərzində Azərbaycanda bu qədər insan ölüb2020-2021-ci tədris ilindən vahid məktəbli forması tətbiq ediləcək.Bəylər, bu vətənə necə qıydınız?"FƏDAİ" ADI ÇOXLARININ MARAQLANDIRIR, NİYƏ, MƏHZ FƏDAİ?Elçin Quliyev: "Ermənistanla sərhədin mühafizəyə götürülməsi zəfər yürüşümüzün davamıdır"Ermənilərin ekoloji terroru: Tərtər, Ağdam, Bərdə və Goranboy susuz qala bilər - VİDEOAtatürk Mərkəzində “Azərbaycanın müstəqillik şairləri” adlı kitabın təqdimatı olubAzər Süleymanov Mixeil Saakaşvili ilə müzakirə etdiklərini açıqladıAzərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümüАzərbaycan əhalisinin sayı açıqlanıbBir "Aprel Şəhidi"nin qardaşıdigər "Aprel Şəhidi"nin bacısı ilə ailə qurdu- VİDEOTÜRKLƏR ÖZ SAK KEÇMİŞİNƏ SAHİB ÇIXMALIDIRLARAVMVİB 25 illiyi ilə bağlı ilk Xatirə medalını AVMVİB sədrinə təqdim etdiPolşada Şoyqu təyyarəsindən F-18-in "qəhrəmancasına" qaçışını lağa qoydular“Böyük Ərməniyyə” Movses Xorenatsi, Favtos Buzandın təxəyyülünün məhsuludurXarici işlər Nazirliyi bəyanat yaydı — Rusiya işğala davam edirAzərbaycanlı general ABŞ donanmasında komandan təyin olunduƏJDƏR İSMAYILOV DÜNYADA İSTİNAD EDİLƏSİ MÖTƏBƏR ALİM TÖVSİYƏ EDİLDİ...Ukraynada nazir müavini və köməkçisi həbs edildi“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında hərbi qulluqçularımız mükafatlandırılıb - VİDEO"Bayat elinin ziyalıları" filminin təqdimatı oldu - VİDEODüşmən komandanlığı zabit heyətini ayağa qaldırdı: Fərari əsgərə görə...Ombudsmanın nümayəndələri fərari erməni hərbçiyə baş çəkib, Kazaryan saxlanma şəraitindən razıdırMehriban Əliyeva Putinə minnətdarlıq məktubu göndərdiERMƏNİSTAN MÜDAFİƏ NAZİRLİYİNDƏN AZƏRBAYCANA QARŞI NÖVBƏTİ İFTİRAXəyanətə uğramış əsgər göz yaşlarını saxlaya bilmədi...AVMVİB Göygöl rayon şöbəsində5 İNTERAKTİV YOLLA DƏRSİN KEYFİYYƏTİNİ NECƏ ARTIRMAQ OLARABŞ-DAN ERMƏNİSTANA XƏBƏRDARLIQİcra başçısı şəhid ailəsinə iylənmiş Qurban əti göndərdi - VİDEONazir ödənişli təhsil alan tələbələrlə bağlı göstəriş verdiPaşinyan Azərbaycandakı erməni hərbçilərə ev tikilməsi üçün 2,9 mlrd. ayırmağa qərar verdi...Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədirƏmək pensiyasının minimum məbləği artırıldı - SƏRƏNCAM"BARBAR" TÜRKLƏR!Los-Ancels də "eməni" şəhəri imiş...Biz niyə beləyik?SQ Qazaxda döyüş mövqelərini irəli çəkdiQarabağ: ermənilər məscidi niyə bərpa edir? - VİDEOAzərbaycanın erməni "manıslarına" sevgisinin arxasında nə dayanır?Adil hakimin ibrətamiz hökmü...ABŞ hakimiyyəti, ermənilər 1915-ci il "soyqırımı" ilə bağlı "tarixi yalanlara" görə türklərdən üzr istəməli olduqlarını söyləmişdiBrayzadan 11 ilin ETİRAFI: "ABŞ Saakaşvilini sakitləşdirməliydi"Ermənistanın müdafiə naziri Azərbaycana təslim olan əsgərdən DANIŞDIMehriban Əliyevaya orden verildiMüdafiə naziri yeni tikilən hərbi hospitalın açılışında olubTÜRK MİFOLOJİ QƏHRƏMANI QESER XAN...AVMVİB Qax rayon şöbəsindəErməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - İrəvan susurİlin 9 ayını xəstəxanada keçirən Qarabağ qazisiRusiya, Azərbaycan və İran prezidentlərinin görüşü başqa vaxta keçirilibHərbi hissələrdə Qurban bayramı qeyd edilibQafqazın əsil sahibi kimlər imiş?Cəbhədə Ermənistan Ordusunun hərbçisi əsir götürülüb – FOTOLARMehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılırAVMVİB Sabunçu rayon şöbəsindəDƏRDİN ƏLİNDƏN TUTUB GƏZDİRƏN ADAM...Ermənistandan bəzi STATİSTİK MƏLUMATLARMəcburi köçkünlər yurdlarını istəyirlərABDULLA ÖCALAN KÜRD MƏSƏLƏSİNİ 1 HƏFTƏYƏ HƏLL EDƏ BİLƏCƏYİNİ BİLDİRİBAVMVİB daha bir fəxri üzvünü mükafatlandırdıAVMVİB BİLƏSUVAR ŞÖBƏSİNDƏAVMVİB LAYİHƏNİN İCRASINI DAVAM ETDİRİBAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİNDƏ“Beynəlxalq Ordu Oyunları 2019” yarışlarında Azərbaycan tankçıları Çinə qalib gəlibPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibTürkiyə mətbuatı Xəzərə düşən MiQ-29-un qalıqlarının görüntüsünü yaydıMehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibSON DƏQİQƏ: Xəzərə düşən MiQ-29 parça-parça olub - "Pilot kabinənin içərisindədir"TARİXÖNCƏKİ DÖVRLƏRDƏN TÜRKÜN YARATDIĞI QURBAN BAYRAMINIZ MÜBARƏK!TƏBRİK: KAMİL ŞİRİNOV – 55Ermənistan Azərbaycanın təbii sərvətlərini talayır – FOTOİxtisas qrupları üzrə bu qədər plan yerləri boş qaldı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ