01 Apr 02:55GÜNDƏM / TARİX

ALPARSLANDAN 300 İL ƏVVƏL BİZANSDA XƏZƏR TÜRKÜ ÜSYAN ETDİ

ALPARSLANDAN 300 İL ƏVVƏL BİZANSDA XƏZƏR TÜRKÜ ÜSYAN ETDİ

803-ci ildə Bizans imperatoru I Nikeforusa üsyan edən Türklər var, bu hadisə tarix arxivində "Bardanas Turcos" olaraq keçməkdə (bax. Radi Dikici, " Bizans İmperatorluğu tarixi ", s. 232)
Hadisə Alpaslanın Anadolunu fəthindən 300 il əvvəl cərəyan edib...
Bizim rəsmi tarixçilərimiz hələ 1071-ci il deyə dursun,
795-803-ci illərdə Bizansın içində Ordularının Baş komandanı olan Türklərin üsyanı baş verib.
Üsyanı başladan kimi tarixçilər Erməni əslli olduğu yazılsa da adından Berdan (Vardanos) və hələ ki, ləqəbi Türk (Turcos), özünün Türk olduğu aydın olan, hətta Xəzər Türkü olduğu da yazılır.
(Bax. Kountoura-galaki 1983, s. 203)

Bizans Orduları Generalı olan Bardan / Vardan Turkosun başladığı üsyana, yenə Erməni olduğu deyilən, amma ata adı Berdan (Bardanas, Bardaş) olan ehtimalla, Xəzər türkü olan V. Leo kimi, Amoriumlu Mikail (Amorius Afyonkarahisar elinin sərhədləri içində, Emirdağ ilçəsi mərkəzindən 13 km uzaqlıqda bir antik şəhərdir) və Anadoluya yerləşdirilən Slavlardan olan Tomas adlı komandirlər dəstək vermişlər ...
İmperator I Nikeforusa qarşı bu üsyan arxasına xalq dəstəyi ala bilmədiyi üçün müvəffəqiyyətli ola bilmədi və üsyan birlikləri öz içlərində hesablaşmağa başlarlar ...
Bardanas Turkosa İmperator Nikeforus tərəfindən göndərilən heyətlə təslim olması halında əfv ediləcəyi və yaxşı niyyət nişanı veriləcəyinin bildirilməsinə görə təslim olur və qurduğu bir monastırda keşiş olub, əsgərliyi buraxır.
Bu gün adı Kınalıada, Şahzadə Adaları olaraq bilinən Prote Adasına götürülür və orada adını şəxsən öz verdiyi Sabbas Manastırını qurar və ömrünün sonuna qədər keşiş olaraq qalar.
(Bax.Kazhdan 1991, s. 255; Kountoura-galaki 1983, ss. 213-214; Treadgold 1988, s. 132; Kiapidou 2003, Chapter 2.2.)
Yaxşı işin ən maraqlı olanı nədir? Üsyanın səbəbinin Dini ağırlıqlı Bardan Turkosun Torpaq sahibi aristokratların nümayəndəliyini etməsi çox şeylər deyir ...
(Bax. Kountoura-galaki 1983, ss. 207-211).

Tan Can
(Sosial şəbəkə paylaşımı)
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ