14 Apr 02:08GÜNDƏM / TARİX

Qədim məzarda dünyanın ilk “kiborqu” aşkarlandı – FOTO

Qədim məzarda dünyanın ilk “kiborqu” aşkarlandı – FOTO
Romada Sapiens universitetinin alimləri təxminən VI əsrdə yaşamış və əllərinin birində uzun bıçaq şəkilli protez olan insanın qalıqlarını aşkarlayıb.

Fedai.az Oxu.az -a istinadən xəbər verir ki, arxeoloji qazıntı haqqında məqalə “Journal of Anthropological Sciences” jurnalında dərc olunub.

Skelet İtaliyanın şimal bölgəsində yerləşən Lanqobard nekropolunda tapılıb. Onun biləyi və sağ çiyninin bir hissəsi amputasiya olunmuş 40-50 yaşlı kişiyə aid olub.

Müayinələrdən sonra alimlər müəyyən edib ki, həmin şəxs ağır bədən xəsarəti alıb.Böyük ehtimalla hündür yerdən yıxılan zaman ətraflarını sındırıb. Dirsək və mil sümüklərində protezin təsirinin izləri o cümlədən, sümük qabarı və mahmız aşkarlanıb.

Bundan başqa skeletin üzərində bir ucu amputasiya olunmuş əlin yanında yerləşən uzun bıçaq tapılıb. Alimlər bunun protezin bir detalı olduğunu düşünür, belə ki, nekropolda olan digər kişi skeletlərində silah hər zaman sümüklərdən bir qədər aralıda yerləşib.


Qədim məzarda dünyanın ilk “kiborqu” aşkarlandı – FOTO
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ