“Kommunist”in 28 apreli – 1930-cu illərin nəşrləri » Fedai.az


0

“Kommunist”in 28 apreli – 1930-cu illərin nəşrləri

Görünüm: 301
Həmişə SSRİ dövrünün repressiya qurbanlarından söz düşəndə niyəsə mənə həmişə kimin kimin haqqında “donos” yazmağı məsələsini dəiq bilmək daha maraqlı olub. Çünki adətən o dövrlərə aid şeyləri yarımçıq, ucundan qulağından danışırlar. Biz də heç vaxt əslində kimin kim olduğunu dəqiq bilə bilmirik. Məsələn, mən heç vaxt orta məktəb kitablarımızda Məmməd Rahimin Mikayıl Müşfiq haqqında ağır, həm də dəxilsiz ittihamlarla dolu yazdığı məqaləyə rast gəlməmişəm. Müəllimimdən söhbət əsnasında eşidib axtarmağa başlamışdım. Onu tapa bilmək üçün keçən ilin bu vaxtları qəfildən yaranan boş vaxtımdan istifadə edib “Kommunist” qəzetinin 1930-cu ildən 1941-ci ilə qədər çıxan nömrələrinin demək olar hamısına baxmışdım.

“Kommunist”in 28 apreli – 1930-cu illərin nəşrləri

İçində mənə maraqlı olan yazıları da oxuyub, şəkillərini götürdüm. Nəzəri olaraq hamımız bilirik ki, SSRİ dövrüdüsə 28 aprel xüsusi təntənə ilə qeyd olunmalıdı, amma bunu faktiki olaraq görmək yenə də bunu ilk dəfə öyrənirmiş kimi təəəccübləndirir adamı. Biz o illərdə yaşsaydıq hər ilin 24-25 aprelindən başlayaraq bu qəzetdə Azərbaycan Xalq Cümhuriyyəti, onu quranların əleyhinə yazılmış şeirlər, yazılar, açıq məktublar, karikaturalar görəcəkdik. Bu gün həmin tarixdən 97 il ötür. İndi də bu tarix kimisi üçün işğal, kimisi üçünsə xilasdır.
Qəzetdə mənə maraqlı gəlib qeyd elədiyim bəzi materiallar:
“Kommunist”in 28 apreli – 1930-cu illərin nəşrləri
Məmməd Səid Ordubadinin “Bizim geçmişimiz” adlı şeirindən bir parça
Bir zaman biz ağlayırdık ilin hər bir ayında
İnləyərdik, biz kışında, payızında, yayında
Kütlələrin qalmamışdı, bayram günü, şad günü
Bayramımız varsa, o da imamların ad günü

Mədəniyyət: məbədlərin kubbəsindən ibarət
Bəkləyirdik: qundəblərdən, minarədən səadət,
İldə üç ay kan yaş töküb kara paltar geyərdik.
Meydanlarda sinə vurub “şaxsey vaxsey” deyərdik

Cəmiyyətlər zəncir vuran, başın yaran dəstəsi
Şuarımız “məzlum ölən, susuz ölən vay” səsi.
Əsirliyin zəncirindən inildəyib durardık,
Bəs deyilmiş özümüz; özümüz də zəncir alıb vurardık ,

Əzilənlər akıdardı gözlərinin yaşını
Özləri də xəncər alıb parçalardı başını.
Səyasətdən anlamazdıq, sınıfı duyğu bilməzdik.
Aldanardıq, satılardık, gözümüzü silməzdik

25 aprel, 1930-cu il, “Kommunist” qəzeti





Mikayıl Müşfiqin “Sevinc” şeirindən bir parça

Bu gün bən dolaşırkən, bu əmək toprağında

Saçlarım təbiətin bluri darağında

Necə qöpüklənirsə, coşqun kəldimdə öylə

İstərim ki, kabarsın uzun bir sevinc ilə;

“Kommunist”in 28 apreli – 1930-cu illərin nəşrləri
Bir sevinc ki, bilirsin yağlımda, yavanımda

Dolaşsın gönül-gönül Şəqimdə, Şirvanımda

Sanmayın ki, həsrətəm bu duyduğum sevincə

Bir cilvə aşnadır hər tazaya, həm gəncə



Bu civəyi yaratmış gəncliyin ərlikləri

Bakının zavodları, Gəncənin fabrikləri.

Bu səvinci yaratmış əmək çəkən Fatmalar

Dəzgahının başında tərlər tökən Fatmalar

28 aprel, 1930-cu il, “Kommunist” qəzeti



Yazının girişində qeyd etdiyim kimi təkcə yazılar, şeirlər dərc olunmayıb, eləcə də 28 aprel şərəfinə müxtəlif məzmunlu karikaturalar da çəkilib.

“Kommunist”in 28 apreli – 1930-cu illərin nəşrləri

1931-ci il aprelin 28-də Ə. Qərimoğlu imzası ilə “Rəsulzadəyə açıq məktub” başlıqlı yazı da dərc olunub. Həmin yazıdan bir parça:

“Cənab Rəsul Zadə!

Siz öz bataklığınızda batıb Bakı nəftinin saxta aksiyaları üstündə boğuşurkən, bu nəftin həkiki sahibi Kızıl Bakı proletariyatının sizə və arkanızda duran kapitalist ağalarınıza verdiyi cavabını dəxi yəkin eşitməmiş deyilsiniz.
“Kommunist”in 28 apreli – 1930-cu illərin nəşrləri
Bakı proletaryatı, sizdən və ağalarınız Nobel, Mantaşev, Rotşild və sair nəft krallarından sonra bərbad və dağılmış halda aldığı nəft sənayini dünyada misli görlməmiş bir sürətlə bərpa edib, ən son texnik əsasları üzrə yenidən qurduqdan sonra firkəmizin rəhbərliyi altında və öz tükənməz yaradıcılık küvvəsi sayəsində öylə planlı, yüksək məhsullu bir sosyalist təsərrüfatı kura bilmiş ki, bu gün ən iləridə gedən Amerikaya belə çatmış və ən yakında onu geridə bırakacakdır”.

Maraqlıdır ki, təkcə o zaman yox, indi də Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bütün təriflər də, tənqidlər də, hətta təhqirlər də çox vaxt ancaq Məhəmməd Əmin Rəsulzadənin ünvanına deyilir.
“Kommunist”in 28 apreli – 1930-cu illərin nəşrləri
AXC hakimiyyətinə həsr olunan daha bir karikatura. Müəllif Ə.Əzimzadə
“Kommunist”in 28 apreli – 1930-cu illərin nəşrləri
Yenə də heç vaxt yeganə hədəf Rəsuladə olmayıb

Fatimə Kərimli
[img=left]https://fatimekerimli.files.wordpress.com/2017/04/1-aprel-1931-kommunist.jpg?w=300&h=238[/img]


“Kommunist”in 28 apreli – 1930-cu illərin nəşrləri
Yanlış Bağlantı Var?

Sorun Çözümü CTRL+ENTER.
В görünen pencere , sorunu tanımlamak ve Yönetim kaynağı gönderin.

Yorum:0



YORUM EKLE

Kodu Girin:*

Hüququ

Əlaqe

E-mail : fedaiaz.fedaiqezeti.94@bk.ru
Unvan : R.Quliyev Kucesi Ev 2
Telefon : +994513146060
Telefon 2: +994553343903
Telefon 3: +994773146060
Redaktor : Elnur Selimov

Müəllif hüquqları qorunur. Fedai.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.