16 Apr 01:15GÜNDƏM / POEZİYA

Azərbaycan, Azərbaycan!

Azərbaycan, Azərbaycan!
Yusif Vəliyev
(Azərbaycanın görkəmli xalq şairi Səməd Vurğunun Azərbaycan şeirinə nəzirə olaraq gözəl bir cavab şeiri!)

Kim deyir ki, sən mənimsən,
Yurdum yuvam, məskənimsən,
Niyə mənim Vətənimsən?
Ayriılıbdı könül candan!
Azərbaycan, Azərbaycan!

Düşdün ugursuz dillərə,
Nəhs aylardan nəhs illərə,
Nəsilərdən nəsillərə,
Keçən elə dərdi-sərdir,
Oğlun, qızın dərbədərdir.

Kimlər ki səndən gen düşür,
Talehlərinə gün düşür,
Yadına nə Vətən düşür,
Nə də boğar illər onu,
Qınamasın ellər onu.

Bir tərəfi bəhri Xəzər,
Onun da hər yanı hasar,
Gedənlər dolanar gəzər,
Gah Türkanı, gah Hövsanı,
Dəniz uzaq, ömür yarı.

Bu yerlərdə limon sarı
Ayaq üstdə qoca qarı,
Beşin bir manata satır,
Səhərlər ye ac qarına,
Qüvvət gəlsin qollarına.

Hey baxdiqca bax millətə,
Qaragün, üzü ağ millətə,
Bu zülümə, bu zillətə,
Könül istər şeir yaza,
Qocalırıq yaza-yaza.

Könül keçmir Qarabagdan,
Gah bu dağdan, gah o dağdan,
Nə yaxından, nə uzaqdan,
Gəlmir Lazımın da səsi,
Qarabağın şikəstəsi.

Gözəl Vətən, yaran dərin,
Beşiyisən dərdin, sərin,
Aşıq deyər sərin-sərin:
"Sən bəlanın qucağısan,
Münaqişə ocağısan".

Satqın yazar yaltaq əsər,
Məzlum dərddə, məmur kefdə,
Əlin qələm sinən dəftər,
Başın daşlı, bağrın gordur,
De gəlsin, hər nəyin vardir.

Bir dön, bizim Bakıya bax,
Küçələri sökük-salxaq,
Işsizləri hayqıraraq,
Qayıdıb gedir kəndlərə,
Işıqlanır hər dag, dərə...

Gözəl Vətən o gün ki sən,
Qarabəxtli bir səhərdən,
Pərvazlanıb yarandım mən,
Daha ardın deyəmmirəm,
Azərbaycan, Azərbaycan!

Azərbaycan, Azərbaycan!
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ