TÜRKÜN QIZIL DÖVRÜNDƏ YAŞAMIŞ "QIZIL GEYİMLİ TÜRK"

TÜRKÜN QIZIL DÖVRÜNDƏ YAŞAMIŞ "QIZIL GEYİMLİ TÜRK"

BURXAN
Araşdırmaçı

«Qızıl geyimli adam» (qaz. Алтын Адам) — 1969-cu ildə olan arxeoloji tapıntının şərti adı. Alma-atanın 50 kilometrliyində, İssık çayının sahilində olan kurqanların birində tapılıb. Kurqanın hündürlüyü 6 metr, diametri 60 metrdir.
Almatının 43 km şərqində yerləşən Esik ərazisində 800 hektarlıq bir sahədə 27 böyük və 55 kiçik kurqan mövcuddur. 1963-cü ildə İssıq-göl daşdığı üçün bir çox kurqan dağılaraq torpağa qarışır. 1970-ci ildə bu bölgədə yerləşən bir təpəlikdə tikinti üçün buldozerlər gətirilir və qazma işləri gedərkən işçilər yonulmuş qayaya rast gəlirlər. Bununla bağlı Almatı muzey rəhbəri Bekin Nur Muhamməd və Kamal Akşiyev bir heyətlə əraziyə gələrək ilkin bilgilər əldə edirlər. Beləliklə, ilk tədqiqatlar Orta Asiya tarixinin yenidən yazılacağını şərtləndirir. İttifaqa bu barədə məlumatı ilk olaraq “Komsomolskaya pravda” qəzeti verir. Sonralar 1978-ci ildə professor K. Akşiyev Esik tapıntısı barədə Moskvada rus dilində “Qazaxıstan saqalarının sənəti” adlı kitab çap etdirir.
Esik kurqanı İssıq məzarlığının güneyində yerləşir. Burada 1970-ci ildə dörd kurqanda qazıntı işlərinə başlanılır. Lakin kurqanların üçü soyğunçular tərəfindən qarət edildiyindən məzarlardan heç nə tapılmır. Fəqət sonuncu kurqan arxeoloqlara bütün bunların təəssüfünü unutdurur, çünki Altun tigin onların zəhmətini boşa çıxarmır. İlk tədqiqatçılardan Nur Muhamməd məzarı aşkar etməsini bu cür xatırlayır: “İnşaat əsnasında 6 metr yüksəklikdə, 60 metr genişlikdə iki quyu qazılırdı...Taxtanın üzərində kilim, kilimin üstündə qumaş vardı, onun üzərinə qoymuşdular, başı qərbə, ayağı şərqə dönükdü. İşləri dayandırdılar və tarixçi olduğum üçün mənə xəbər verdilər. Məzara çatdığımda torpağı əllərimlə qazmağa başladım. Öncə taxta parçalarını çıxardım, lakin taxtalar günəşi görüncə əlimdən düşdülər və toza çevrildilər. Bir az daha qazdıqda gözlərim parıltıdan qamaşdı və uzun müddət məzara baxa bilmədim. Yanımdakılar da baxa bilmədi. Gözlərimi ovuşdurduqdan sonra Altın geyimi gördüm...Taxta bir tabut içərisində Altun tigin dəfn olunmuşdu. Yanında, üzərində yazılar olan çanaq vardı. Əlində də bir üzük vardı. Üzüyü götürüb barmağına taxdım. Cəsədi altın geyim ilə birgə qaldırdıqda, altındakı ağac taxtalar və cəsəd toza çevrildi, sanki günəşi gördükcə yanırdı. Böyük bir həyəcan içərisindəydik...Dürüst hərəkət etdik. Ruslar gəldilər və sümük parçalarını apardılar...”
TÜRKÜN QIZIL DÖVRÜNDƏ YAŞAMIŞ "QIZIL GEYİMLİ TÜRK"
Beləliklə, 6 metr hündürlükdə yerləşən kurqanın içərisində daxili ölçüləri 290sm x 150sm, xarici ölçüləri 330sm x 190sm, hündürlüyü isə 150sm olan məzar aşkar edilir. Məzarın içi Tanrı dağlarında yerləşən küknar ağaclarının kötüklərindən hazırlanmışdı. Qalıqlardan anlaşıldığına görə cənazə mərasimi tamamlandıqdan sonra cəsəd yerləşdirilərək üstü qısa kötüklərlə qapadılmış və üzərinə çınqıllı torpaq yığılmışdı. Məzarın qərb divarının dibində ağacdan düzəldilmiş 10 ədəd kiçik masa yerləşirdi. Cəsəd otağın içərisindəki həsirin üzərinə yerləşdirilmişdi. Skeletin uzunluğu 165 sm-ə çatırdı.
Altun tiginin geyimi başından corabına qədər, o cümlədən kəməri və qılıncı da saf qızıldan idi. Cəsədin corabı ilə diz sümüyü arasında üçbucaq və dördbucaq şəkilli 4800 parça qızıl vardı. Bu, dünyada firon Tutanhamonun qəbrindən tapılan qızılların sayından sonra ikincidir. Döyüşçünün köynəyi əsasən qızıl ox uclarından və qızıldan tökülmüş şir başından ibarətdir. Qızıldan düzəldilmiş boyunbağı üst-üstə dörd dəfə dolanıbdır. Barmağında iki qızıl üzük vardır ki, bunların birinin üzərində börklü bir kişi motivi işlənibdir. Bu üzüklər alimlərdə cəsədin xaqan və ya tigin olma ehtimalını yaradır. Tiginin üst geyimi qırmızıya boyanmış dəridən ibarətdir, üzərində yıtıcı heyvan rəsmləri və dördbucaqlı formalı qızıllar yer almaqdadır. Dəridən hazırlanan şalvarının eni 20-25 sm-dir. Uzunluğu bir metrə yaxın olan kəməri dördbucaq formalı 16 parça qızıldan ibarətdir, üzərində 3 böyük yatmış formada təsvir edilmiş keyik və kiçik keyik rəsmləri yerləşir. Ayaqqabısı keçədən düzəldilmiş və üzəri üçbucaq formalı qızıllardan ibarətdir.
Tiginin başına taxdığı 60-65 sm hündürlüyündəki börk onun milli mənsubiyyətini əks etdirir. Belə ki, bu börk bir sıra türk xalqlarına məxsus olan bir geyimdir və üzərindəki əşyalar da totem (onqon) xarakterlidir. Börkdəki əşyaların təsvirləri bunlardır: dağ qoyunu (arxar), iribuynuzlu dağ keçisi, qanadlı at, quş qanadı (4 ədəd), aslan (4 ədəd), aslan dağda, şir başı (6 ədəd), at (2 ədəd), dağ keçisi (5 ədəd), quş heykəlləri (5 ədəd), diadema (tacşəkilli başlıq), kiçik quş qanadı (2 ədəd), uzun quş qanadı (4 ədəd), yarpaq (5 ədəd), kiçik yarpaq (7 ədəd), ox (4 ədəd), dağ zirvəsi (4 ədəd), ağac (5ədəd) və s.
TÜRKÜN QIZIL DÖVRÜNDƏ YAŞAMIŞ "QIZIL GEYİMLİ TÜRK"
Cəsədin sağ tərəfində qırmızı taxtadan bir qın içində qızıl qəbzəli dəmir qılınc mövcuddur. Bədəni ilə sol əli arasında taxta və dəri qını olan bir xəncər yerləşir. Sol dirsəyinin yanında ucu qızıldan olan bir ox, daha yuxarıda bir qamçı, içərisində tunc bir güzgü ilə qırmızı boya olan ipək çanta vardır. Bunlarla yanaşı məzardan tabaqlar, vazalar, güzgü və daraq qabları, gümüş qaşıqlar çıxır. Eyni zamanda məzardan içərisində yemək olan müxtəlif qablar aşkar edilir.
Fəqət gümüş qablardan biri 4800 ədəd qızıl parçasını kölgədə qoyacaq qədər önəmli idi. Çünki onun üzərində qədim türk yazısından ibarət işarələr vardı. Tapılan yazını Moskva və Leninqrad(indiki Sankt-Peterburq) universitetlərinə yollayırlar, fəqət orada oxuya bilmədiklərindən geri qaytarılır.
Sirli yazını oxuyan isə bütün ittifaqda tanınan Qazaxıstan Elmlər Akademiyasının bilginlərindən professor Qayneddin Əlioğlu Musabəy olur. Alim açıqlamasında Esik yazısının Orxon yazılarından 1000 il əvvəl olmasını və hər işarənin bir hərfi deyil, hecanı bildirməsini söyləyir. Geyimin türk xalqlarına məxsusluğunu isə mərhum professor, mifoloq Mirəli Seyidov türk inanc və mifləri çərçivəsində araşdıraraq sübut edir.

Burada maraqlı cəhətlərdən biri yazıların niyə adi bir gümüş qabın içərisinə yazılmasıdır. Çünki məzardakı əşyalara nəzər yetirdikdə yazının daha qiymətli və dəyərli bir əşyanın üzərinə yazılması düşünülə bilərdi. Bunun yeganə izahı digər türk xalqları kimi saqaların da Gök Tanrı inancında olmalarıdır. Belə ki, türk xalqlarında qab və ya bardaq göyün simvolu hesab edilirdi və magik təsir bağışladığına inanılırdı. Məhz buna görədir ki, ümumi rəy kimi qəbul edilən 25 əsr yaşı olan məktubun üzərində türk saqaların uzaq keçmişindən xəbər verən 26 hərfdən ibarət iki sətrlik yazıda deyilir: “ Tigin 23 yaşında öldü. Esik xalqının başı sağ olsun”. Məhz buna görədir ki, Oljas Süleymenov bədii dillə gümüş qabın Altun tigini həm bu dünyada, həm də axirətdə qoruduğunu bildirir.
Sovetlər dönəmindən bu yana tarixçilər tapıntının miladdan öncə VI-V yüzilliyə aid olduğunu müdafiə etməyə çalışırlar. Fəqət bunun əksinə olduğunu isbatlamağa çalışanlar da (məs; Kazım Mirşan) vardır. Çünki ilk tədqiqatçılardan bu yana tiginin yalnız geyimi üzərində tədqiqat aparılıbdır. Digər tərəfdən qazıntı zamanı məzardan tiginin skeleti əldə edilsə də, üzərində heç bir karbon təhlili edilmədiyindən həqiqi nəticəyə gəlindiyi bir qədər şübhəlidir. Tədqiqatçıların tapıntının yaşını miladdan 5 əsr əvvələ aid etmələrinin bir səbəbi də onun belindəki kiçik qılıncın yunan qılıncına bənzəməsidir. Çünki bu cür qılıncların istehsalının miladdan 500 il əvvələ aid edilir və bu yanlış məntiqlə Esik tapıntısını da bu dövrə məxsusluğu iddia edilir. Təbii ki, türk tarixinə kölgə salmaq istəyənlər üçün Orta Asiyada vaxtilə mövcud olmuş türk mədəniyyətinin yunan mədəniyyətini üstələməsi mümkünsüzdür. Halbuki, bu cür saf qızıldan hazırlanmış geyim başqa ərazilərdə tapılmamış və bu yalnız nə vaxtsa mövcud olmuş qədim türk incəsənətinin, mədəniyyətinin bir hissəsidir.
TÜRKÜN QIZIL DÖVRÜNDƏ YAŞAMIŞ "QIZIL GEYİMLİ TÜRK"
Alimlər tərəfindən qəbul olunmuş digər bir ortaq nəticə skeletin saqa türklərinə məxsusluğudur. Onların fikrincə, saqalar bu əraziyə Çin imperatorluğunun təzyiqi nəticəsində Altay dağlarını keçərək gəliblər. Altun tiginin Hun türklərinə aid olması barədə də fərziyyələr mövcuddur. Professor Firudin Ağasıoğlu Cəlilov “Saqa qamər boyları” kitabında tigini Altın geyimli saqa kimi qeyd edir. Hər halda yazıdan da anlaşıldığı kimi, Altun tigin türk boylarından birinə məxsusdur.
1993-cü ildə Qazaxıstanın şimal şərqində Altay dağlarında ikinci altın geyimli cəsəd tapılır. Üçüncü altun tigin məzarı isə yenə də Qazaxıstanda Atıray ərazisində aşkara çıxarılır. Esiklə yanaşı Türküstanın Talgar, Böyük və Kiçik Almatı, Kaskelen, Kurtı, İli, Karakemer, Çilik, Çarın, Kegen, Karkara, Karatal, Ağsu, Lepsı ərazilərində zəngin məzarlara rast gəlinir.
Hazırda Esikdən tapılmış altun tiginin geyimi və digər tapıntılar Almatı muzeyində qorunmaqla yanaşı, şəhərin Cumhuriyyət meydanında da bağımsızlıq abidəsi olaraq Altun tiginin heykəli ucalmaqdadır.
16 aprel 2018 /

TÜRKÜN QIZIL DÖVRÜNDƏ YAŞAMIŞ "QIZIL GEYİMLİ TÜRK"

Похожие новости

Qədim məzarda dünyanın ilk “kiborqu” aşkarlandı – FOTO

Romada Sapiens universitetinin alimləri təxminən VI əsrdə yaşamış və əllərinin birində uzun bıçaq şəkilli protez olan insanın qalıqlarını aşkarlayıb. Fedai.az Oxu.az -a istinadən xəbər verir ki,

Misirdəkindən daha qədim türk piramidaları – ONLAR MƏQSƏDLİ GİZLƏDİLİRMİŞ

İlk mumiyaları kim hazırlayıb? Ya da ilk piramidalar kimindir? Əgər cavabınız Misirdirsə, onda bu yazını oxuyun və bir daha düşünün... Çinin Xian şəhərindən 100 kilometr uzaqlıqda Linq Çan

Yapon və Monqolustan alimlərinin maraqlı tapıntıları

Yaponiyanın Osaki Universiteti və Monqolustan Elmlər Akademiyasının Tarix və Arxeologiya İnstitutunun arxeoloqları Türk runi yazıları olan daş sütunlarla əhatə olunan nadir bir qəbir abidəsini aşkar

TUFAN HAQQINDA RƏVAYƏTLƏRİ SAMİLƏR TÜRKLƏRDƏN GÖTÜRÜBLƏR

Son dövrlər bir çox vicdanlı araşdırmaçılar ilkin mövcudluğun və vahid dilin mövcud olması nəzəriyyəsini araşdıraraq türklərin üzərində dayandıqlarının hər kəs fərqindədir. Bəzən də çoxlarımız "bu

İSTANBULDA QƏDİM TÜRK İZLƏRİ...

İstanbulun Beşiktaş məhəlləsində metro tikintisi üçün aparılan qazıntılar zamanı 3500 il tarixə malik Türk və Altay mədəniyyətlərinə aid 35 kurqan tipli məzar aşkarlanıb. “Hürriyət” yaydığı məlumata
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
ÖLKƏ XARİCİNDƏ PREZİDENTƏ QARŞI HƏDYAN SÖYLƏYƏNLƏRİN BU ERMƏNİLƏRDƏN HEÇ BİR FƏRQİ YOXDURSiyasi manipulyasiyanın 10 üsulu...Almaniyanın snayper silahı Qarabağ terrorçularında...İran Avrasiya İttifaqına qoşulacaqmı?Dağlıq Qarabağ müharibəsi veteranları adına alınan və onlardan xəbərsiz xərclənən qrantlar - VİDEODAHA BİR ZABİTİMİZİ İTİRDİK...NAZİR S. BABAYEV MÜHARİBƏ ƏLİLLƏRİ, VETERANLARI VƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ BİR ARAYA GƏLDİUTX xəbərdarlıq etdi: Rusiyanın FTX-nin məbədlərə hücum edəcəkləri faktları üzə çıxdı“Bəziləri islahatları öz adlarına çıxırlar” - Siyavuş Novruzov onları İTTİHAM ETDİTürk torpaqlarında YƏHUDİ DÖVLƏTİ - “Ağ kəklik” ƏMƏLİYYATI VƏ...İnək sağan, ikinci əl geyimlər alan kənd qızı necə prezident oldu?“Qarşıdurma istəmirik” – İsveçrədən ermənilərə rədd cavabıÇeçen-azərbaycanlı davasının səbəbkarı ermənidirUnutmağa haqqım yox...PREZİDENT TƏLƏBƏLƏRƏ SÖZ VERDİ - SUMQAYITŞƏMİSTAN ƏLİZAMANLININ 60 YAŞI QEYD EDİLDİ“Biz onun gəlirini görmürük, amma kasıb saymamalıyıq”Köçəryanın oğluna qarşı cinayət işi açıldı8 yaşından 80 yaşa qədər olan bütün qadınlar təcavüzə uğradılarERMƏNİLƏRİN BİRİNCİ ÇARI ASSURİYALI ÇIXDI...QULDURBAŞI ANDRONİKİN ABİDƏSİ SÖKÜLDÜ - SOÇİHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!AVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏ...SAAKAŞVİLİ DAHA BİR ƏSİLSİZ ERMƏNİ İDDİASINI PUÇA ÇIXARDIXalq yazıçısı Sabir Əhmədliyə ögey münasibət - NAZİRƏ MÜRACİƏTFuad Abbasov Yevseyevi yerində oturtdu...VİDEORƏHMƏTLƏ ANIRIQ: OZAN ARİF (VİDEO)BAŞSAĞLIĞIRUSİYANIN YENİ NƏSİL SİLAHLARIMüharibə veteranları Sahil Babayevdən Prezidentə ŞİKAYƏT edəcəklər: "Naziri işdən çıxarın, cənab prezident!"AVMVİB TƏLTİF EDİR...BAŞSAĞLIĞIAVMVİB ALLAHVERDİ DƏRDİ TƏLTİF ETDİ8 yaşından 80 yaşa qədər olan bütün qadınlar təcavüzə uğradılarAzərbaycanlılar və çeçenlər arasında nə baş verir?Rusiya və Ermənistan Xİ nazirləri Münhendə görüşüblər- iki erməni Qarabağ münaqişəsindən danışıblarPrezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM“Petrosyan Qarabağı qaytarırdı, Paşinyan isə…”ERMƏNİLƏR AZƏRBAYCANA NECƏ AYAQ AÇDILAR?Skiflər, saklar, massagetlər, talışlar və azərilərQARADAĞLI FACİƏSİNDƏN 27 İL KEÇİR...AĞDAM RAYON İH BAŞÇISI SAKİNLƏRLƏ SƏYYAR GÖRÜŞLƏRİNİ DAVAM ETDİRİBErməni gey özünü qadın idmançı kimi təqdim edib – FOTOLARŞƏHİDİN ANIM GÜNÜ QEYD EDİLDİ...40 ton qızıl və 17 ton gümüş... - ABŞ və İŞİD arasında anlaşmanın SENSASİON DETALLARINEFTİN QİYMƏTİ ARTIRErmənistanın Suriyaya əsgəri birlik göndərməsi Dövlət Departamentini qəzəbləndiribAVMVİB SUMQAYIT ŞƏHƏR ŞÖBƏSİNDƏŞəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbə mediatur keçirilibBAŞSAĞLIĞIİbn Sinanın xəstəliklərlə bağlı 4 ÜNSÜR SİRRİSAVAŞ HEKAYƏTLƏRİ - 3: Onlar doğma yurdu öz canları kimi qorudular...Azərilər kimdir: "Talışlar və tatilər, yoxsa Azərbaycan türkləri?” - II məqaləSoçi görüşü bölgəyə sülh gətirəcəkmi?Rusiya yazıçısı Qarabağda dəfn edilməyi arzuladı...Mehriban Əliyeva: "Gəncə ilə bağlı bütün problemlər mənim diqqət mərkəzimdədir"Bakı və Ankara hərbi protokol imzaladıMehriban Əliyevaya Gəncədə "Qurani Kərim" hədiyyə edildiMən sənin nəyini sevim, ey Vətən?İlham Əliyevdən icra başçısı ilə bağlı sərəncam101 ildən sonra 101 müəmmaBu gün Hərbi Hava Qüvvələri günüdür"Azərbaycana “sabit Qarabağ” lazım deyil, bizə AZAD QARABAĞ lazımdır!"AVMVİB-DƏ YENİ TƏYİNATOZAN ARİFİ RƏHMƏTLƏ ANIRIQ: YA QARABAĞ, YA ÖLÜM!SHXÇDX-nin yaradılmasının 7 illiyi qeyd olunubYerli sakin istədi, Prezident söz verdiİranda canlı bomba saldırısı, ölü 20, yaralı sayı 20İLHAM ƏLİYEV: Mənə güc verən xalqın inamıdır - VİDEOAzərbaycanda korrupsiyanın daha çox qeydə alındığı sahələr açıqlanıbİlham Əliyev əsgərlərlə birgə nahar etdiAbituriyentlər bu ixtisasları seçə bilməyəcəklərOZAN ARİF BİZLƏRİ TƏRK ETDİ...Savaş xatirələri: Türk jurnalistinin yazdıqları...SAVAŞ HEKAYƏTLƏRİ - 2: BUNLAR XƏYAL DEYİL, OLMUŞ HADİSƏLƏRDİR...Tanıyın, tanıdın: "Snayper" ləqəbli Elçin HəsənovAVMVİB RAYON ŞÖBƏLƏRİ ANIM TƏDBİRİNDƏ İŞTİRAK EDİBLƏR...DAHA BİR ERMƏNİ ƏSGƏRİ CƏHƏNNƏMƏ "YOLA DÜŞDÜPrezident İlham Əliyev: Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirikGÖRKƏMLI RƏSSAMIN DOĞUM GÜNÜDÜR...Şəmistan Əlizamanlının ifası Ərdoğanın xoşuna gəldi - VİDEOPaşinyandan Qarabağla bağlı GÖZLƏNİLMƏZ MÖVQE: Azərbaycan tərəfi danışıqlarda...Erməni general Qarabağ üçün HƏRƏKƏTƏ KEÇDİ - Torpaqlarımızda ölüm-dirim SAVAŞI BAŞLADIPAŞİNYAN HƏRBÇİLƏRİNİ SURİYAYA NİYƏ GÖNDƏRDİ?Azərbaycan türklərinin Qızılbaşlar imperiyası fars dövlətinə necə çevrildi? –"REGNUM"UN ARAŞDIRMASIPrezident bu mahnıları oxumağı qadağan etdiTARİX BİR NÖQTƏDƏN VƏ BİR ANDAN BAŞLARPrezidentlər yenidən Soçiyə toplanırErməni əsgər öldürüldüAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİNDƏ...AVMVİB TƏLTİF EDİRDİLLƏR UNİVERSİTETİNDƏ QALMAQAL YARADAN DEKAN İŞDƏN ÇIXARILDIMehriban Əliyeva Bakıdakı Uşaq Psixonevroloji Mərkəzində olub - FOTOLARHAQQ VƏ ƏDALƏT YERİNİ TAPDI: RAHİM CAVADBƏYLİ NƏHAYƏT ÖZGÜRLÜKDƏERMƏNİSTAN SƏFİRLİYİNƏ MÜBARİZİN POSTERİ ASILDI - VİDEOERMƏNİSTANIN NÖVBƏTİ AZƏRBAYCAN QORXUSUƏrdoğanı təhqir edən 75 yaşlı kişiyə görünməmiş cəza verildiDövlətə xəyanət edən azərbaycanlı saxlanıldıSAVAŞ HEKAYƏTLƏRİ -1: Bu xəyal deyil, tam olmuş hadisələrdir...Bu gün vergi xidməti işçilərinin peşə bayramı günüdür
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ