17 Apr 14:28GÜNDƏM

SURİYANIN DUMASINDA DÖYÜŞLƏR GEDİR

SURİYANIN DUMASINDA DÖYÜŞLƏR GEDİR

Dəməşq yaxınlığında Şərqi Quta Suriya şəhərində Duma şəhərində hökumət qoşunları və Milli Qvardiya ilə üsyançılar arasında gedən döyüşlərdə çox saylı ölü və yaralılar var.

Döyüşlər Rəhmani məhəlləsində getdiyi barədə xəbəri RİA Novosti yayıb.

Yerli sakinlər bildirirlər ki, bu məhlədəki binaların birində şəhərin azad edilməsindən qabaq, terrorçular öz cəbbəxanalareını yerləşdirmişdilər.

Ölənlərin və yaralananların sayı barədə heç bir məlumat yoxdur.

Xatırladaq ki, bazarertəsi günü Kimyəvi Silahların Qadağan olunması Təşkilatının missiyası Dumaya getməlidir. KSQT əməkdaşları Suriya ərazisində Qərbin iddia etdiyi kimyəvi hücumun qalıqlarını araşdırmalı idilər. Çünki bu bəhanə ilə Suriya ərazisi raket atəşinə tutulmuşdu.

Cümə axşamı, Duma şəhərində Suriyanın dövlət bayrağı qaldırılıb, şəhər Suriya hökumət qüvvələrinin tam nəzarəti altına keçib. Verilən xəbərlərə görə, artıq Rusiya hərbi polis dəstələri də bu yaşayış məntəqəsinə girib.

E. Səlim
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ