Süleyman Rüstəmin Müsavatı alçaldan şeiri: “Müsavatçı bayquşlara” » Fedai.az
fedai.az
» » Süleyman Rüstəmin Müsavatı alçaldan şeiri: “Müsavatçı bayquşlara”
» » Süleyman Rüstəmin Müsavatı alçaldan şeiri: “Müsavatçı bayquşlara”

    Süleyman Rüstəmin Müsavatı alçaldan şeiri: “Müsavatçı bayquşlara”


    Süleyman Rüstəmin Müsavatı alçaldan şeiri: “Müsavatçı bayquşlara”

    BİRİNCİ HİSSƏ

    Okudum diqqətlə son məktubunu,
    Çıxdı gözlərim həlqələrindən;
    Nifrətlər oxudum sənə dərindən
    Anlayınca sənin son məktubunu.

    Gəl bir az da dinlə bəni, bir az da
    Qan-qan söyləyirsən çaldığın sazda
    Ağzımız radiodur bütün dünyaya
    Bu gün bütün dünya eşidir bizi;

    Getməz sözlərimiz, getməz havaya,
    Sən də varlığınla dinlə bir bizi!
    Bilməm nə vermişdir sənə müsavat?!
    Ki, hər bucaqda sən çalırsan qanad.
    Rəngi, rayihəyi anlamazsın sən;
    Üç rəngli bayraqda nə buldun söylə?
    Hanı güvəndiyin ağalar, xanlar?
    Hanı bizləri bir pula satanlar?
    Hanı Xoyski, hanı Əhməd bəy?
    Hanı o Nəsib bəy, hanı o köpək?

    Eşitim Parisdə və İstanbulda
    Satmışlar Bağını biz də içində
    Qanlar axıtmışlar onlar bu yolda;
    Qəm qüssə çəkməkdən düşmüşlər heydən

    Özləri üçün də bizim üçün də;
    Çıxmışdır əlləri puldan, hər şeydən;
    Onlar şantanlarda çağırıb iclas,
    Aprel günlərinə saxlayırlar yas.

    Aprel; bizdə bayram, sizdə matəm,
    Aprel; yükləmişdir sırtınıza qəm.
    Apreldə gəlmişdir işçilər cana,
    Aprel can vermişdir Azərbaycana

    Pırıl – pırıl yanır, göz qırpır aprel,
    Yüzünüzə acı söz çırpır aprel
    Apreldə duruldu bulanıq sular,
    Apreldə oyandı çəlik duyğular.

    Aprel; Kafkasyanın dərdini tapdı,
    Bir çok yürəklərdən bir yürək yapdı.
    Sizin cəmiyyəti öldürdü aprel,
    Hələ yenə kokur mırdar cəmdəgi;

    Gülməyən yüzləri güldürdü aprel,
    Güc tapdı işçinin xəstə biləyi.
    Aprel boğazından amışdır dünü.
    Aprel; işçilərin qurtuluş günü.

    Əkşi yüzünüzə tüpürdü aprel,
    Sizləri buradan süpürdü aprel.
    Hələ yadımızda mart hadisəsi
    Ki, millət adına tökdünüz qanları;
    226612824_8785_5761159114047045209 – – –
    Qaçıb İstanbula əliniz qanlı
    Dediniz: bizləri xilas ediniz!
    Qoşuldu sizlərə saysız osmanlı,
    Geçərkən bırakdı yolda qandan iz.
    Siz erməni və türk əməkçisini
    Bir-birinə düşman kəsdirdiniz.
    Unudub onların köməkçisini
    Yerlərə tökülən qanları şərab
    Əvəzinə içib, sonra şişdiniz.

    Sizin fitnənizin nəticəsində
    Mıxlandı divara xırda uşaqlar;
    Qaçqınlarla dolu gizli bucaqlar.
    O dövrün: fəqanlar vardı səsində;

    O dörvün: nə deyim nəyi yokdu ki…
    Vəhşəti o kadar çokdu, çokdu ki.
    O zaman, o zaman, əvət o zaman
    Can verən balığın gözləri gibi;

    O zaman yerlərə bakmadaydı ay
    Başını itirmiş sərsəri gibi;
    O da seyr edirdi milli qırğını
    Geyindi məmləkət atəşdən gömlək

    Bir yanda cəmdəylər, bir yanda da qan
    Sağ qalan pərişan, dalğın kütlənin
    İradəli asi, yorğun kütlənin
    Aclıq qarğa gibi qondu başına.

    Verməkçün nihayət bu göz yaşına
    Nümayiş etdirdi öz varlığını
    İnqilab: devlərin yürəklərində,
    İnqilab: devlərin biləklərində,
    İnqilab: devlərin diləklərində,
    İnqilab: devlərin əməklərində.

    – – –

    Hər geçən adama, hər tin başında
    Bir tikə çörəkçin uzandı əllər;
    Qəfəsdə çırpınan bütün gönüllər
    Təsəlli aradı öz göz yaşından.

    O zaman bu yerdə açlıkdı hakim;
    Küncüt yeyən kimdi, gök ot yeyən kim…
    Şişmişdi aclıqdan əllər, ayaqlar;
    Nə yaman çağlardı, aman o çağlar.

    Onlar qaçmışlarda.. nə veclərinə
    Hətta Türkiyədə belə demək olar ki,
    Kapak tapmışlardı quvəcilərinə.
    Onlarçün bu işdən asan nə var ki?

    19-cu il bu məmləkətin
    Halını eylədi olduqca çətin;
    Zahirdə mədəni, batində vəhşi;
    Varlıkları əkşi, yüzləri əkşi

    Cəlladlar qurdular dar ağacları
    Şəhərin göbəyində, tam ortasında.
    Zira vardı buna ehtiyacları;
    Nə işi onların xalqın yəsində?

    Onların əlində olsaydı fürsət
    Salıb cümləmizin boğazına ip,
    Dar ağaclarından asardı əlbət,
    Sonra bir “kabare” verərək tərtib

    “Kurtulduq” deyərək edərdi bayram.
    Bizlər bu işdə heç görünmədik xam
    Məhbəsdə yatdırsa bir çoxlarımız
    Endi başlarına yumruqlarımız.

    – – –

    Görənlər bilir ki, Bakı o zaman
    Qızdırma keçirdi; qusdu qızıl qan
    Oldur darmadağın, evlər pərişan
    Hər evdən yüksəldi oxşamaq səsi.

    Kimsədə sevincdən qalmadı nişan
    Dokundu yülərə ölüm busəsi.
    Odur ki, bu yerin dərdli sazında
    Çalındı o zaman yanıq havalar;

    El aşıklarının söz arasında
    Vurduğu xallarda vardı ah-zar.
    Sardı hər tərəfi ölüm səsləri;
    Sizsiziniz bu işin müəssisləri!

    – – –

    20-ci ildə nələr olmadı;
    Yüksəldi göylərə yerin fəryadı.
    Yandı od içində Şuşa qalası,
    Əks etdi dağlara matəm havası.

    Qalın dimağların qaranlığında
    Milli ədavətin şimşəki çaxdı;
    O şimşək ah… bütün bir şəhəri yakdı
    Sizlər deyildiniz, əzilən ölən:

    Bu iki millətin yoksullarıydı
    Onlar bir sinfin oğullarıydı.
    Şuşa qalsı bir yanar dağ oldu.
    Ah, bu yanar dağı yaxından görən

    Sızladı, sızladı dərindən dərin;
    Bu; onun qəlbində böyük dağ oldu.
    İki millət deyil, iki sinif var
    Siz əzilən sinfi çox aldatdınız.

    “Görməsin dünyayı sonra ayılar”
    Deyə, gözlərinə torpaq atdınız.
    Daşnak, firqəsindən istədi subat
    Quranı bir qalxan yapdı müsavat

    Bir yanda hökmran quduz daşnaklar.
    Bir yanda müsavat adam bıçaqlar
    Müsavat deyirdi: “ey igid türklər!
    Bu kadar uyumak olmaz bu kadar

    Ermənilər sizin düşməninizdir,
    Gözündə onların vətəninizdir!
    Durunuz, durunuz cihad vaxtıdır!
    Körpə uşağa da acımayarak.
    Bu murdar milləti lazımdır qırmaq!”.

    – – –

    Bir yanda da durub deyirdi daşnak:
    “Ey gözü kor millət! Günahdır yatmaq.
    Türklər qanınızı içməyə hazır.
    Kalkınız, kalkınız bu siz, bu mavzir.

    – – –

    Sizin yapdığınız o kadar çok ki,
    İmdi sizə dair yamzkçin dastan
    Dənizlər mürəkkəb olsa da azdır.
    Sizdə beyin yok ki, düşüncə yok ki

    Sizin nəfəsiniz zəhərli qazdır.
    Sizin İstanbuldan döndüyünüz an

    Qapladı yerləri Sultan ordusu;
    Keçdi iş başna paşalar, xanlar,

    Təzədən Bakıda qasırğa oldu.
    Uzandı üstünə qanlı pəncələr;
    Qucdu şəhərimizi atəşdən çənbər.
    Qıvrıldı, qıvrıldı yandı şəhərimiz;

    Uzaktan bakanlar sandı şəhərimiz:
    Qan alev rəngində bir sırğa oldu.
    Bilirdik bu dərdin bir əlacı var
    Müdhiş qızdırmadan bıkan bu şəhərin

    Fəryadı göylərə çıxan bu şəhərin
    Şimal yerlərinə ehtiyacı var.

    – – –

    Çürük bir firqəyə olaraq rəhbər,
    Bir allah kəsildi Məhəmməd Əmin
    Hər bir yığıncaqda açaraq şəhpər,
    Millətin önündə eylədi yəmin

    Ki, “üç rəngli bayraq enməz bir daha.
    Yakdığımız məşəl sönməz bir daha!”.
    Tüstü yerinə hər bacadan çıxan
    Sizin zülmünüzdən ahdı, fəryaddı.

    İnqilab uğrunda coşub, hayqıran
    Əlinizdən ölüm şərbəti daddı..
    Doğrudur: bolşevik qanilə sizin
    Qanınız bir dəyil; sizinki zərdab.

    Sığınıb qoynuna siz ingilizin
    Orada yalıyınız doyunca boşkab
    Bizim mədənlərdə alışan işçi:
    -Yerdən çıxardığım bu qapqara qan

    Bənimdir: nur alır zülmət qanından!
    “Beyni ölkəmizin qızıl Moskva,
    Bakı da qəlbidir, can verir ona”
    Şimal: verdi bizə həyat dirilik;

    Şimal dedi: lazım işçiyə birlik!
    Şimal koşdu bizə imdadə qansız;
    Şimal mübarəzə etdi amansız:
    Bizi ingilizə heçə satanla,

    Alçaq bəylə, xanla və şarlatanla,
    Şimal bizimkidir, biz şimalınkı
    Şimal inqilabın qızıl beşiyi
    Bakınız bir dünya yaradırız biz.

    Yaratmakdan başka aramadayız
    Hər ufacık şeydə biz bir inqilab.
    Bizim rəhbərimiz Lenin, firqəmiz;
    Onun yolları ilə yürüməkdəyiz.

    Sizin rəhbəriniz bir şarlatandı,
    Nə tez söndü onun alovu, andı?!

    Şeir 1930-cu il 2-7 aprel tarixlərində “Kommunist” qəzetində nəşr olunub.
    Ardı var

    Hazırlayan: Fatimə Kərimli

    Redaksiyadan: Böyük M. Ə. Rəsulzadəyə qarşı ikrahla beyinləri yuyulmuş kommunistlərin niyə M. Ə. Rəsulzadəni sevmədiyini anlayın, deyə bu şeirləri yayınlayırıq. Həm də öz tarixinin ən yaxın dönəmini bilməyən homosovetikus cocuqları öz suallarının cavabını buradan tapa bilərlər. Bunlar hələ də Süleyman Rüstəm kimi kommunizm manqurtlarının əsərlərini dərc edib yaymaqdadırlar...
    Süleyman Rüstəmin Müsavatı alçaldan şeiri: “Müsavatçı bayquşlara”

    Süleyman Rüstəmin Müsavatı alçaldan şeiri: “Müsavatçı bayquşlara”


    Oxşar xəbərlər
  • Satirik jurnal tarixin bu gunü çap olundu
  • AVMVİB HACIQABUL RAYON ŞÖBƏSİ APREL DÖYÜŞLƏRİ İLƏ BAĞLI İKİ TƏDBİR KEÇİRDİ
  • “Azərbaycan ordusu rus ordusundan daha güclüdür...” – RUSİYALI EKSPERT
  • Anan ölsün, ay Vətən!
  • TORPAQ, MƏNİM PAYIM, HANI?

  • Добавить комментарий
    Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle

    Запрещено использовать не нормативную лексику, оскорбление других пользователей данного сайта, активные ссылки на сторонние сайты, реклама в комментариях.

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
Foto xəbər
Hadisə günü
Yeni məqalələr
13 dekabr AVMVİB SUMQAYIT ŞƏHƏR ŞÖBƏSİNDƏ TƏQDİMAT

13 dekabr Azərbaycanlı Mamedin Qızıl Balıq nağılı

13 dekabr "HEÇ KİM UNUDULMUR"...

13 dekabr AVMVİB-DƏ TƏYİNAT VƏ TƏQDİMAT

13 dekabr AVMVİB BƏRDƏ RAYON ŞÖBƏSİ TƏDBİR KEÇİRDİ

13 dekabr PAŞİNYAN NATO-YA ÜZVLÜKDƏN DANIŞDI...

13 dekabr PUTİN PAŞİNYANI HƏLƏ DƏ TƏBRİK ETMƏYİB: Rusiya "özününkünü təhvil verməz"

13 dekabr GENERAL PUTİNİ İLK GÖRÜŞDƏ MƏHV EDƏCƏYİNİ DEDİ

13 dekabr AVMVİB BƏRDƏ RAYON ŞÖBƏSİNDƏ ANIM TƏDBİRİ

12 dekabr AVMVİB-DƏ ANIM TƏDBİRLƏRİ

12 dekabr "Düşmənin 40 nəfər XÜSUSİ TƏYİNATLISInı məhv etdik"- Qazi baş leytenant

12 dekabr İlham Əliyev ailə üzvləri ilə birlikdə Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ

12 dekabr Hacıbala Abutalıbov Ulu Öndərə şeir yazdı - VİDEO

Top xəbər