Şimon Peres Putinə nələr demişdi? » Fedai.az
» » Şimon Peres Putinə nələr demişdi?

    Şimon Peres Putinə nələr demişdi?


    Şimon Peres Putinə nələr demişdi?
    "Mən ona dedim: 63 yaşındasınız, mənim isə 93 yaşım var. Önümüzdəki 30 il içində nə qazanmaq istəyirsən? Nə üçün mübarizə edirsiniz? Amerikanı sarsıdacağınızamı ümid edirsiniz?
    O dedi: Xeyr
    - Amerika Rusiyanın bir hissəsini istəyirmi? Xeyr, yox. Obama ilə bir-birinizi yanlış anlama probleminiz var?
    O dedi: Bunu niyə soruşursunuz?
    Mən dedim: Mən casus deyiləm, hər şey haqqında mənimlə danışa bilərsiniz.
    O dedi: Siz bu barədə necə düşünürsünüz?
    Mən dedim: Sizin nə etmənizdən asılı olmayaraq Amerika qazanacaq.
    - Niyə? -deyə o soruşdu.
    -Çünki onlar xoşbəxtdirlər, siz isə xoşbəxt deyilsiniz.
    Daha sonra ona dedim:
    - Səhər saatlarında bir Amerikalı oyandığı zaman, nə görür? Cənubda Meksika və meksikalıları öz ölkələrində qarşılayırlar. Şimaldan Kanada, dünyadakı ən yaxşı dostlarıdır. Sağda və solda sularda çoxlu balıqları var. Obamanın heç nədən narahatlığı yoxdur.
    Sizsə, sabah oyanırsınız, qonşuluqda kimlər var? Yaponiya, Çin, Əfqanıstan? Allahım! Onlar sizdə torpaqların çox olduğunu bilirlər və siz onlara bir qəpik də vermirsiniz. Siz 20 faiz içməli suya sahiubsiniz və heç kimə bir şey vermirsiniz. Əgər Sibirdə qar əriyərsə, orada gördüyünüz ilk adamlar çinlilər olacaq. Çünki şərqdə çinlilər çoxdur və ruslar isə azdır.
    Ona dediyim ikinci şey isə bunlar idi:
    - Amerika torpağının ölçüsü və xalqının sayı arasında daha yaxşı bir tarazlığa malikdir. Sizsə - ən pis göstəriciyə sahibsiniz. 20 milyon kvadrat kilometr. Allahım! Ancaq sizdə buna uyğun sayda insan yoxdur. Xalqınız ölür. Alqışlarla və insanların dediklərinə inanıb onları yaltaqlığa öyrətdirməyin. Onlar sizi bağışlamazlar. Amerikalılar 82 il yaşayacaqları dünyada Ruslar niyə 62 il yaşayırlar?
    Ona dedim: "Sən bir padşah kimi davranasan. Padşahlar nə etdi?"
    Vitrindəki iki şəhəri- Sankt-Peterburq və Moskvanı bərpa etdilər.
    İstədiyiniz nə varsa, orada tapa bilərsiniz. Nigeriya kimi Rusiyanın qalan hissəsi qarla örtülmüşdür. Xalqınız ölür. Onlara həyatlarını yaşamağa imkan vermirsiniz. Sizi bağışlayacaqlarını düşünürsünüz?
    Nə üçün Amerika gözəldir? - deyə ondan soruşdum.
    Çünki onlar donorlardır. Niyə Avropada problemlər var? Çünki onlar yalançıdırlar. Amerika verir. İnsanlar düşünürlər ki, bunlar səxavətlidirlər. Düşünürəm ki, onlar müdrikdirlər. Əgər pay verərsən, yaxşı dostlar yaradarsan. Dost qazanmaq ən faydalı investisiyadır.
    Amerika bu Marshall planını qəbul etmək üçün özündə cəsarəti tapdı, ÜDM-in böyük bir hissəsini Ölü Avropaya verdi. Beləliklə, onlara bu dünyanın ən yaxşı işinin investisiya olduğunu göstərdilər.
    İmperatorluq olmayan heç bir Avropa ölkəsi yoxdur. Fransız və İngilis, Portuqaliya, hamısı imperiya olub. Və nə oldu? Onlar oralardan atılaraq heç bir şey əldə saxlaya bilmədilər. Gündoğandan günbatana qədər uzanan ən böyük imperiya, bütün okeanlar və qeyri-zorakı yolla hindlilər onları İngiltərəyə qovdular və əllərində qalan üç kiçik adanı bu gün nə edəcəklərini bilmirlər.
    İnanın, Putinə, düşmənlər və düşmənçilik həyatda ən böyük itkilərə səbəb olduğunu söylədim. Dedim ki, Siz hələ də axmaqlığa investisiya yatırırsınız. "
    http://rusjev.net/…/shimon-peres-predsmertnoe-poslanie-put…/


    Oxşar xəbərlər
  • “Xocalı 613” əsəri ilə Fransanı silkələyən məşhur bəstəkar: "Hələ də yas tuturam" - MÜSAHİBƏ
  • ÖLÜLƏR MƏMLƏKƏT QORUMAZ...
  • AB rəsmisi Qarabağla bağlı gözlənilməz açıqlamalar verdi
  • Rəsulzadənin xanımının qəbri xristian məzarlığında tapıldı - FOTOLAR
  • ERMƏNİ "HUMANİZMİ"- erməni zabitləri öz arvadlarının toyunda iştirak edə biləcəklər...

  • Добавить комментарий
    Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle

    Запрещено использовать не нормативную лексику, оскорбление других пользователей данного сайта, активные ссылки на сторонние сайты, реклама в комментариях.

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
Foto xəbər
Hadisə günü
Yeni məqalələr
13 dekabr AVMVİB SUMQAYIT ŞƏHƏR ŞÖBƏSİNDƏ TƏQDİMAT

13 dekabr Azərbaycanlı Mamedin Qızıl Balıq nağılı

13 dekabr "HEÇ KİM UNUDULMUR"...

13 dekabr AVMVİB-DƏ TƏYİNAT VƏ TƏQDİMAT

13 dekabr AVMVİB BƏRDƏ RAYON ŞÖBƏSİ TƏDBİR KEÇİRDİ

13 dekabr PAŞİNYAN NATO-YA ÜZVLÜKDƏN DANIŞDI...

13 dekabr PUTİN PAŞİNYANI HƏLƏ DƏ TƏBRİK ETMƏYİB: Rusiya "özününkünü təhvil verməz"

13 dekabr GENERAL PUTİNİ İLK GÖRÜŞDƏ MƏHV EDƏCƏYİNİ DEDİ

13 dekabr AVMVİB BƏRDƏ RAYON ŞÖBƏSİNDƏ ANIM TƏDBİRİ

12 dekabr AVMVİB-DƏ ANIM TƏDBİRLƏRİ

12 dekabr "Düşmənin 40 nəfər XÜSUSİ TƏYİNATLISInı məhv etdik"- Qazi baş leytenant

12 dekabr İlham Əliyev ailə üzvləri ilə birlikdə Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ

12 dekabr Hacıbala Abutalıbov Ulu Öndərə şeir yazdı - VİDEO

Top xəbər