19 Apr 00:28GÜNDƏM / VETERAN

"Dönüş" filmi keçmiş döyüşçüləri o günlərə qaytardı

"Dönüş" filmi keçmiş döyüşçüləri o günlərə qaytardı
Aprelin 17-də "Nizami" kino mərkəzində Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı, hərbi həkim İmran Qurbanovun həyatından və döyüş yolundan, eyni zamanda,
701 saylı hərbi hissənin tibb xidmətinin yaranmasından bəhs edən "Dönüş" filminin təqdimatı olub.
Qaziler.az bildirir ki, filmin rejissoru Rüfət Əsədov, ssenari müəllifi Orxan Fikrətoğludur. Təqdimatda İmran Qurbanovun döyüş dostları, Qarabağ qaziləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Təqdimatdan əvvəl keçirilən tədbirdə Azərbaycanın hərbi diktoru, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, filmin rejissoru və ssenaristi öz fikirlərini bölüşüblər.
İmran Qurbanov çıxış edərək filmin çəkilişində əməyi olan və tədbirə qatılan hər kəsə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, film Azərbaycan Milli Ordusunun 701 saylı hərbi hissəsinin ilk tibbi xidmətinin yaranmasından bəhs edir. İmran Qurbanov sözügedən hərbi hissənin tibbi xidmətində Qarabağ savaşının sonuna qədər qulluq edərək bir çox döyüşlərin iştirakçısı olub.


"Dönüş" filmi keçmiş döyüşçüləri o günlərə qaytardı

"Dönüş" filmi keçmiş döyüşçüləri o günlərə qaytardı

"Dönüş" filmi keçmiş döyüşçüləri o günlərə qaytardı

"Dönüş" filmi keçmiş döyüşçüləri o günlərə qaytardı
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ