19 Apr 02:05GÜNDƏM / ARAŞDIRMA

DÖYÜŞÇÜ MÖVQEYİ: NAXÇIVAN-«Həzrəti Nuh və Tufan barədə»

DÖYÜŞÇÜ MÖVQEYİ: NAXÇIVAN-«Həzrəti Nuh və Tufan barədə»
Abbas Hüseynli
Keçmiş döyüşçü, araşdırmaçı


«Bilqamış Dastanı»nda Tufan barədə geniş məlumatlar verilmişdir. Bu dastanda göstərilənlər «Tövrat» kitabından 2 min il əvvələ gedib çatır. Dastanda peyğənbər Nuhun adı Ziusudra (Babilcə Utnapiştim) kimi qeyd edilmişdir.
Türk tarixi barədə bilgilər Türkə düşmən olan millət və xalqalar tərəfindən verildiyi üçün onların həqiqi olması çox şübhəlidir. Türkə yad olan Böyuk filosoflar, alimlər həmişə Türkə qarşı qısqanc olmuş, onun tarixini təhrif etmişlər. Böyük Fransız mütəfəkkiri 1689-cu ildə anadan olmuş, Şarl-Lui de Sekonda, baron Lya Bred de Montöskyönün yazmış olduğu «İran məktubları» əsərində göstərmişdir: "Dünyanın heç bir milləti şöhrət və əzəmətli istilalarına görə türkləri ötə bilməz. Bu millət kainatın əsil sahibidir. Elə bil ki, digər millətlər türklərə xidmət etmək üçün yaradılıb, o, həm imperiyalar qurur, həm də imperiyaları məhv edir. Bütün dövrlərdə dünyaya qüdrətini nümayiş etdirib. Əgər antik dövrdən danışsaq, Roma imperiyası da türklər tərəfindən işğal edilib. Makedoniyalı İskəndərin yürüşləri Çingizxanın fəthləri ilə müqayisə edilə bilməz. Ancaq bu qalib xalqın sücaət və hünərlərini qələmə alacaq tarixçiləri olmayıb. Nə qədər ölməz əməllər unudulmağa tərk edilib! Türklər tərəfindən qurulan bir çox dövlətlərin tarixini biz bilmirik. Bu döyüşkən xalq ancaq gündəlik şöhrəti ilə məşğul olub və əbədi məğlubedilməz olduğuna əmin olub. Əvvəlki yürüşlərin və fəthlərini əbədləşdirmək fikri onları məşğul etməyib».
Bunları oxuduqca bir daha əmin olursan ki, deyildiyi kimi Allah dünyanı türkə görə yaratmış və məncə elə bütün peyğəmbərlər də türklərdir. Hətta onlar, bütün insanlara Allahın qulu olduğunu dedikləri halda, türklərə Allahın əsgəridir demişlər. Buradan aydın olur ki, türklər, məhz bu səbəbdən öz tarixlərini yazmağı öz şənlərinə belə sığışdırmamış, öz varlıqları ilə tarixi yaratmışdılar. Baxın, türkə aid min illər İslamdan əvvəlki dövrə aid olan nə qədər tarixi abidələrimiz var ki, onlar hələ də öyrənilmir, lakin bundan istifadə edən başqa millət və xalqlar həmin tarixi abidələrimizi dəyişdirərək özlərininki olmasına nail olmaqdadırlar. Bu sahədə ermənilər, ruslar, farslar və yunanlar xüsusi yer tuturlar. Onu da bildirirəm ki, bəzi sözdə «İslam» dühaları kimi özlərini göstərən, lakin həyatdan bilgiləri olmayan manqurtlarımız elə zənn edirlər ki, İslam dinindən əvvəl hansı tariximiz olmuşdursa, onları öyrənməyə ehtiyac yoxdur. Hətta həmin tarixlərə düşmənçiliklə baxmalarının şahidi oluruq. Baxın «Dədə Qorqud» dastanı ən qədim qəhramanlıq və tarixi dastan olsa da həmin dastanı özümüzünkülər çalışırlar ki, dininin meydana gəldiyi vaxtda yarandığını sübut etsinlər. Dədə Qorqudun özünü belə Peybəmbərimiz Məhəmməd əlehi salamla görüşdürmə səhnəsi belə yaradırlar. Bunların peyğəmbərimizə qarşı həqarət olduğunu belə dərk etmirlər.
Vaxtı ilə Azərbaycanda olan Norveç səyyahı Tur Heyerdal Şəki şəhərinin Kiş kəndində olarkən orada olan Alban məbədini ziyarət edib onun eramızdan əvvəl IV əsrdə tikilməsini və üzərində isə + çərxi-fələk, xoşbəxtlik rəmzi, insanlara hər cəhətdən köməklik edən təkallahılığı göstərən fartunanı görüb təəccüblənmişdi. O, Azərbaycanı ən qədim diyar adlandırmışdır.
DÖYÜŞÇÜ MÖVQEYİ: NAXÇIVAN-«Həzrəti Nuh və Tufan barədə»
Mən çox kitablar oxuduqdan bir hüquqşunas kimi araşdırmalar apararaq belə qərara gəlmişəm ki, Azərbaycan ərazisi dünyanın ən qədim ərazisi, Azərbaycan Türkləri isə Dünya xalqlarının ən qədim milləti və xalqıdır. Bunu sübut etmək üçün ərazisi, kimliyi dünya xalqarı üçün dəqiq məlum olmayan, saxta adlarla fəaliyyət göstərən və hər vasitə ilə özünə tarix yazmağa çalışan, türkün tarixini öz tarixi kimi dünyaya sırıyan haylardan fəpqli olaraq biz əsil həqiqətlərə söykənərək qeyd etdiklərimizi sübut etməyə çalışacağıq.
Bir an Naxçıvan adının özünə fikir verin. «Naxçıvan» adının əsas deyiliş forması, məncə Nuhun çıxdığı yer deməkdir. Dünyada heç bir yerdə Nuhun adı ilə bağlı heç bir şəhər və ya yer yoxdur. Buna baxmayaraq mənfur qonşularımız Rusiya Federasiyasında bir şəhər salmış və həmin şəhərədə «Naxçıvan» adını vermişlər. Onlar bununla demək istəyirlər ki, Azərbaycan Respublikasının ərazisi olan Naxçıvan nə vaxtsa onların ərazisi olmuşdur. Mən burada haylar barədə çox şey deyə bilərəm, lakin mən bir məsələni əziz oxuculara çatdırmaq istəyirəm ki, onların dediklərində bəzi həqiqətlər vardır. Naxçıvan Armeniya kimi tarixlərdə özünə yer almış çarlığın ərazisi olmuşdur, lakin həmin çarlığın indi özlərini erməni adlandıran haylara heç bir bir aidiyyatı yoxdur. Həmin çarlıqda yaşayan erməni deyilənlər biz türklər olmuşuq. Bunlar isə erməni deyil, haylardır. Haylar isə ömrü boyu qaçqın və köçkün həyat sürmüş bir xalq olmuşlar. Onların əsas ərazisi Balkan yarmadası, sonradan isə eramızın 1-ci minilliyindən Dəclə Fərat çaylarının arasında olan yer olmuş, oradada onlar qaçqın, köçkün həyat sürmüşlər. Hətta bunlar barədə Böyük yazıçı Veliçko 1904-cü ildə yazmış olduğu «Kafqaz» əsərində tam şəkildə yazaraq bildirmişdir ki, bu hayların ömrü boyu nə vahid ərazisi, nə də ki, dövlətləri olmamışdır. Onlar qaraçı kimi ömür sürmüşlər.Çox təssüflə qeyd etmək lazımdır ki, bizim Akademiklər İqrar Əliyev, Fəridə Məmmədova və onların bəzi davamçıları bu ərazinin ən qədim sakinləri olan biz türkləri 9-11 əsrlərdə Altaydan və Orta Asiyadan gəlmə xalq kimi göstərmişlər. Onların bu səhv fikirləri isə həm haylar, həm də Azərbaycan və Türkiyə ərazisində yaşayan bir sıra türk olmayan millət və xalqların türkün üzərinə düşməsinə, türkün bu əraziyə sonradan köçüb gəlmələrini və bu ərazinin isə əsil sahibinin özlərinin olmasını deməyə əsas vermişdir.
DÖYÜŞÇÜ MÖVQEYİ: NAXÇIVAN-«Həzrəti Nuh və Tufan barədə»
Bəs, hansı faktlar bizə əsas verir ki, biz göstərək ki, Naxçıvan biz türklərə aiddir və əvvəldəndə orada yaşayan ilk xalq, millət türk xalqı olmuşdur? Bunlardan birincisi Naxçıvanın adı ilə bağlıdır ki, qeyd etdiyimiz kimi bu ərazinin adı biz türklərin başa düşəcəyi addır. Əgər həmin yer Nuh Qınaq adlansaydı onda biz deyərdik ki, bu ərazinin haylara hər-hansı bir aidiyyatı vardır. Belə ki, «qınaq» sözü erməni sözüdür, çıxdı, çıxacaq sözüdür.
2-cisi, Roma tarixçisi 1- 2-ci əsirlərdə yaşamış PTOLEMEY yazırdı ki, Nuh o, yerdə doğulmuş, yaşamış və ölmüşdür ki, həmin yerdə yerdən duz çıxarılmış və həmin yerdə duz mağaraları olmuşdur. Baxın indinin özündə də Naxçıvanda duz mağaraları vardır və Naxçıvan öz duzuyla məşhurdur.
3-cüsü, Nuh barəsində Naxçıvanda çoxsaylı rəvayətlər vardır. Mən həmin rəvayətlər barədə birinci kitabımda geniş yazmışam.
4-cüsü, Nuhun gəmisi barəsində olanlardır. Hal-hazırda Naxçıvan MR-da Nuhun gəmisini göstərən və xalq arasında geniş yayılmış «Gəmi Qaya» adlanan yer vardır ki, həmin yerdə gəmiyə oxşar qaya təsviri vardır.
5-cisi, Naxçıvanda həmin gəminin çıxdığı yer elə arasında Qapıçıq dağı adlanır. Qapıçıq isə dünyanın qapısı deməkdir. Həmin dağda min illərdir ki, mövcuddur.
Məlumat üçün bildirim ki, Türk insanı daima Allaha itaət etmiş və tək Allahlıq türkün əsas dini inancı olmuşdur. Hətta bu barədə VII əsrdə yaşamış yunan tarixçisi Feofilat Simokattanın yazdıqları maraq kəsb edir. O, yazırdı ki, Türklər hər şeydən çox oda ehtiram edirlər, hava və suya da ehtiramları böyükdür, torpağa həsr edilmiş himnilər oxuyurlar, sitayişləri isə «Tək Tenqri» adlandırdıqları yeri və göyü yaradanadır. Ona at, qoç və öküz qurban verirlər»
İngilis aşdırmaçısı və tarixçisi Cörçvörd yazmış olduğu dünyada ilk dövlətlər kimi adlanan Mu, Atlant dövlətləri, yer kürəsinin ən qədim sakinləri barədə olan yazılarında Uyğur türklərini yer üzünün ən qədim sakinləri adlanıdırmış və Qafqazı isə dünya xalqalarını ən qədim məskəni hesab etmişdir...
Hətta bu ingilis araşdırıcı Mu dövlətinin inanc yerinin göydə günəşə, yerdə isə oda sitayiş edilməsini göstərmişdir. Bunlarda biz türklərdə həm şamançılıqda, həm də Atəşpərəstlikdə özünü göstərir.
DÖYÜŞÇÜ MÖVQEYİ: NAXÇIVAN-«Həzrəti Nuh və Tufan barədə»
Naxçıvanda Nuhun dövrünə gedib çıxan «Əsahabi-Kəhf» mağarası var ki, min illər keçsədə hələ də öz mövcudluğunu saxlayır. Bu mağara barədə «Quran-Kərimin Əl-kəhf «mağara» 18-ci surəsində qeyd edilmişdir. Orada deyilir (Ya Məhəmməd!) Yoxsa Əsahabi-kəhfin və Rəqimin (mağara yoldaşlarının və Rəqim əhlinin) ayələrimizdən əcaib bir şey olduğunu guman edirsən? (Xeyir, bu Bizim qüdrətimiz qarşısında adi bir işdir» (98, 9-cu ayə, 263.("rəqim" ərəbcə «Kitab əhli» deməkdir. Həmçinin mağara yoldaşlarının adı yazılmış daş kitabə nəzərdə tutulur).
Əshabi-kəhf dağı və burada yerləşən mağara Naxçıvan şəhərindən 12 km aralı, dəniz səviyyəsindən 1665 metr yüksəklikdə İnan «İlan» dağı ilə Nəhəcir dağı arasında yerləşir. Buranın özünə məxsus iqlimi, xüsusi hava cəryanları, təbii su mənbəyi, yaşıl bitki örtüyü, hər fəsilə uyğun ağacları vardır.
Quranı-Kərimdə göstərilən ərazinin Azərbaycanın ərazisi olması və Əshabi-kəhv mağarasınında Naxçıvan MR-nın ərazisində yerləşməsi heç kimə gizli deyil. Quran bizə həmin mağara barədə çox qiymətli bilgilər verir və orada olan hadisələri bizə göstərir.Kəhf surəsinin 98, 10-cu ayə 263-də göstərilmişdir… «Ey Rəbbimiz! Bizə öz dərgahından mərhəmət bəxş et və işimizə fərac ver»(Bizi kafirlərin bəlasından. Düşmənlərin təhlükəsindən qoru, bizə ruzi verib doğru yola yönəlt) demişdir. Quranın 17-ci ayə, 264-də göstərilmişdir ki, (Ya Məhəmməd! Əgər onlar baxsaydın) günəşin doğduğu zaman onların mağarasının sağ tərəfə meyl etdiyini, batdığı zaman isə onları tərk edib sol tərəfə yönəldiyini «mağaranın içinə düşüb onları yandırmadığını»onların da mağaranın ortasında geniş bir yerdə olduqlarını (küləyin onları oxşadığını və rahat nəfəs aldıqlarını) görərdin.
Bu Allahın möcüzələrindəndir. Allahın doğru yola saldığı kəs doğru yoldadır.Allahın yoldan çıxartdığı şəxs isə əsla doğru yolda deyil. Surənin 18-ci ayəsində deyilir». (Gözləri açıq olduğu üçün) onlar yuxuda ikən sən onları oyaq sanardın ( Torpağın rutubəti bədənlərini çürütməsin deyə).Biz onları sağa-sola çevirdik. Onların iti də iki əlini (qabaq pəncələrini) mağaranın astanasına uzadıb yatmışdı. Əgər sən onları (bu vəziyyətdə) görsəydin, yəqin ki, səni dəhşət bürüyər və (qorxudan) dönüb qaçardın.
Əsahibi-kəhfin adı,(«Əshabi» -ərəb dilində, «Səhabə» sözündən əmələ gəlib. «Kəhf» isə «mağara deməkdir. "Əshabi-kəhf" Mağara müsahibələri deməkdir.Onu da qeyd etmək lazımdır ki, Qurani–Kərim nazil olduqdan yüz illər əvvəl belə Naxçıvan əhalisi həmin mağaraya ziyarətə gedirdilər və onların inanc yerlərindən biri olmuşdur.
DÖYÜŞÇÜ MÖVQEYİ: NAXÇIVAN-«Həzrəti Nuh və Tufan barədə»
Əshabi-kəhf haqqında Naxçıvan ərazisində rəvayətlər vardır ki, həmin rəvayətlər Quranda göstərilənlərlə eynilik təşkil edir və demək olar ki, bir-birlərini tamamlayır.Naxçıvanda yayılmış bir rəvayətldə deyilir ki, qədim zamanlarda Araz çayının kənarında Dərə Şam yaxınlığında «Naxçıvan şəhəri ərazisində» gözəl bir məkan varmış, Buraya «Ölən şəhər» deyirmişlər.»Ölən» şəhərin qalıqları, şəhərin böyük məzarlığı, buradakı iri, təbii, od-alovdan qızarmış qıp-qırmızı hündür başdaşları bu günədək qalmaqdadır. Bu «şəhər» Araz çayı kənarında Naxçıvan şəhərinin yaxınlığındadır. Bu şəhərin hökmüdarı zalım Dağyanusun (və ya Dağ Yunisin) şəhəri imiş.Onun xalqa zülmü həddini aşmış, özünü Allah elan etmiş və xalqına yalnız ona ibadət etməyi tələb edirdi. Həmin şəhərdə tək Tanrıya inanan və etiqad edən 6 nəfər gənc saray adamı isə bütpərəst Dağyanusa öz ehtirazların bildirmiş, onun Allah olmadığını, yalnız yeri, göyü yaradan tək Allaha ibadət edəcəklərini demişdilər. Gənclər saraydan çıxıb gedərkən Allahdan kömək diləmiş, onları kafirlərin bəlasından, düşmənlərin təhlükəsindən qorumağı istəmişlər. Dağyanusun allahlığına etiraz edən gənclərin içərisində yaşça böyüyü olan və Dağyanusun vəziri olan Təmlixa, onun qardaşı Müslina və daha dörd nəfər gənc –Məksəlina, Mərnuş, Debərnuş, Sazənuş qaçıb mağaraya üz tuturlar. Dağyanus isə qoşunu ilə altı nəfər gənci axtarmağa başlayır.Dağyanusun adamları gəncələrə yaxınlaşdıqca Allahın hökmü ilə dağ aralanır, onlar da orada əmələ gəlmiş mağarada gizlənir, onlar gindüzlər dincəlir, gecələr isə yol gedirlər. Yolda bir çobana rast gəlirlər.Çobanın adı Keşef Tatayyuş idi. Çobanla söhbət edib ona bir qədər qonaq olduqdan sonra çoban bu şəxslərin məramının nədən ibarət olduğunu bilir və onlara yalvarır ki, onu da öz dəstələrinə qəbul etsinlər. Ona görə ki, çobanda tək allaha inanır və ona ibadət edir, Dağyanusun zülmündən o da baş götürüb dağlara getmək istəyirdi. Çobanı öz dəstələrinə qəbul edən gənclər görür ki, çobanın qoyunları və Qitmir (və ya Ketmir) adlı iti də onların arxasınca gəlir. Çobana deyirlər ki, qoyunları və iti geri qaytarsın, cünki qoyunlar onları ələ verər, itdə hürər və hökmüdarın adamları bu səsi eşidərlər. Çoban qoyulara dur, deyir, qoyunlar hamısı daşa dönür, amma nə qədər çalışırlarsa it geri qayıtmır. Nəhayət, it yalvarır ki, zülm əlindən qaçana zülm etməzlər, Gənclər iti Qitmiri öz dəstələrinə götürürlər. Nəhayət gənclər dağ başında bir mağaraya sığınırlar. Çox yorğun olduqlarından mağarada yuxuya gedirlər. Amma, it yatmır, onları qoruyur. Deyilənlərə görə cənnətə gedən on heyvandan birisi də Qitmirdır.
Allah bu əziz bəndələrinə hər cür qayğı göstərmiş, torpaq üzərində çürüməmələri üçün onları vaxtaşırı sağa-sola çevirmişdir.
DÖYÜŞÇÜ MÖVQEYİ: NAXÇIVAN-«Həzrəti Nuh və Tufan barədə»
Yuxudan oyanmış mağara dostları hiss edirlər ki, acmışlar. Ona görə də yemək almaq üçün şəhərə adam göndərməyi qərara alırlar. Dağyunusun hakimiyyətdə olduğunu guman etdiklərinə görə məsləhət görülür ki, gedən adam çox ehtiyatlı olsun. Quranın 20-ci ayəsində, 265-də deyilir: «Doğrusu, onlar Sizi ələ keçirsələr ya Sizi daşqalaq edəcək, ya da öz dinlərinə döndərəcəklər. Belə olacağı təqdirdə siz də dünyada, nə də axirətdə nicat tapa bilməzsiniz».
Çörək almaq üçün şəhərə Təmlixa gedir. Çörək alarkən Dağyanusun dövründən qalma gümüş pulu çörək satana verərkən çörək satan onun xəzinə tapdığını guman edir və ona deyir: "Tapdığın xəzinənin yarsını mənə verməsən, şəhər hakiminin yanına səni aparacam". Təmilixa onu inandırmağa çalışır ki, o, və yoldaşları dünən yatıb bu gün ayılmışdır, ac olduqları üçün çörək almağa gəlmişdir, yoldaşları onu mağarada gözləyirlər. Çörəkçi onun uzun saçlarını, uzanmış saqqalı və dırnaqlarını görüb ona inanmır və şəhər hakiminin yanına aparır. Şəhərin hökmdarı Təmilxa ilə birlikdə mağaraya gəlir. Təmilxa mağaraya əvvəlcə girir, əhvalatı yoldaşlarına danışır.Onlar da 309 il mağarada yatdıqlarına inanır və bunun Allahın möcuzəsi hesab edirlər. Mağarada olanlar Allaha yalvarırlar ki, onları Allahın dərgahına qovuşdursun və əbədi dünyaya aparsın. Allah da onların arzusunu yerinə yetirir. Onları mağaranın girəcəyində «Yeddi kimsənə» deyilən yerdə qeybə çəkilirlər. Bir müddətdən sonra hökmdarın adamları mağaraya daxil olarkən orada heç kəsi görmürlər. Yalnız mağara divarlarında 7 şəxsin daşlara həkk olunmuş əksini və mağaranın ağzında pəncələri irəli uzanmış halda daşlaşmış Qıtmiri görürlər.
Bu mağara ziyarətgah eramızdan əvvəlki dövrə aid edilir. Burada Təktanrıçılıqdan bəhs edilir. Belə ki, türklər islam və xristianlıqdan çox əvəl Təktanrıçı olmaqla, Göy Tanrıya inanmışlar.
Əbdülqazı Bahadur xanın məlumatından aydın olur ki, tək Tanrıçılığı yayan Oğuz xan, təqribən, bizdən 4 min il əvvəl yaşamışdır. Oğuzlar Qafqazda, Naxçıvanda, Təktanırıçılıq ideyasını geniş yaymış və ona əməl etmişlər,
Sovet hakimiyyəti dövründə başqa ziyarət yerləri kimi bu yerlərə də gəlmək qadağan edilsə də, insanlarımız həm Türkiyə Respublikasından, İrandan, Gürcüstandan, şərq ölkələrindən yüzlərlə ziyarətçi bu yerlərə hər cür təqiblər olsa belə, gəlmişlər və indi isə müstəqillik dövründə azad şəkildə gəlməkdədirlər.
Mən özüm 1992-ci ildə Naxçıvana Əshabi-Kəfi ziyarət etmək üçün getdikdə oraya getməyin nə qədər çətin olduğunu, demək olar ki, yolun və heç bir şəraitin olmadığını görmüşdüm.
DÖYÜŞÇÜ MÖVQEYİ: NAXÇIVAN-«Həzrəti Nuh və Tufan barədə»
Müstəqqilliyimizin ilk dövründə isə Ülu Öndərimiz Heydər Əliyevin tapşırığı ilə bura geniş, rahat yol çəkilmiş, məscid və körpü tikilmiş, zəvvarlar üçün şərait yaradılmış, bura demək olar ki, əsil ziyarətgaha çevrilmişdir.
«Əshabi-Kəhf» Naxçıvanda olsa da və bizim tariximizin qədimliyini tam şəkildə göstərsə də, biz bundan səmərəli istifadə etməmiş, bu həqiqəti dünya xalqlarına çatdıra bilməmişik. Düzdür Yxın Şərqdə onlarla belə mağaralara Əshabi Kəhf deyilsə də o tarixi rəvayətə ən uyğun gələn coğrafi ərazi, məhz Naxçıvandır. Lakin Yunanlar özlərinə aid olmayan bu tarixi öz adlarına yazdırmağa müəyyəsər olmuş, hətta bu barədə filim belə çəkmişlər. Sizə məlumat üçün onu deyim ki, indiki Yunanıstanın ərazisində də ən qədim zamandan türklər yaşamışlar. Bu yerə Yunanlar eramızını əvəllərində Skandinaviya yarmadasından və Orta Asiyadan köçüb bu ərazilərə gəlmişlər. Həmin ərazidə yaşayan türk millətinin (yunan mənbələrində pelasq) tarixi də bizim tarix kimi saxtalaşdırılmaqdadır.
Mən təklif edərdim ki,
1. Əshabi-Kəhf barədə bir filim çəkilməli və Azərbaycan Türk xalqının qədimliyi orada açıq göstərilməlidir.
2. Naxçıvanın adı dəyişdirilərək Nühçıxan qoyulmalıdır.
Nüh peyğənbər barəsində dünyaya həqiqəti göstərmək üçün böyük bir sənədli filim çəkilməli, Ağrı dağının, Qaf «Qafqaz» dağının tarixi barədə onların niyə belə adlandırlması barədə dünya xalqlarına elmi araşdırmalar aparılmaqla ətrafli məlumatlar verilməlidir...
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ