22 Apr 00:57GÜNDƏM / TARİX

Hitlerin Şuşa, Laçın, Kəlbəcərə göndərdiyi casuslar və Alman kəşfiyyatının 82 il əvvəl Qarabağın işğal olunacağı barədə SENSASİON proqnozu -ŞOK MƏXFİ MƏLUMATLAR

[b]Hitlerin Şuşa, Laçın, Kəlbəcərə göndərdiyi casuslar və Alman kəşfiyyatının 82 il əvvəl Qarabağın işğal olunacağı barədə SENSASİON proqnozu -ŞOK MƏXFİ MƏLUMATLAR
Fedai.az Hitlerin şəxsi tapşırığı ilə Azərbaycana gələn Alman hərbi kəşfiyyatının Dağlıq Qarabağ və digər ərazilərdə apardığı tədqiqatlar və onların nəticələri barədə məxfi məlumatları oxuculara təqdim edir.

Hitlerin planlarında Azərbaycanı işğal etmək və Bakı neftini ələ keçirtmək istəyi böyük idi. Ancaq üstündən illər keçəndən sonra məlum oldu ki, Hitler təkcə nefti yox, ondan da qiymətli sayılan başqa bir sərvəti Azərbaycanda axtarır. Hələ 1936-cı ildə Almaniyadan Bakıya tədqiqat qrupu gəlir. Bu qrupun işi Azərbaycan şifahi xalq ədəbiyyatını araşdırmaq, tədqiq edib, öyrənmək olur. şifahi xalq ədəbiyyatında təsvir olunan milli qürur, qəhrəmanlıq, şücaət, mərdlik, mübarizlik, dürüstlük, təmizlik, xeyirxahlıq, torpaq və vətən sevgisi kimi komponentlər alman alimləri tərəfindən ciddi araşdırılır. Onlara general Şıxlinskinin, Mehmandarovun, Şadlinskinin genini daşıyan qan qruplarını, nəsilləri öyrənmək lazım idi. Əlbəttə, bu dəfə araşdırmalar kitab rəflərində, arxiv sənədləri arasında deyil, birbaşa millətin özündə, genində, qanında aparılır. Çünki şifahi xalq ədəbiyyatımızın qüdrəti hesab olunan bu keyfiyyətlər alman genetiklərini çox məşğul edir.Həmin il bakılı həkim Namazəliyevin başçılıq etdiyi qrup alman ekspedisiyasının tərkibində Laçına, Kəlbəcərə gedir. İlk öncə dağətəyi rayon və kəndlərin coğrafi quruluşu tədqiq edilir. İlk nəticələr uğurlu olduğundan Azərbaycanın qütbləri üzrə tədqiqat qrupları işləyir:

Birinci qrupa Laçın-Kəlbəcər,
ikinci qrupa Ağdam-Şuşa,
üçüncü qrupa Lerik-Lənkəran,
dördüncü qrupa isə Şəki-Zaqatala-Gəncə daxil edilir.

Hər qrupda altı nəfər yerli həkim və bələdçi, iki nəfərdə alman həkimi olur.Bu, elə vaxt təşkil edilmişdi ki, həmin illər Hitler ordusunun döyüş qabiliyyəti, vətənpərvərlik əhval-ruhiyyəsi aşağı səviyyədə idi. Həmin vaxtlarda alman hərbi kəşfiyyatı elmi-tədqiqat laboratoriyalarının qarşısında maraqlı bir vəzifə qoyurdu: güclü immunitet yarada biləcək vaksinlərin, dərman preparatlarının axtarılıb tapılması. Çünki alman millətində Koroğlunun və yaxud Qaçaq Nəbinin mübarizliyinin, igidliyinin. təmizliyin, vətən və millət sevgisini özündə cəmləyən hisslərin «bərpa»sı üçün «Qafqaz xalqları»nın, о cümlədən, Azərbaycan millətinin geninin araşdırılması lazım idi. О genlərdən hazırlanan vaksin və digər dərman preparatları ilkin nəticələrini verirdi.

Almanların tərtib etdikləri Laçın-Kəlbəcər kartotekasında 23 nəslin geni araşdırılıb tədqiq edilir və onların özləri də sonradan üç qrupa aynlır. Milliyyətcə yunan olan və ömrünün 6 ilini alman elmi-tədqiqat laboratoriyalarında qoyan,1940-cı ildə alman vətəndaşlığını qəbul edən Fransua Melli (o, böyük «Hans» kimi tanınır) bu kartotekaların təşkilatçısı olur. O, 1940-cı ildə Almaniyanın Aşağı Saksoniyasında fəaliyyətə başlayan, Qafqaz xalqlarının genlərini tədqiq edən Bakı hərbi elmi-tədqiqat laboratoriyasına yekun arayışında göstərirdi: «Qafqazda döyüşkən millət, fikrimizcə, Azərbaycan millətidir (Onlara «türk» də deyirlər). Mən bunun coğrafi mövqeyini yazmıram. Bu, Alman Silahlı Qüvvələri Baş Qərargahına məlumdur. Tədqiqatımızın nəticəsi olaraq göstəririk: bu millətin mənsub olduğu ayrı-ayrı qrupların hər birinin özünəməxsus geni var.Bu genləri gəzdirən bir nəsil və yaxud millət dünyanı məğlub edə bilər. Genlərdə araşdırdığımız nəticələrə gəlincə, vücudlarında bu genləri, bu təmiz («möcüzəli») qan qrupunu saxlayan genlərin boyu, dözüm qabiliyyəti, düşüncə və məntiqi tərzləri, döyüşkən əhval-ruhiyyəsi, məğlubedilməzliyi,vətən və millət sevgisi, torpağa bağlılığı başqa Qafqaz xalqlarınkından fərqlidir. Onları öyrənmək,öyrənmək, yenə öyrənmək lazımdır. Bir ekspedisiya azdır».
22 gün sonra Fransua Melli ikinci məktubunu yazır: «Möcüzəli bir millətdir. Nağıllarda oxuduğumuz. öyrəndiyimiz millətdir. Bu millətin genində mərdlik və əyilməzlik adlı bir immunitet qolu var. Onlar ən ekstremal şəraitdə dözməyi bacarır. Onlar kəklik və qırqovul yeyir, süd içir, dağ qoçlarını bütöv şişə keçirib közdə qızardırlar. Onlar öz qanlarını hər cür murdarçılıqdan qorumağı bacarırlar. Buralar laboratoriyadır. Alman ordusunda bu «dözüm» immunitetindən
istifadə etmək şansı yaranarsa, maraqlı nəticələrə gələrik.Təkcə bu millətin neftini düşünmək acizlik olardı. Bomba yağdırmadan, topsuz-tüfəngsiz bu millətin neftinidə, ərazisini də işğal etmək mümkündür. Əvvəlcə gərək bu millətin genini zəbt edəsən, işğal edəsən. Bunu etdikdən sonra, hər şeyə sahib olmaq mümkündür».

Alman həkimi hələ о vaxt «Genin işğalı» məsələsini qoyurdu. Almaniyanın Silahlı Qüvvələrinin Baş Qərargahı belə bir diaqram cızmışdı: Kəlbəcər-Laçın qrupu üzrə elmi-tibbi araşdırmalarımızm nəticələri bunlardır: «Buradakı insan genlərini iki qrupa böldük. A qrupuna mənsub olanlar daha qədim genlərdir. Onlar dağ bəbirlərinə bənzəyirlər.İti baxışları var, hər cür xəstəliyə davamlı və dözümlü olurlar. Döyüşkənlik və mərdlik, doğru-dürüstlük,torpağa bağlılıq bu qrupun genlərində daha möhkəmdir. Belə genləri gəzdirən nəsillərin bir neçəsi arasında möhkəm qohumluq olaqəsi var. Onları nəyəsə cəlb edib aldatmaq, məqsəd və məramlarından döndərmək çətindir. Bu qrupa mənsub olan genlər Laçının cənub və şərq hissəsində, Kəlbəcərin isə şimal hissəsində daha çoxdur. В qrupuna məxsus olan genlər nisbətən cavan nəsillərdir. Bunların geni immunitet baxımından «A» qrupuna nisbətən zəifdir. «B» qrupuna məxsus genlərin qarışıq tərkibi «A» qrupuna nisbətən iki dəfə artıqdır. Ağdam-Şuşa qrupuna məxsus genlərin isə tərkibi, xəstəliklərə dözüm immunitetləri kövrəkdir. Bu genlərin sahibi heç nədən qorxmur. Onlar az aldanır,tez inanır və tez də qəzəblənirlər.Cəsur və əyilməzdirlər. Bu üçünün genlərindən istifadə edərək, gələcəkdə güclü tədqiqat işləri qurmaq mümkündür.Əgər bu millətin belə genləri ölərsə, onda Qafqazda gələcəkdə Azərbaycan millətinin bir etnik qrup kimi yaşaması və məhv olması labüd olacaq. «İnkubator» şəraitində yetişən yaş genlər (mən buna süni genlər deyərəm) azərbaycanlıların taleyində müstəsna rol oynamaq qabiliyyətindən məhrum olacaq. Onların yaddaşlarından keçmişi silmək asan olacaq».Tədqiqat arayışında daha sonra yazılır: «Elə bir vaxt və zaman gələcək ki, bu regionda bütün sindromlar bir-birinə qarışacaq. Süni şəraitdə «yetişdirilən» genlər özlərinin mübariz, qəhrəmanlıq və döyüşkən əhval-ruhiyyəsini əks etdirən səhifələrinə biganə olacaq və zaman keçdikcə, onlar öz məkanlarını unudub,
yaddan çıxaracaqlar.Bu gedişi biz görürük».
Alman ekspedisiyasının bu nəticələrinə xüsusi xidmət orqanlarında da biganə qalmadılar.Hələ1942-ci ilin oktyabr ayının 16-da «Böyük və məğlubedilməz Almaniya» ideyasını ortaya atan və bütün bunların bir nömrəli təbliğatçısı Göbbels Adolf Hitlerə Türkiyə kəşfiyyatına soxulmuş alman casusu «Henri-l»in məxfi məlumatını verərkən bildirir: «22-ci paraleldə belə bir yer var -Azərbaycan. Onun nefti var. Lakin orada mübariz və qədd-qamətli adamlar var. Onların geni, qanı bizim laboratoriyalar üçün maraqlı olar».
Həmin ərəfədə alman filosofu Ernest Kassirer «The Muthof thetate» gen və qanla bağlı araşdırmalarında məxfi laboratoriyaların işindən bəhs edərkən yazır:«Son illər bu işin (qanla bağlı tədqiqatların) çox mahir mütəxəssisləri, mifustaları meydana gəlmişdir. Bu baxımdan irqlə, qanla bağlı mifin özü əslində xüsusi silah növüdür, özü də hər hansı müasir tank və mərmilərdən daha dəhşətli bir silah.Çünki bu silah ən başlıca sahəni - insan beynini zədələyir, onu bütövlükdə özünə tabe edir».Proses bu gün də Azərbaycanda onun digər bölgələrində davam etdirilir. Almaniya, İngiltərə, ABŞ, Fransa, İsveç, Yaponiya, Çin, Türkiyə, İran mütəxəssisləri millətin qanı, geni haqqında məxfi tədqiqatlarını davam etdirirlər. Xüsusi xidmət orqanlarının, ayrı-ayrı dini qurumların xəttilə bu yönümdə iş aparan
«həkimlər», «mütəxəssislər», «alimlər» artıq işin nəticələrini müzakirə edirlər. Qəbul olunmuş məxfi qərarlardan da biri bu olub ki, meydandan silinməsi, XXI əsrdə itməsi mümkün olan bəzi millətlər özlərini yaşatmaq, cavanlaşdırmaq üçün (Azərbaycana), «səlib yürüşü»nə çıxsınlar, təcrübə mübadiləsi keçsinlər.Xarici ölkələrdə Azərbaycan millətinin genini öyrənən laboratoriyalarda, elmi-tədqiqat mərkəzlərində, hərbi-sənaye komplekslərində, kəşfiyyat orqanlarında, eləcə də digər xüsusi xidmət sahələrində, genetik nəsildəyişmə proseslərində, hərbi molekulyar biologiya institutlarında bu sahədə görülən işlər gündən-günə aktuallaşır. Laçın-Kəlbəcər Qrupu: həkim ekspedisiyasının məxfi arayışı bu gün Almaniyanın məxfi idarəsində - «BND»-də qorunur. О arayışda irəli sürülən müddəalar hələ ki, qüvvəsini itirməyib. «Laçın və Kəlbəcər sindromları» eyni olmasa da, genlər arasında yaxınlıq və sıx bağlılıq var. Bu genlərdən, qan qruplarından hazırlanmış preparat və vaksinlər 18-25 yaş həddində adamlarda süstlüyü, iflici götürür, beyin qatlarını «təmizləyir», fikirlərə aydınlıq gətirməklə yanaşı, xüsusən, vərəm xəstəliyinə qarşı orqanizmdə güclü immunitet yaradır. Alman ordusu, həmçinin, dünyanın əksər silahlı qüvvələri əsgərlər arasında yayılmış bu xəstəlikdən əziyyət çəkirdilər. Xəstəlik əleyhinə istifadəsi nəzərdə tutulan preparat və vaksinlər hələ də axtarışda idi.
Həkim Namazəliyev qeydlərində yazır: «Alman həkimləri» çantalarını açanda orada xeyli kitab gördüm. Alman dilində çap olunmuş bu kitabların üz qabığını oxumaq mənim üçün çətin olmadı. Az-çox alman dilini bilirdim. Bu kitabların hamısı bizim dastanlardan və nağıllardan ibarət idi. Kitabı vərəqləyəndə gördüm ki, orada «güclü», «cüssəli», «qüdrətli», «nəhəng vücudlu», «mərd», «varlı», «dözümlü», «təmiz», «sözündə qəti», «inadkar», «qəhrəman», «Məlik Məmməd», «buz baltası», «torpağı öpdü», «suyu içib, dirildi» və s. sözlərinin altından xətt çəkilib. Mən alman həkimi Yuhan Fişerdən soruşdum ki, bu nə kitablardır? Bu sözlərin altından nə üçün qələm çəkibsiz? О gülümsündü və təzədən kitablardan birini götürüb, vərəqlədi. - Bu kitablar bizim üçün «Atlas»dır -dedi. Altından xətt çəkdiyiniz sözlər elə-belə sözlər deyil. Bizim tədqiqatımız həmin sözlərin mahiyyətini təsdiqləyir. Sizinkilər əbəs yerə bu torpağı öpüb, ona səcdə etmirlər. Bunun tibbi-elmi əhəmiyyəti böyükdür. Bu kitablar, sadəcə, nağıl yox, həqiqətdir». Mən bundan sonra düşündüklərimi Bakıya, Səhiyyə Nazirliyinə göndərdim. Oradan mənə dedilər ki, sənin yazdıqlarınla Bakının və Moskvanın Dövlət Təhlükəsizlik orqanları maraqlanır».
Laçın və Kəlbəcərdə tədqiqat aparan, «Millətlərin ölüm tarixi» kitabını yazan alman alimi 1943-cü ildə vəfat edir. «Millətlərin ölüm tarixi» kitabının Qafqaz bölməsində Yuhan Fişer yazır: «Qafqaz zəngin bir yerdir. Oradan, sadəcə,ötüb keçmək alim şərəfimə toxunardı. Qafqazda sıradan çıxmış etnik qruplar çoxdur. Bu etnik qruplar ən çox bir-birilərilə ədavət edir, vuruşur, bir-birilərini məhv edir. Amma nəticədə nə qalib millət var, nə də qalib xalq. Bu, mənim fikrimdi. Fikrimcə, qanı təmiz millət yer üzündə gəldi-gedər olmur. Təmiz və sağlam qan, güclü və dözümlü gen mənsub olduğu millətin ən güclü və böyük silahıdır. Bu silahın sahibini nə məğlub etmək olar, nə də susdurmaq. Belə olarsa, həmin sağlam qana və genə mənsub millətlərin özlərini qalib saymağa haqları çatır.Mən bütün bunları Azərbaycanda gördüm». (Sozcu.az)
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ