22 Apr 01:04GÜNDƏM / DÜNYA

Ermənistan müxalifətinin lideri etirazların davam etdiriləcəyini bəyan edib

Ermənistan müxalifətinin lideri etirazların davam etdiriləcəyini bəyan edib
Ermənistanda sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı keçirilən aksiyalara rəhbərlik edən müxalifət lideri Nikol Paşinyan prezidentlə görüşündən sonra etirazların aprelin 22-də də davam etdiriləcəyini bəyan edib.

Fedai.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Nikol Paşinyan tərəfdarlarından hakimiyyətlə danışıqlarda onu səlahiyyətləndirməyi xahiş edib.

Prezidentlə keçirdiyi qısa danışığının nəticələrindən bəhs edən N.Paşinyan qeyd edib ki, hakimiyyətlə danışıqların mövzusu yalnız baş nazirin istefası məsələsi ola bilər.

“Hakimiyyətlə danışıqlarda mövqeyimizi möhkəmləndirmək üçün sabah saat 11-dən etibarən güclü aksiya keçirəcəyik”, - deyə Paşinyan qeyd edib.
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ