23 Apr 13:17GÜNDƏM

AVMVİB SƏDRİ RÖVŞƏN RZAYEVİ YENİ TƏYİNATLA BAĞLI TƏBRİK ETDİ

AVMVİB SƏDRİ RÖVŞƏN RZAYEVİ YENİ TƏYİNATLA BAĞLI TƏBRİK ETDİ

Azərbaycan Respublikası Milli Məclisinin üzvü, millət vəkili Rövşən Rzayevin Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin yeni sədri təyinatını müharibə veteranları sevinclə qarşılayıblar. AVMVİB sədri Füzuli Rzaquliyev bizimlə söhbətdə bunları söylədi: "Bu yeni təyinatı alqışlayıram və keçmiş komitə sədrindən fərqli olaraq Rövşən Rzayev, hələ millət vəkili olarkən dəfələrlə veteranlarla görüşlər keçirib və onların problemlərinin həllində köməklik göstərib. Biz bütün veteranlar adından Rövşən Rzayevi təbrik edir və işlrində uğurlar arzulayırıq. İnanırıq ki, bacarıqlı və səriştəli bir kadr kimi R. Rzayev bu istiqamətdə əsaslı dönüş yaradacaqdır".
Xatırladaq ki, sabiq sədrə AVMVİB etdiyi müraciətlərə belə cavab verilməmiş və heç bir tədbir görülməmişdi. Məqsəd məcburi köçkün olan veteranların çox saylı problemlərinin heç biri öz həllini tapmamışdı. Biz də saytımızın adından təbriklərə qoşuluruq.

Azər Bayramov
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ