28 Apr 13:04GÜNDƏM / TƏHSİL

Təhsil haqqında" qanuna bir sıra dəyişikliklərin edilməsi haqqında təkliflər paketi hazırlanıb

Təhsil haqqında" qanuna bir sıra dəyişikliklərin edilməsi haqqında təkliflər paketi hazırlanıb
Təhsil Nazirliyi "Təhsil haqqında" qanuna bir sıra dəyişikliklərin edilməsi üçün təkliflər paketi hazırlayıb.

FEDAİ.AZ Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov bildirib. Onun sözlərinə görə, "Təhsil haqqında" qanun 2009-cu ildə qəbul olunub. Buna görə də qanunda bir sıra yeniliklərin edilməsinə, bəzi dəqiqləşdirmələrin aparılmasına, o cümlədən Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasından irəli gələn vəzifələrin icra edilməsinə ehtiyac var: "Güman edirəm ki, yaxın müddət ərzində "Təhsil haqqında" qanuna dəyişikliklərin edilməsi üçün hazırlanmış təkliflər paketi baxılması üçün Milli Məclisə təqdim ediləcək. Qanuna dəyişikliklərin edilməsi təhsilin əlçatanlığının təmin edilməsinə , qabaqcıl beynəlxalq təcrübələrin Azərbaycanın təhsil sistemində tətbiqinə əhəmiyyətli töhfə verəcək".

Nazir həmçinin birlirib ki, Azərbaycanda yüksək texniki peşə təhsilinin olması və onun subbakalavr pilləsi ilə uyğunlaşdırılması nəzərdə tutulur.Onun sözlərinə görə, Milli Məclisdə III oxunuşda qəbul edilən "Peşə təhsili haqqında" qanunun qəbulu ilə peşə təhsili sahəsində yeni anlayışlar müəyyənləşdirilib.

Nazir hesab edir ki, bu qanunun tətbiqi nəticəsində təhsil pillələri arasında keçid təmin olunacaq: "Qanuna əsasən, peşə təhsilinin müddətindən, proqramların məzmunundan asılı olaraq, ilk peşə, texniki peşə, yüksək texniki peşə təhsili olacaq. Yüksək texniki peşə təhsilinin subbakalavr pilləsi ilə uyğunlaşdırılması nəzərdə tutulur".

C.Bayramov bildirib ki, ötən dövr ərzində Azərbaycan təhsilində bir çox istiqamətlər üzrə müsbət dinamika müşahidə edilib: "Bütün bu istiqamətlər üzrə davamlı işləri həyata keçirəcəyik. Həmin islahatların dərinləşməsi və müsbət dinamikanın qorunub saxlanılması əsas istiqamətlərdən biridir".

C.Bayramov ombudsman Elmira Süleymanovanın məktəbəqədər təhsil müəssisələrinin yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılması ilə bağlı təklifinə də münasibət bildirib. Qeyd edib ki, 2017-ci ildə Azərbaycanda "Məktəbəqədər təhsil haqqında" qanun qəbul edilib: "Məktəbəqədər təhsilin tətbiqi ilə bağlı müvafiq fərman imzalanıb və normativ hüquqi aktlar formalaşıb".

Hazırda təhsilin məzmunu ilə bağlı əhəmiyyətli işlərin həyata keçirildiyini deyən nazir əlavə edib ki, qanunvericilikdə məktəbəqədər təhsil üzrə ayrı-ayrı qurumların səlahiyyətləri, onların funksiyaları tamamilə açıq şəkildə göstərilib: "Qanunvericilikdə qeyd olunub ki, məzmuna görə, məktəbəqədər təhsil müəssisələrinin saxlanılmasına görə səlahiyyətlər, onların funksiyaları hansı müvafiq icra hakimiyyəti qurumuna aiddir. Eyni zamanda, özəl məktəbəqədər təhsil müəssisələrin mövcudluğu, onların bütün funksiyaları göstərilib".

C.Bayramov hesab edir ki, Azərbaycanın qanunvericiliyində bütün bunlar çox dəqiq formada öz əksini tapıb.
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ