09 May 01:37GÜNDƏM / QARABAĞ

Komitə sədri 100 yaşlı Böyük Vətən Müharibəsi veteranına baş çəkib

Komitə sədri   100  yaşlı Böyük Vətən Müharibəsi veteranına baş çəkib

Mayın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev komitənin sədr müavinləri Gəray Fərhadov, Fuad Hüseynov, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Fərzəliyev ilə birlikdə Böyük Vətən Müharibəsi veteranı, 1918-ci ildə anadan olmuş Cəbrayıl rayonundan məcburi köçkün, I qrup əlil Əliyev Famil Abbas oğlu ilə görüşüb.

FEDAI.AZ cAZƏRTAC-a istinadən xəbər verir ki, R.Rzayev Böyük Vətən Müharibəsi iştirakçısının yaşayış şəraiti, səhhəti, qayğıları və keçdiyi döyüş yolu ilə maraqlanıb. Komitə sədri Prezident İlham Əliyevin Böyük Vətən Müharibəsi iştirakçılarının və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər gördüyünü vurğulayıb. Qeyd edib ki, F.Əliyevin müraciəti nəzərə alınaraq yaxın günlərdə mənzil şəraitinin yaxşılaşdırılması üçün veterana təkliflər veriləcək.

Famil Əliyev ona göstərilən diqqət və qayğıya görə təşəkkür edib.


Komitə sədri   100  yaşlı Böyük Vətən Müharibəsi veteranına baş çəkib
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ