12 May 11:27GÜNDƏM / POEZİYA

NİZAMİ HƏYATOVDAN HƏYATİ LƏTİFƏLƏR...

NİZAMİ HƏYATOVDAN HƏYATİ LƏTİFƏLƏR...

SƏN KƏŞFİYYATA GEDƏCƏKSƏN

Orduya çağırış başlayır. Canavar çağırış vərəqi alır. Hərbi komissarlığa gedəndə Dovşana rast gəlir. Onun kefi kökdür. Canavar soruşur:
- Dovşan, hardan belə?
- Hərbi komissarlıqdan gəlirəm.
- Səni hara göndərirlər?
- Tikinti batalyonuna.
- Nə yaxşı. Buna necə nail oldun?
- Otağa girdim. Komissiya oturub. Avtomobil göstərib dedilər bu, nədir? Dedim bilmirəm. Avtomat göstərdilər, dedim bilmirəm. Tankı göstərdilər, dedim bilmirəm. Şkaf göstərdilər, yenə dedim bilmirəm. Açdılar, şkafın içində bir kərpic vardı, soruşdular ki, nədir? Dedim ki, kərpicdir. Dedilər: “Aydındır, tikinti batalyonuna gedəcəksən”.
Canavar sevinir ki, tikinti batalyonuna düşmək belə asandı. Tez hərbi komissarlığa qaçır. Onu-bunu itələyib komissiyaya girir. Avtomobili göstərib ondan soruşurlar:
- Bilirsiniz bu nədir?
- Yox, bilmirəm!
Avtomat göstərirlər:
- Yox, bilmirəm!
Tank göstərirlər:
- Yox, bilmirəm!
Şkaf göstərirlər:
- Bu, nədir?
- Bu, şkafdır, içində kərpic var.
Şkafı açırlar, həqiqətən, orda kərpic var.
- Afərin! Tapdın. Əks-kəşfiyyata gedəcəksən...
NİZAMİ HƏYATOVDAN HƏYATİ LƏTİFƏLƏR...

DİŞİ QARPIZ

Bir kəlbəcərli köçkün düşdükdən sonra çox iş axtarır. Lakin iş tapa bilmədiyinə görə qarpız mövsmü olduğu üçün qarpız satmağa girişir. Sabirabaddan bir maşın qarpız alıb gətirir. Bir alıcı kəlbəcərlinin naşı olduğunu görüb deyir:
- Mənə bir dişi qarpız ver.
Kəlbəcərli birini seçib verir. Alıcı kəsib bir dilim yeyir və deyir:
- Dedim axı mənə dişi qarpız ver.
Bu minvalla 5-6 qarpızı kəsir və yenə dişi qarpız istəyir. Qarpızların havayı yerə getdiyini görən kəlbəcərli hirslənir:
- Ayə köpək oğlu, sən qarpızı yeməyə alırsan, yoxsa evlənməyə?
NİZAMİ HƏYATOVDAN HƏYATİ LƏTİFƏLƏR...

TUMAN GEYMƏYƏ MACALI OLMAYIB

Osmanlı dönəmində sultana xəbər verirlər ki, ərəblər alt paltarı geyinmirlər. Sultan qəzəblənib onları cəzalandırmaq üçün qazıları Misirə göndərir. Qazılar işə başlarlar.
Bir ərəbi yaxalayıb mühakimə edirlər.
Qazı soruşur:
- Adınız, soyadınız?
-Əbdülqadir əl Fəttah.
- Neçə övladınız var?
- Birinci arvaddan 19, ikincidən 26, üçüncüdən 17 övladım var.
Qazı sonda çıxardığı hökmü elan edir:
- Müttəhim Əbdülqadir əl Fəttahın barəsində qərar edilmişdir. Müttəhimin tuman geyməyə macalı olmadığı üçün iddia düşmüş sayılsın.
NİZAMİ HƏYATOVDAN HƏYATİ LƏTİFƏLƏR...

BU ARZUN YOX OLACAQ...

Bir şagird mollanın yanına gəlib deyir:
- Mən əbədi yaşamaq istəyirəm. Ən böyük arzum budur. Bunun üçün nə etməliyəm?
Molla deyir:
- Təcili evlən!
Şagird bir də soruşur:
- Evlənsəm əbədi yaşayacağammı?
Molla gülür:
- Yox, əbədi yaşamayacaqsan, amma bu istəyin yox olub gedəcək...[/b]

NİZAMİ HƏYATOVDAN HƏYATİ LƏTİFƏLƏR...
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ