12 May 11:41GÜNDƏM / VETERAN

SABİQ ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLƏRİNİN ALDATDIĞI İNŞAAT QRUPU YENİ NAZİRƏ MÜRACİƏT HAZIRLAYIRLAR

SABİQ ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLƏRİNİN ALDATDIĞI İNŞAAT QRUPU YENİ NAZİRƏ MÜRACİƏT HAZIRLAYIRLAR
Xatırladaq ki, müharibə veteranlarının və əlillərinin məşğulluğunu təmin etmək üçün 2013-cü ildə yaradılmış inşaat qrupunun Protezləşdirmə və Ortepediya mərkəzində apardıqları təmir işlərinə görə alacaqları vəsaitlər barədə geniş yazılar dərc etmişdik. Bu vəsaitləri tam verməkdən yayınan iki "kommersant nazir" yola salınıb. Məsələ ilə bağlı inşaat qrupunun rəhbəri, 64 minlik Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Mətbuat Xidmətinin rəhbəri, ölkəmizin müharibədə savaşaraq əlil olmuş ilk peşəkar jurnalisti Xaqani Rzaquliyevə (Ədəboğlu) müraciət etdik.

E. S.-2014-cü ildən bu günədək 2013-cü ildən yaranmış halal əmək haqqlarınızı ala bilmirsiniz. Bu gün vəziyyət necədir?

X. Ə.- Biz bir veteran təşkilatı olaraq veteranlarımızın məşğulluğunu təşkil etmək üçün inşaatçı veteranlardan ibarət bir inşaat qrupu yaratdıq. Xatırladım ki, ƏƏSM naziri Əli Nağıyev olarkən nazirliyin bütün təmir işləri demək olar ki, təşkil etdiyimiz veteran və əlillərdən ibarət "Sığnaq" firmasına verilirdi. Lkin Füzuli Ələkbərov kimi bir kommersantın nazir təyin edilməsiylə bütün ənənələr darmadağın edildi və nazirlik bir quldur yuvasına çevrildi. Bütün sahələri kommersiya şəbəkəsinə çevirdilər. Ən son Protezləşdirmə və Ortepediya Mərkəzinin ikinci əldən ucuz qiymətlə razılaşma yolu ilə götürmüşdük. Qiyməti real qiymətdən 3 dəfədən artıq şişirdilmiş smeta dəyərli bir obyekt iki nazir yola salsa da bizim 67 min manatlıq borcdan, Füzuli Ələkbərovun "xüsusi təyinatlıları" 13 min manat (əslində isə 12 min manat), Səlim Müslümovun komandası isə uzun yazışmalardan və çəkişmələrdən sonra 17 min manat vəsaitimizi çox zorən ödəyə bildilər. Hazırda hər iki komanda sabiqlər sayılsa da bizim 37 min manatlıq borcumuz hələ də əlil problemlərini həll edəcək bir nazirliyin boynunda qalmaqdadır. Xatırlayırsınızsa, bizim vəsaiti ödəmək alveri etmiş sabiq nazirlərin al-ver qəbzlərini dərc etdikdən sonra devolvasiyadan qabaqkı məzənnə ilə ödəmə tələbimizi geri götürmək şərtiylə bizi ilərcə aldatdılar. Bu gün hər kəs "yıxılana balta çalır", amma bildirim ki, S. Müslümov bu adi problemi öz nazirlik dövründə həll edə bilmədi. Əslində F. Ələkbərovun dələduzları başda Arif Məmmədov olmaqla, bizim gördüyümüz işlərdən ibarət Forma -2 tərtib edərək dövlətin 501 min manatını "gəmirmişdilər". Bu günədək "Bazis İnşaat" MMC-nin direktoru olmuş Elvin Fətiyevə yazılmış 2 rəsmi məktuba cavab vermək əvəzinə, vaxtilə əmək haqqı borcuna görə 47 min manata (2014-cü il), görə bir ay ərzində 25 min manat verilməsini əks etdrən razılaşma aktını tez-tez oxuyurlar. Amma bu günlərdə həmin aktın məzmunu ilə 501 min manat oğurladıqları Füzuli Ələkbərovun da tanış olacağını təşkil edəcəyik və bu gün 2018-ci il üçün yeni bir akt daha hazırlayırıq. Çünki sabiq kommersant-nazir Füzuli Ələkbərov yaxşı bilir ki, manatın devolvasiyadan qabaq dəyəri bu gün nə qədər edir?

E. S.- Nazirliyin yanında İctimai Şurada əlil və veteranlar da təmsil olunurlar. Sizin imzatoplama aksiyası keçirdiniz və bu insanlara müraciət etdiniz. Onların reaksiyaları nə oldu?

X. Ə.- Şuraya elə adamlar seçilib ki, onların çoxu özlərindən və möhürlərindən ibarətdir. Yalnız bizə dəstək Etimad Əsədovdan gəldiyini qeyd edə bilərəm. AVMVİB özü bu işlərdə püxtələşmiş təşkilatdır. Şura üzvləri incisələr də belə deməliyəm ki, ora toplaşanların əksəriyyəti dəllallıqla məşğul olmağa yığışıblar. Yəni cəmiyyətdə, xüsusən də döyüşçülər arasında nüfuzu olmayan adamlar bizim problemə nə dəstək verə bilərlər? Yəqin indiki rəhbərlik nazirliyin kriteriyalarına uyğun gələn üzvləri saxlayaraq digərlərini "kabab iyi" gələn başqa yerlərə yönəldəcək. Çünki bu nazirlikdə ciddi islahatlara ehtiyac var. İki nazirin dövründə bu nazirlik sosial siyasəti kommersiya ilə əvəzləyiblər. Hər şeyi satmaq olmaz axı. Qabaq Şura üzvləri müharibə əlillərinin hüquqlarını müdafiə edirdilər, lakin bu gün belə bir fakt yoxdur.

E. S.- Nazirliyin rəhbərliyinə gənc, enerjili nazir gətirilib. Yəqin ki, sizin bu probleminiz nəhayət ki, öz həllini tapacaq.

X, Ə,- Bu təyinatı alqışlayırıq. Yenidən qalıq məbləğlə bağlı, sabiq nazirlərin al-veriylə bağlı, gördüyümüz işlərin yoxlama aktlarıyla bağlı olan sənədlər əlavə edilməklə yeni nazir cənab Sahil Babayevə də müraciət edəcəyik. Ümid edirik ki, şikayətlərə baxacaqlar. Bunca ədalətsizlik olmaz. İşləmişik, dəfələrlə yoxlayıblar. Bəlkə 20 dəfədən artıq ölçmə işləri aparılıb. Müxtəlif bəhanələrlə bizi gözlədiblər. Bizim pul Füzuli Ələkbərovun komandasındadır. Gah kimə verdiklərini, gah da aldadılqlarını deyiblər. Biz yeni komandadan da eyni tələbləri edəcəyik. Gələn həftə rəsmi surətdə müraciət etməyi planlaşdırırıq. İnanıram ki, bu dəfə bizim problemimiz həll ediləcək. Çünki bir cavabdeh nazirliyin əlillərin puluna göz dikməsi çox utanc vericidir. Biz kimsədən yardım və ya ianə istəmirik. Öz halal əmək haqqımızın bu harınlarddan alınaraq bizlərə verilməsini tələb edirik. Nazirliyin verdiyi cavaba uyğun olaraq atacağımız addımları müəyyən edəcəyik. Çünki keçmiş komanda haqqımızı tələb etdiyimizə görə bizi düşmən elan etmişdi. Bu gün də eyni addımları atacağıq. Ümid edirik ki, müharibə əlilləri ilə düşmənçilik aparmaqdansa onların problemini həll etmək lazımdır. Biz dəfələrlə qeyd eytmişik ki, ƏƏSMN Əmək Müfəttişliyi bu vəsaitin "Bazis İnşaat" MMC-nin keçmiş və indiki sahiblərindən alıb bizə ödəməyə borcludurlar...
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ