.

“Qaçqınkom”un sədri məcburi köçkünlərlə görüşüb – FOTO

12 may 2018
“Qaçqınkom”un sədri məcburi köçkünlərlə görüşüb – FOTO
Mayın 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakının Xətai, Binəqədi və Nərimanov rayonlarında bir neçə yataqxana və inzibati binalarda məskunlaşan məcburi köçkünlərlə görüşüb.

Komitədən verilən məlumata görə, Dövlət Komitəsinin sədri məcburi köçkünlərin yaşadıqları yerlərə baş çəkib, onların problemləri ilə yerində tanış olub.
Prezident İlham Əliyevin hər zaman qaçqın və məcburi köçkünləri diqqətdə saxladığını vurğulayan Dövlət Komitəsinin sədri qeyd edib ki, onların həyat şəraitinin daha da yaxşılaşdırılması yönündə ölkə başçısı tərəfindən davamlı olaraq böyük işlər görülür.

O, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən məcburi köçkünlər üçün müasir tipli binaların tikildiyini, yaxın zamanlarda qəzalı binalarda məskunlaşan məcburi köçkünlərin problemlərinin həlli istiqamətində addımlar atılacağını diqqətə çatdırıb.
Bildirib ki, öncə qəzalı binalarda, ağır şəraitdə yaşayan məcburi köçkünlərin problemləri mərhələli şəkildə həll ediləcək. R.Rzayev digər rayonlarda da məcburi köçkünlərlə bu cür görüşlərin keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Görüşdə Dövlət Komitəsinin sədr müavinləri, Nərimanov, Binəqədi və Xətai Rayon İcra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.

muxalifet.az
[/b]

“Qaçqınkom”un sədri məcburi köçkünlərlə görüşüb – FOTO

170

ЕЩЕ НА ЭТУ ТЕМУ:

Komitə sədri   100  yaşlı Böyük Vətən Müharibəsi veteranına baş çəkib

Komitə sədri 100 yaşlı Böyük Vətən Müharibəsi veteranına baş çəkib

Mayın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev komitənin sədr müavinləri Gəray Fərhadov, Fuad Hüseynov,
Yeni

Yeni "Qaçqınkom” sədrindən ilk açıqlama: "Hesab edin ki, artıq bu məsələlər öz həllini tapıb”

"Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri, onların həlli hər zaman Cənab Prezidentin diqqət mərkəzində olub. Mən də bu məsuliyyətli işdə əlimdən
AVMVİB SƏDRİ RÖVŞƏN RZAYEVİ YENİ TƏYİNATLA BAĞLI TƏBRİK ETDİ

AVMVİB SƏDRİ RÖVŞƏN RZAYEVİ YENİ TƏYİNATLA BAĞLI TƏBRİK ETDİ

Azərbaycan Respublikası Milli Məclisinin üzvü, millət vəkili Rövşən Rzayevin Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin yeni sədri təyinatını
DÖVLƏT BAŞÇISININ YENİ TƏYİNATLARI

DÖVLƏT BAŞÇISININ YENİ TƏYİNATLARI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Nazirlər Kabinetinin üzvləri

Есть мнение!

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
BİZ SOSIAL ŞƏBƏKƏLƏRDƏ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
POPULYAR
ВХОД НА САЙТ