Ermənistanın eks-prezidentləri Qarabağla bağlı BÜTÜN SİRLƏRİ AÇDI: Heydər Əliyev və Elçibəy... » Fedai.az
fedai.az
» » Ermənistanın eks-prezidentləri Qarabağla bağlı BÜTÜN SİRLƏRİ AÇDI: Heydər Əliyev və Elçibəy...
» » Ermənistanın eks-prezidentləri Qarabağla bağlı BÜTÜN SİRLƏRİ AÇDI: Heydər Əliyev və Elçibəy...

    Ermənistanın eks-prezidentləri Qarabağla bağlı BÜTÜN SİRLƏRİ AÇDI: Heydər Əliyev və Elçibəy...


    Ermənistanın eks-prezidentləri Qarabağla bağlı BÜTÜN SİRLƏRİ AÇDI: Heydər Əliyev və Elçibəy...
    Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan qondarma DQR-in danışıqlar masasında tərəf kimi iştirakı haqda təklifi Bakının sərt reaksiyası ilə yanaşı, İrəvanda da narazılığa səbəb olub.

    Ermənistanın siyasətçiləri Paşinyanın ölkəni uçuruma apardığını hesab edirlər.

    Keçmiş prezidentlər isə bir-birini ittiham etmək üçün Dağlıq Qarabağ məsələsində müəyyən detalları açıqlayaraq, Bakının diplomatik manevrlərlə İrəvanın yollarını necə kəsdiyini etiraf ediblər.

    Əvvəlcə keçmiş baş nazir Serj Sarkisyan Paşinyanın təklifinə reaksiya verdi. O, bilavasitə danışmasa da, keçmiş müdafiə naziri Viqen Sarkisyanın dili ilə münasibətini açıqladı.

    V. Sarkisyan bildirdi ki, Paşinyanın bu mövqeyi anlaşılmazdır: "Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin zaminidir, danışıqlarda tərəfdaşdır, lakin münaqişə tərəfi deyil. Rəsmi İrəvan bu mövqeni müdafiə edir, Bakı isə onun əleyhinə çıxır. Yeni baş nazir bu açıqlaması ilə Bakının mövqeyini təsdiq edir, yəni Ermənistanın münaqişə tərəfi olduğu faktını təsdiqləyir”.

    V. Sarkisyan Paşinyanın danışıqların detallarından xəbərsiz olduğunu vurğulayıb.

    Ermənistanın birinci prezidenti, Dağlıq Qarabağ münaqişəsinin həllinə razılaşdığı üçün 1998-ci ildə "Qarabağ klanı” tərəfindən devrilən Levon Ter-Petrosyan isə Viqen Sarkisyanın özünün də danışıqların detallarından xəbərsiz olduğunu açıqlayıb.

    O qeyd edib ki, Azərbaycan Ermənistanın işğalçı təcavüzkar kimi tanınmasına təkid edib: "BMT-nin məlum 4 qətnaməsi ilə bu təsdiqini tapır. Həmin qətnamələrə görə, Qarabağ ətrafındakı 7 rayon erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Ermənistan diplomatiyası Dağlıq Qarabağın münaqişə tərəfi kimi tanınmasına nail olmağa yaxın olsa da, Robert Koçaryanın cinayətə bərabər səhlənkarlığı ucbatından bu, baş tutmadı”.

    R. Koçaryan isə öz növbəsində Ter-Petrosyanı yalan danışmaqda ittiham edib.

    "Dağlıq Qarabağın münaqişə tərəfi kimi qəbul edilməsi məsələsi mənim prezidentliyimdən əvvəl baş verib. 1990-cı ildən etibarən danışıqlar Ermənistan və Azərbaycan prezidentləri arasında olub. Levon Ter-Petrosyan Ayaz Mütəllibovla, Əbülfəz Elçibəylə, daha sonra Heydər Əliyevlə danışıqlar aparıb. Bununla yanaşı, iki ölkə prezidentinin nümayəndələri – Vəfa Quluzadə və Liparityan arasında (1995-96-cı illərdə 11 görüş olub) mütəmadi danışıqlar olub. Qarabağ danışıqlarda tərəf kimi iştirak etməyib”, - deyə o bildirib.(Publika.az)


    Oxşar xəbərlər
  • İlham Əliyev Paşinyana sərt cavab verdi
  • ERMƏNİSTANDA PREZİDENT SEÇMƏ OYUNU
  • Sarkisyan: Türkiyə ermənistanla güc mövqeyindən danışa bilməz
  • Ermənistanın Qarabağı qaytarmaq istəyən yeni prezidenti
  • Sarkisyan bu gün Qarabağın Azərbaycanın olduğunu bəyan edəcək – İRƏVAN ŞOKDA

  • Добавить комментарий
    Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle

    Запрещено использовать не нормативную лексику, оскорбление других пользователей данного сайта, активные ссылки на сторонние сайты, реклама в комментариях.

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
Foto xəbər
Hadisə günü
Yeni məqalələr
13 dekabr AVMVİB SUMQAYIT ŞƏHƏR ŞÖBƏSİNDƏ TƏQDİMAT

13 dekabr Azərbaycanlı Mamedin Qızıl Balıq nağılı

13 dekabr "HEÇ KİM UNUDULMUR"...

13 dekabr AVMVİB-DƏ TƏYİNAT VƏ TƏQDİMAT

13 dekabr AVMVİB BƏRDƏ RAYON ŞÖBƏSİ TƏDBİR KEÇİRDİ

13 dekabr PAŞİNYAN NATO-YA ÜZVLÜKDƏN DANIŞDI...

13 dekabr PUTİN PAŞİNYANI HƏLƏ DƏ TƏBRİK ETMƏYİB: Rusiya "özününkünü təhvil verməz"

13 dekabr GENERAL PUTİNİ İLK GÖRÜŞDƏ MƏHV EDƏCƏYİNİ DEDİ

13 dekabr AVMVİB BƏRDƏ RAYON ŞÖBƏSİNDƏ ANIM TƏDBİRİ

12 dekabr AVMVİB-DƏ ANIM TƏDBİRLƏRİ

12 dekabr "Düşmənin 40 nəfər XÜSUSİ TƏYİNATLISInı məhv etdik"- Qazi baş leytenant

12 dekabr İlham Əliyev ailə üzvləri ilə birlikdə Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ

12 dekabr Hacıbala Abutalıbov Ulu Öndərə şeir yazdı - VİDEO

Top xəbər