17 May 01:06GÜNDƏM / POEZİYA

MƏN KİMƏM?

MƏN KİMƏM?
Cavanşir Əsgər

Vətən parça-parça, el tikə-tikə,
Ağacım, çiçəyim, kolum, mən kiməm?!
Torpağın üstündə dönmüşəm yükə,
Dənizim , ümmanım, gölüm, mən kiməm?!

Düşməni dost bildi, andı dəyişdi,
Alovlar içində yandı, dəyişdi,
Əsrdə üç dəfə adı dəyişdi,
Didin, parçalayın, bölün, mən kiməm?

Əvvəlim hardadı, sonum hardadı?
Iynəsiz tikilmiş donum hardadı?
Ruhum məndə deyil , canım hardadı?
Soruşun, öyrənin, görün, Mən kiməm?

Xəyanət içindən yedi bu yurdu,
Günahkar Arazdı, yoxsa Samurdu?!
"Türkəm" -deyənlərə tələ quruldu,
Sovruldu küləklə külüm, mən kiməm?

Qılıncım, göylərdən enən qılıncdı,
Şimşək parçasına dönən qılıncdı
Tanrı dərgahından gələn qılıncdı
Qaziyəm, şəhidəm?
Ölüm, mən kiməm?!

Haqqı tapdamadım, haqqıma çatdım,
Haqqın addımıdı, atdığım addım.
Titrədir zamanı quruca adım,
Mən Türkəm, Mən Türkəm!
Bilin, mən kiməm.

ADAMAM
Ilahi, sən göndərdiyin ,
Göylərdən enən adamam .
Çağıranda dərgahına
Qayıdıb , dönən adamam .

Gündüzünə gecələr sədd ,
Sökülür can , dağılır bənd ...
Torpaq kimi sərhəd-sərhəd
Özünü bölən adamam .

Cismim talan , ruhum talan ,
Ayaq saxla ...Getmə ...Dayan ...
Içində dərdi qaynayan ,
Gözləri gülən adamam ...

Gün- gün dünyada qovrulan ,
Gün –gün dünyadan qovulan ,
Tüstüsü göyə sovrulan ,
Torpaqda sönən adamam ...

Həyat verdin ömür aldın ,
Yarıtmadın ...
Yarımadım ...
Yoxsa məni tanımadın ?
Mən elə həmən adamam …


MƏN KİMƏM?
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ