18 May 02:12GÜNDƏM

AXIR Kİ, PEŞƏKAR JURNALİST MƏTBUAT XİDMƏTİ RƏHBƏRİ TƏYİN EDİLDİ...ÖLKƏDƏ BİR İLK

[AXIR Kİ, PEŞƏKAR JURNALİST MƏTBUAT XİDMƏTİ RƏHBƏRİ TƏYİN EDİLDİ...ÖLKƏDƏ BİR İLK
İctimai Televiziyanın şöbə müdiri və aparıcısı Vəsilə Vahidqızı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsinə təyin olunub.
Diasporla iş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumatda bildirilib.
Vəsilə Vahidqızı İTV-də bir sıra aktual mövzularla yanaşı, diaspor mövzusunda da müzakirələrin aparıcısı olub. Bundan sonra da Dövlət Komitəsi dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatları, Azərbaycan icmaları və ayrı-ayrı soydaşlarımızın fəaliyyəti bağlı ictimaiyyəti məlumatlandırmaqda davam edəcək.
Dövlət Komitəsi İTV ilə birgə ixtisaslaşmış televiziya proqramını tamaşaçılara təqdim etməyi planlaşdırır. Bu layihə çərçivəsində Vəsilə Vahidqızı İTV ilə əməkdaşlığını davam etdirəcək.
Xatırladaq ki, o, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Anons şöbəsinin rəisidir.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də, Space TV-də və “İnternyus-Azərbaycan” şirkətində çalışıb.
"Azərbaycan teleməkanında kanal reytinqinin müəyyənləşdirilməsində sosial-psixoloji amillər (İTV-nin təcrübəsi əsasında)" mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib, filologiya üzrə fəlsəfə doktorudur.
2015-ci ildə kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Həsən bəy Zərdabi mükafatı laureatıdır.
Həmkarımıza uğurlar arzulayır və təbrik edirik...
Fedai.az
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ