18 May 02:15GÜNDƏM / QARABAĞ

QARABAĞIN TACI ŞUŞAYDISA, BAŞI LAÇINDI. TACSIZ VƏ BAŞSIZ QALMAMIZDAN 26 İL KEÇİR...

QARABAĞIN TACI ŞUŞAYDISA, BAŞI LAÇINDI. TACSIZ VƏ BAŞSIZ QALMAMIZDAN 26 İL KEÇİR...
Tarixən unutqan və bir az da bisavad olan millətimiz Qarabağın işğal tarixinin inzibati və mərhələli olduğunu nəinki bilmirlər, hətta həqiqəti deyənlərdə səhv axtarırlar. Qrabağı işğala hazırlarkən onu öncə 3 yerə böldülər- Zəngəzur, Dağlıq Qarabağ və Aran Qarabağ. Öncə bolşeviklərin əliylə Zəngəzurun böyük hissəsinə sahib oldular: Qafan, Gorus, Mehri,Sisyan, Qacaran... Sonra Dağlıq Qarabağa yerləşməyə başladılar. Sonrası da heç bəzilərinə hələ də çatmayıb. 1992-ci il mayın 18-də erməni işğalçılar rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan edib. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb. 1835 kvadrat kilometr ərazisi olan rayonun 121 kəndi var.
Laçının işğalı zamanı 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal altında 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi qalıb.
QARABAĞIN TACI ŞUŞAYDISA, BAŞI LAÇINDI. TACSIZ VƏ BAŞSIZ QALMAMIZDAN 26 İL KEÇİR...
1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Laçın ətrafında yerləşən rayon və yaşayış məntəqələrini işğal edən erməni silahlı qüvvələri intesiv olaraq ağır artileriya silahlarından rayon mərkəzini atəşə tutublar.
1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal edib. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsi ilə daxil olub.
Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan silahlı qüvvələrin əksəriyyəti Bakıda baş verən siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtda mövcud olan silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Nəticədə, ardıcıl işğal olunan rayonlarımızın sırasına Laçın da qoşulmuşdu. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub.
Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
Əli Nəsib Zərdabi


QARABAĞIN TACI ŞUŞAYDISA, BAŞI LAÇINDI. TACSIZ VƏ BAŞSIZ QALMAMIZDAN 26 İL KEÇİR...
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ