18 May 02:26GÜNDƏM / VETERAN

AVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİ "AXC-100" VƏ "MİLLİ ORDU-100" ADLI TƏDBİR KEÇİRDİ

AVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİ "AXC-100" VƏ "MİLLİ ORDU-100" ADLI TƏDBİR KEÇİRDİ
Azərbaycan Vətən Müharibəsi Veteranlarıə İctimai Birliyi Lənkəran şöbəsi Lənkəran rayon İcra Hakimiyyətiylə birgə "AXC-100" və "Milli Ordu-100" adlı tədbir keçirdilər. Tədbirdə Lənkəran İH əməkdaşları və Lənkəran rayon İH hüquq şöbəsinin müdiri Emin Quliyev, AVMVİB Rəhbərliyindən sədr Füzuli Rzquliyev, sədrin I müavini Kamil Şirinov, şöbə müdiri Akif Abbasov, təşkilat üzvü, tanınmış hərbi mahnıların ifaçısı Şəmistan Əlizamanlı, AVMVİB Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanov, rayon veteranları və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Bu tarixi gün barədə Lənkəran İH Hüquq şöbəsinin müdiri E. Quliyev, AVMVİB sədri F. Rzaquliyev, məşhur hərbi diktorumuz Ş. Əlizamanlı və AVMVİB Lənkəran rayon şöbəsinin sədri İ. Qurbanov çıxış edərək bu müqəddəs gün haqqında danışdılar. Bu gün varisi olduğumuz AXC və Milli Ordu qurucuları bir daha yad edildi.
AVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİ "AXC-100" VƏ "MİLLİ ORDU-100" ADLI TƏDBİR KEÇİRDİ
AVMVİB sədri F. Rzaquliyev çıxışında bu tədbiri təşkil etdikləri üçün rayon rəhbərliyinə, AVMVİB Lənkəran şöbəsi rəhbərliyinə öz minnətdarlığını bildirdi. Bu böyük tarixin yaradıcıları və Ordumuzun qurucuları bizlərə miras buraxdıqları ölkəni və bayrağı bir heçdən yaratdılar. Bu günkü varlığımız üçün o günlərə borcluyuq.
Tədbirdə çıxış edən milli hərbi marşlarımızın mahir ifaçısı Ş. Əlizamanlı sevilən mahnılarını səsləndirdi.
Daha sonra bölgədə yaşayan veteranlarımız fəxri fərman və xatirə medalları ilə təltif edildilər.
AVMVİB Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanov bildirdi ki, bölgədə bu cür tədbirlərin keçirilməsi alqışlanmalıdır. Belə tədbirlər hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, keçmiş döyüşçülərin yad edilməsi baxımından çox vacibdir. Şöbə sədri rayon rəhbərliyinin onlara hər cür şərait yaratmasına görə və onlarla birgə bu tədbiri hazırlamalarına görə öz minnətdarlığını bildirdi.
AVMVİB sədrinin I müavini Kamil Şirinov, bizimlə söhbətdə millətimizin tarixində müstəsna yeri olan və üç rəngli bayrağımızı yüksəldənlərin böyük əməllərinin təbliğ edilməsinin vacib olduğunu bildirdi. Bir çox şöbələrimiz bu tarixi günlə bağlı tədbirlərə start verib. Böyük M.Ə.Rəsulzadənin qoyub getdiyi ideallara sadiq oduğumuzu və əsarətdə olan yurdlarımızı azad etməklə sübut etməliyik.
Xatırladaq ki, veteranlar yerli televiziyanın da qonağı olublar.

Elnur Səlim


AVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİ "AXC-100" VƏ "MİLLİ ORDU-100" ADLI TƏDBİR KEÇİRDİ
AVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİ "AXC-100" VƏ "MİLLİ ORDU-100" ADLI TƏDBİR KEÇİRDİ

AVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİ "AXC-100" VƏ "MİLLİ ORDU-100" ADLI TƏDBİR KEÇİRDİ
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ