18 May 11:28GÜNDƏM

TDİB yeni layihənin icrasına başlayıb

TDİB yeni layihənin icrasına başlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk dünyasının birliyi istiqamətində Azərbaycan türkoloji düşüncəsinin elmi-mədəni, ideoloji rolunun araşdırılması və təbliği” adlı yeni layihənin icrasına start verilib.
TDİB yeni layihənin icrasına başlayıb

“Türk Dünyası İnfo” İctimai Birliyindən bildiriblər ki, Layihə müstəqillik dövründə Azərbaycan türkoloji düşüncəsinin türk xalqlarının həmrəylik ideyasında və elmi-mədəni əməkdaşlıq sferasında rolu və təsir imkanlarından bəhs edir. İstiqamət Türk dünyasının birliyi sahəsində elmi-mədəni, ideoloji münasibətlərin araşdırılması və təbliğidir. Əsas missiya müstəqillik illərində xalqımızın etnoqrafik əsaslarının təkamül tarixinə nəzər yetirmək, milli dövlətçilik ideologiyasında türkoloji amilin inkişaf yollarının, elmi-mədəni, mənəvi miqyasının, problemlərininin öyrənilməsi prosesini dəyərləndirməkdir.
Birliyin sədri Dəyanət Osmanlı layihənin məqsədi və görüləcək işlər barədə bildirib ki, konkret olaraq müstəqillik illərində Azərbaycan türkoloyiyasının səviyyəsi və inkişaf perspektivlərinə nəzər salmağa, türk xalqlarının elmi-mədəni, ideoloji inteqrasiyasına kömək etməyə istiqamətlənib. Əsas məqsəd Azərbaycanın müstəqillik illərində xalqımızın etnoqrafik əsaslarının, milli ideologiyasının təkamül tarixinə nəzər yetirmək, Azərbaycan türkologiyasının ideoloji əsaslarının, milli, ictimai, tarixi, mədəni-mənəvi miqyasının, müasir problemlərininin öyrənilməsi prosesini dəyərləndirməkdir.
Layihə çərçivəsində Azərbaycanda türkologiyaya dair aparılan yeni araşdırmaların nəticəsi olaraq yeni fundamental araşdırmaları özündə əks etdirən “TÜRKOLOGİYA” adlı nəşr olunacaq. Eyni zamanda müstəqillik dövründə türkologiyanın elmi-mədəni, ideoloji əsasları və inkişafı mövzusunda tədbir və kitabın təqdimatı keciriləcək.

turkinfo.org
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ