22 May 11:29GÜNDƏM / TARİX

Məhəmmədəmin Rəsulzadənin bolşevik Əliheydər Qarayevin çıxışına cavabı

Məhəmmədəmin Rəsulzadənin bolşevik Əliheydər Qarayevin çıxışına cavabı
"Məhəmmədəmin Rəsulzadə (qayət hərarətli və həcəyanlı bir halda):
- Bumudur vətənpərvərlik!? Böyləmi danışır, bir Cümhuriyyət üzvü!? Böyləmi söylər bir xalqın nümayəndəsi!? Əfəndilər! Bu kimi ultimatumlara fürsətdən bilaistifadə asi əlini dal qapıdan millətin hüququna uzatmaq derlər. Mən burada hər halda bir Azərbaycan Məclisi-Məbusan üzvü deyil, bir Rusiya vəkilinin, bir Rusiya agentisin sözünü eşidirəm...
Soldan səslər:
- Provokasiya...
Məhəmmədəmin (davamla):
- Əvət siz provokasiya deyirsiniz...
Nə üçün siz böylə ümid edirsiniz ki, Azərbaycan xalqı bir asi ilə mübarizə edə bilmək üçün öz hüququnu ikinci bir üsyan hazırlamaqda əli olan Qarayevlərə təslim etməli imiş? Qarabağ asilərini bəyənmirlər. Onlar ilə mübarizə etmək üçün buradakı üsyançılara təslim olmağı təklif edirlər. Bunun üçün nəzərə alınmayır ki, Qarabağda üsyan qaldıran vartazarlar həmin bu asilər başındadırlar ki, siz də orada iştirak edirsiniz .
Əgər siz, məni təmin etsəniz ki, Ümumidarə əlinizə keçdiyi təqdirdə burada Azərbaycan türk höküməti təşkil edəcəksiniz, əgər mən bilsəm ki, burada Azərbaycan höküməti adı ilə Rusiya Sovetinin bir şöbəsini burada açmayacaqsınız, o vaxt sizinlə danışa bilərdik. Bu sözlər əvəzində bizi qane edəcək dəlillər göstərə bilsəniz, biz hər vaxt sizinlə danışardıq, fəqət siz həqiqi bir istiqlaliyyətçi deyil, digər bir üsyan hazırlayan bir suiqəsdçisiniz".
Tarix: 1 aprel 1920-ci il.
Azərbaycan parlameninin iclası
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ